1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Psixologiyada tədqiqat metodları ilə bağlı müxtəlif təsnifatlar aparılıb



Yüklə 138,91 Kb.
səhifə9/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
3.Psixologiyada tədqiqat metodları ilə bağlı müxtəlif təsnifatlar aparılıb. Psixodiaqnostikanın metodları daha çox praktik mahiyyət kəsb etdiyindən onlar fərqli qaydada qruplaşdırılır.Belə təsnifatlaşdırma B.Q.Ananyev, A.Q.Şmelyov, Y.Şvansara, V.K.Qayda, V.P.Zaxarov və b.məxsusdur. Psixoloji tədqiqat metodları 4 yerə ayrılır:

1.Təşkilati metodlar

2.Dəlillərin işlənməsi metodları

3.Şərhetmə metodları

4.Empirik metodlar

Empirik metodlarında bir neçə növü var:

1.Test, anket,intervyü,söhbət

2.Müşahidə

3.Eksperimental

4.Praksimetrik

5.Modelləşdirmə

6.Bioqrafik

Psixodiaqnostikada metodların çoxsaylı təsnifatlaşdırılması praktik psixoloqa asan seçim etmək imkanı verir.Metodların çox olması tədqiq edilən psixi xassəyə uyğun olaraq bir neçə variantda diaqnostik işin aparılması üçün əlverişlidir. Daha dəyərli metodlar müxtəlif psixodiaqnostik metodların bir neçə təsnifatını aparımışlar. Məsələn, çexiya tədqiqatçısı Y.Şvansara psixodiaqnostik metodları bir sıra xüsusiyyətlərinə görə qruplaşdırır.

1.İstifadə edilən stimul materialın xarakterinə görə: verbal,qeyri-verbal, manipulyativ, əşyavi

2.Diaqnostik göstəricilərin əldə edilməsi xarakterinə görə: sadə, kompleks

3.Düzgün cavabların çoxluğuna görə: cavabların düzgün həllinə və imkanlara görə

4.Sınanılan psixi fəallığının xarakterinə görə.Onları bir neçə qrupa ayıra bilərik

1.İntrospektiv: sınanılanın şəxsi təcrübəsi, təəssürətları, münasibətləri haqqında məlumatlar

2.Ekstrospektiv: sınanılanın müxtəlif psixoloji problemlərinin təzahürlərinin müşahidəsi

3.Proyektiv: sınanılanın dərkedilməyən şəxsiyyət xüsusiyyətləri, daxili konfliktləri, gizli meylləri və d. faktorların asan, lakin çoxmənalı stimullarla öyrənilməsi

4.İcraedici: sınanılan tərəfindən intellektin və ya şəxsiyyətin tədqiqinə imkan verən perseptiv, fikri, motor və d. hərəkətlərin yerinə yetirilməsi.

V.K.Qayda və V.P.Zaxarovun təsnifatında aşağıdakı amillər əsas götürülür.

1.Keyfiyyətinə görə: standartlaşdırılmış, qeyri-standart

2.Tətbiqetmə məqsədinə görə: ümumi diaqnostika: R.Kettelin sorğu testi, H.Ayzenkin intellekt testi və s. xüsusi qabiliyyət testi: bədii, musiqi, rəsm, texniki, məntiqi və s. istedadlılıq testi, peşə uyğunluğu testi, nailiyyət testi

4.Sınanılanın əməliyyat apardığı materiala görə: blank, əşya, aparat

5.Sınanılanların sayına görə: fərdi və qrup

6.Cavabların formasına görə: şifahi və yazılı

7.Aparıcı istiqamətinə görə: sürət testləri, geniş testlər, qarışıq testlər

8.Tapşırıqların homogen (eynicinslilik) və geterogenlik (müxtəlif cinslilik) dərəcəsinə görə:

9.Kompleksinə görə: ayrıca və nabor testlər

10.Tapşırıqlara verilən cavabların xarakterinə görə: yazılı və şifahi tetslər

11..Diaqnozlaşdırılan sahəyə görə: şəxsiyyət və intellekt sahələri

12.Əqli hərəkətlərin xarakterinə görə: verbal və qeyri-verbal

Psixodiaqnostikada metodların digər təsnifatı əsas metodik prinsiplərə görə aparılır:

1.Obyektiv testlər

2.Standartlaşdırılmış özünühesabat

3.Proyektiv texnikalar

4.Dioloji texnikalar

5.Sorğu testləri (qapalı və açıq sorğular)

6.Şkala texnikaları

7.Fərdi istiqamətlilik (ideoqrafik) texnikalar

Göründüyü kimi, testlərin təsnifatlaşdırılması nümunələri çoxdur. Burada əsas məsələ bu metodikaların məzmununa və tətbiqi xüsusiyyətlərinə bələd olmaqdır.Ona görə də psixoloji praktikada aparılan diaqnostika işində daha çox istifadə edilən bir neçə metodu nəzərdən keçirək.

Ədəbiyyat:

1.Limunət Əmrahlı Bakı 2014




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin