Temperament tiplərinin psixoloji xarakteristikası, onun aşağıdakı xassələri ilə müəyyən edilir.
S e n z i t i v l i k. Bu xassə haqqında fikir söyləmək üçün insanda hər hansı psixi reaksiyanın əmələ gəlməsi üçün tələb olunan ən kiçik xarici təsirin qüvvəsinin nədən ibarət olduğunu və
bu reaksiyanın hansı sürətlə əmələ gəldiyini bilmək lazımdır.
R e a k t i v l i k. Bu xassə haqqında mühakimə yürütmək üçün eyni qüvvətli xarici və daxili təsirlərə qarşı verilən reaksiyaların qeyri-ixtiyarilik dərəcəsini müəyyənləşdirmək lazım gəlir.