Ağılın keyfiyyətləri – Təfəkkür bütün adamlara məxsus mürəkkəb psixi prosesdir. Lakin onun məzmunu və inkişaf dərəcəsi hamıda eyni səviyyədə deyildir. Çünki hər bir fərdin təfəkkürünə onun şəxsi həyat yolu, aldığı təlim və tərbiyə, eləcə də “təfəkkür orqanını yetkinliyi” K.Marks) ciddi surətdə təsir edir. Həmin amillərin təsirilə insanların təfəkküründə bir sıra fərdi xüsusiyyətlər meydana çıxır.
Ağılın keyfiyyətləri, hər şeyd\ən əvvəl, təfəkkürün müxtəlif növlərinin inkişaf səviyyəsi bir – birilə çuğlaşmasının xüsusiyyətləri ilə bağlıdır. Bu və ya digər növün üstünlüyü, müəyyən məzmuna malik məsələlərin həll edilməsinə qabiliyyət və meyllərin olması, görünür, insan ağlının ümumi keyfiyyət xarakteristikasıdır. Burada müəyyən fəaliyyət növü sahəsində lazımi təcrübəyə malik olmaq da həlledici rol oynayır. Bu cəhətlər hər bit fərddə özünəməxsus şəkildə çulğaşaraq təfəkkür sahəsində fərdi fərqləri şərtləndirir. Bu fərdi xüsusiyyətlər ağlın keyfiyyətində daha qabarıq təzahür edir. Buraya, başlıca olaraq, ağlın müstəqilliyi, tənqidiliyi, çevikliyi, genişliyi, dərinliyi, fikrin sürəti daxildir.
Dostları ilə paylaş: |