1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə21/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   17   18   19   20   21   22   23   24   ...   76
Ağılın dərinliyi – məsələlərin mahiyətini dürüst dərk etməkdə, hər bir hadisəni törədən səbəbləri müəyyənləşdirməkdə, problemi hərtərəfli anlamaqda, hadisələrin nəticəsini qabaqcadan ssüzgün müəyyənləşdirməkdə ifadə olunur. Dərin ağıla malik olan adam məsələlərə müxtəlif tərəflərdən yanaşır, ilk nəzərdən çox sadə, adi, hamıya məlum kimi görünən hadisədə ciddi problem görməyi bacarır.

Ağlın çevikliyi – də mühüm keyfiyyətlərdəndir. İnsan həyat təcrübəsi boyu müxtəlif məsələlərlə, problemlərlə rastlaşır, onları müəyyən üsullarla həll edir. Lakin həyatda baş verən hadisələr, qarşıya çıxan məsələlər müxtəlif və rəngarəngdir. Bəzən onlar zahirən bir – birinə oxşasalar da, mahiyyət etibarilə fərqlənirlər. Ona görə də onlara eyni ölçü ilə yanaşmaq, məlum qaydaları tətbiq edib, tapdanmış yolla getmək lazımi nəticəni vermir. Bu halda insanlar müxtəlif tərzdə hərəkət edirlər. Bəziləri məlum müddəalardan bərk – bərk yapışır, ümumi qaydalardan kənara çıxmır, ona görə də yeni məsələni həll etməkdə aciz qalırlar. Bu həmin fərdlərin təfəkküründə mühafizakarlıq və stereotiplərin güclülüyü ilə bağlıdır. Başqaları isə məsələnin həll edilməsi qaydasını dəyişir, yeni yol və vasitələr tapıb həllinə nail olurlar.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin