Fikrin məntəqliliyi insanın ardıcıl, əsaslı və düzgün düşünməsində ifadə olunur. Məntiqi təfəkkürə malik olan şəxs tez - tez bir fikirdən başqasına keçmir, müəyyən müddəaların həqiqiliyinə yəqinlik hasil etdikdən sonra onlardan zəruri nəticələr çıxarır. O, öz mühakimələrinin düzgünlüyünü sübut etmək üçün kifayət qədər tutarlı dəlillər gətirir, onun hər bir sonrakı fikri əvvəlkilərdən nəşət edir, onalrı tamamlayır.
Ağlın göstərilən keyfiyyətləri bir – biri ilə sıx surətdə bağlıdır və onların inkişaf etdirilməsi təlim – tərbiyə işinin düzgün qurulmasından çox asılıdır.