1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Psixodiaqnostikanın təşkili formaları



Yüklə 138,91 Kb.
səhifə27/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   23   24   25   26   27   28   29   30   ...   76
2.Psixodiaqnostikanın təşkili formaları. Psixodiaqnostika işi təşkil müddətinə, məzmununa, diaqnozlaşdırılan problemin xüsusiyyətlərinə görə bir neçə formada aparılır.

Müddətinə görə psixodiaqnostika. Bu iş 3 formada aparılır: qısamüddətli (operativ), ortamüddətli və uzunmüddətli. Qısamüddətli diaqnostika bir neçə dəqiqə müddətində aparılan müşahidə, müsahibə, söhbətlər, sorğu, proyektiv testlərin həlli ola bilər. Bu zaman kliyent barəsində ilkin məlumatlar əldə edilir, növbəti diaqnostik mərhələ üçün plan hazırlanır. Bir çox hallarda diaqnostik iş bununla da yekunlaşa bilər. Bunun səbəbləri aşağıdakılardır:

1) fərddə ( və ya qrupda) psixoloji problemin əlamət və xassələrinin qeydə alınmaması;

2) fərdin psixoloqla görüşdən imtina etməsi;

3) alınmış nəticələrə görə psixoloqun rəyi

Psixodiaqnostika üçün ortamüddətli forma daha xaraketirikdir. Ortamüddətli diaqnostikada bir neçə görüş planlaşdırılır. Bu görüşlərin ümumi həcmi 1 saatdan- 1 neçə saata, yaxud1 neşə görüş ola bilər. Hər bir görüşdə psixikanın və şəxsiyyətin müvafiq sahəsi diaqnozlaşdırılır, nəticələr müqayisə olunaraq rəy verilir.

Uzunmüddətli psixokorekksiya işi 1 neçə ay (hətta il) davam edə bilər. Belə diaqnostika psixokonsultasiya, psixokorreksiya və psixoterapiya ilə birgə aparılır. Psixikanın problemli vəziyyətində, şəxsiyyət, davranış, ünsiyyət pozuntularında diaqnostikanın bu formasından istifadə olunur.

Sınanılanların sayına görə psixodiaqnostika: Fərdin və qrupun psixodiaqnostikası. Qrup diaqnostikasına qapalı təbii qruplar (ailə, bağça, uşaq evi) , açıq qruplar, oxşar problemlərə, əlamətlərə görə seçilmiş qruplardır. Belə qruplar qarşılıqlı münasibətlər, assosial motivlər, delikvent davranış, nitq nöqsanları, yaş böhranı, dezadaptasiya problemləri, emosional-iradi, refleksiv ləngimələr və d. səbəblərlə bağlı yardılır. Psixologiyada həmin qruplar eyniməzmunlu qruplar adlandırılır.

İstiqamətinə və məzmununa görə psixodiaqnostika:

1.psixi sağlamlığın diaqnostikası

2.idrak proseslərinin diaqnostiakası

3.koqnitiv sahənin diaqnostikası

4.intellektin diaqnostikası

5.şəxsiyyətin diaqnostikası

6.şəxsiyyətlərarası münasibətlərin diaqnostikası

7.affektiv-iradi sferanın diaqnostikası

8.davranışın diaqnostikası və s.

Psixodiaqnostikanın təyinatına görə: təsadüfi və proqlamlaşmış diaqnostika. Təsadüfi diaqnostika hansısa sosial situasiyada, təsadüfi hadisələrin axarında yaranan zərurətdən aparılır. Bu zaman operativ diaqnostikadan istifadə olunur. İkinci halda diaqnostik iş xüsusi hazırlanmış proqram, təlimat, prosedur qaydaları əsasında mərhələlərlə təşkil edilir.

Qarşıya qoyulan vəzifələrin əhatəsinə, problemin xüsusiyyətlərinə görə: ümumi, hissəvi və xüsusi diaqnostika. Ümumi diaqnostika adi altında fərdi və yaş imkanları, xüsusiyyətəri, yaşadığı mikromühit, psixofiziki inkişaf, emosional sahə, intellekt, şəxsiyyətin xarakterik əlamətləri öyrənilir.

Hissəvi psixodiaqnostika aşkar edilən psixi problemlərə uyğunlaşdırılmış, inteqrasiya və adaptasiya edilmiş priyomlar, metodları toplusudur. Onlar ontogenezin müxtəlif mərhələlərində aparıcı fəaliyyətin xüsusiyyətlərinə müvafiq qaydada tətbiq edilir. Bu zaman ünsiyyət səviyyəsi, sosial təcrübə, təfəkkür tərzi və özünüidarəetmə bacarığı nəzərə alınır. Bu proses psixoloqdan fərd, qrup və yarımqruplarla aparılan işdə seçilmiş psixoloji təsirlərə kompleks yanaşma tələb edir.

Xüsusi psixodiaqnostika özünəməxsus problemləri olan fərdlərə tətbiq edilir. Belə diaqnostika nəticələrinə görə daha səmərəlidir. Uşaqlara və emosional sahədə problemləri olan, eləcə də fərdlərdə dini, cinsi təsirlərin aksentuasiyası zamanı diaqnostikanın bu növü tətbiq edilir. Çünki onlar digər insanlarla birgə diqqət mərkəzində olmaq istəmir, buna qarşı dözümsüz və eqoistdirlər.

Psixodiaqnostik şəraitin əsas komponentləri. Əhəmiyyətli psixoloji faktlar əldə etmək üçün psixodiaqnostikanın üstünlükləri çoxdur. Bu üstünlüklər həm də şəraitlə bağlıdır. Ona görə ki, psixoloq diaqnozlaşdırma zamanı lazımi şərait yaradaraq ona nəzarət edir. Bu şəraiti prosedur qaydalar gözlənilməklə lazım olan vaxt dəyişir. Şəraitin əlverişliliyi iki nöqteyi-nəzərdən ümumiləşdirilir:



  1. ətraf mühitdən təcridetmə imkanları ilə

  2. psixodiaqnostikanın gedişində verilən tapşırıqların dəqiq həlli ilə

Ətraf mühit adı altında izah etdiyimiz fiziki və sosial mühitin əlverişliliyi də eksperiment şəraitinə təsir edən amildir. Belə ki, fiziki mühit sensor, məkan və zaman şərtlərindən yaranır. Tədqiqatçı bu şərtlər daxilində qarşıya qoyduğu məqsədi yerinə yetirməlidir. İşin gedişində tədqiq olunan şəxsin davranışına təsir göstərməsinin qarşısını almaq üçün şərait hərtərəfli nəzarət altına alınmalıdır. Çünki fiziki mühitin təsirləri öz növbəsində tapşırığın stimullaşdırılmasına birbaşa təsir edir.

Məsələn, səs vasitəsilə keçirilən diaqnostikada belə vəziyyətin yaranması ehtimalı çoxdur. Bu halda hər hansı əlavə səs otaqdakı diaqnostik şəraitinə təsir göstərir. Həmçinin, əyani-obrazlı hafizənin tədqiqi üçün keçirilən bir çox eksperimentlərdə də belə təsirlər gözləniləndir. Psixodiaqnostik şəraitin bir neçə komponenti vardır.



  1. Öz problemlərini yüngülləşdirmək üçün psixoloqa müraciət etmiş, ondan yardım gözləyən insan- sınanılan (kliyent)

  2. Xüsusi təhsilə, praktik təcrübəyə, professionallıq qabiliyyətinə malik olan mütəxəssis- praktik psixoloq

  3. Psixoloji ölçmə texnikası-testlər, tapşırıqlar

  4. Prosedur naboru- psixoloji kabinə, texniki avadanlıq.

Ədəbiyyat:

1.Limunət Əmrahlı Bakı 2014


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin