2.Temperamentin diaqnostikası - Fərdiyyətin psixi fəaliyyətinin özünəməxsus və ən mühüm xüsusiyyətlərinin dinamik təşkili temperamentlə bağlıdır. Temperament dedikdə: insan beynində əmələ gələn psixi proseslərin qüvvəsi, bu proseslərin cərəyanetmə sürəti, emosional oyanma və əhvalın davamlılığında ifadə olunan fərdi xassələr nəzərdə tutulur. Bu ifadə altında hisslərin münasib səviyyəsi, davranışın təbiəti, tələbat, maraq və həvəsin müəyyən məzmunu başa düşülür. Temperamentin fizioloji izahı İ.Pavlov təlimində öz əksini tapır. O, sinir sistemi tiplərini müəyyən edərkən oyanma və ləngimə proseslərinin 3 cəhətini müəyyən etmişdir:
1) oyanma və ləngimənin qüvvəsi
2) onların müvazinət dərəcəsi
3)oyanma və ləngimənin mütəhərrikliyi
Sinir sistemi xüsusiyyətlərindən asılı olaraq oyanma və ləngimə prosesləri bəzi insanlarda zəif, bəzilərində qüvvətli, yaxud çox qüvvətli olur. Bu xüsusiyyətlər davranışın dinamikasını müəyyən edir.
Dostları ilə paylaş: |