1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə36/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
Sanqvinik. Qüvvətli, müvazinətli, mütəhərrik tip. Bu temperament tipinə mənsub olanlar cəld və hərəkətli, şən və gümrah, xoşxasiyyətlidirlər. Onlar mehribanlığı, sadəlöhvlüyü, qayğıkeşliyi, rəhmdilliyi, istiqanlı, səmimi olmaları ilə başqalarından seçilirlər. Sanqiviniklər öz hisslərini gizlətməyə çalışmırlar. Bu hissləri onların mimikasından, hərəkətlərindən “ oxumaq” mümkündür. Sirr saxlamaqda acizdirlər.

Sanqviniklərdə cəsarətsizlik, qorxaqlıq, tez özündən çıxmaq, fikirləşmədən vəd vermək, tələsik qərar çıxarmaq kimi xüsusiyyətlər də olur. Onları küsdürmək və könlünü almaq asandır. Yüksək emosionallığa, əqli inkişafa, möhkəm əqidəyə, qüvvətli xarakterə malikdirlər, lakin sanqivinik tipli insanlar uşaqlıqda düzgün tərbiyə edilməzlərsə yekbeyinlik, yüngüllük, yalançılıq, küsəyənlik, iradəsizlik kimi keyfiyyətlərə meyl edirlər.



Xolerik. Qüvvətli, müvazinətsiz tip. Xolerik tipli insanlarda idrak prosesləri, hisslər surətli, davamlı, qüvvətli formada özünü büruzə verir. Tez özündən çıxan, əsəbi və enerjilidirlər. Söz və əməl birliyi özünü ahəngdar şəkildə göstərir. Prinsipialdırlar.

Xoleriklər cəld, coşğun olur, hər hansı işə cəsarətlə girişir, axıra çatdırmaq üçün bütün qüvvələrini səfərbər edirlər. Maneələrə üstün gələrək mükəmməl enerji sərfinə nail olurlar. Bəzən də özlərini ələ ala bilmir, sərtlik, kobudluq, davakarlıq, qərəzkarlıq, ədalılıq, eqoizm, lovğalıq kimi xoşagəlməz təəssüratlar yaradan hərəkətlərə yol verirlər.



Fleqmatik. Qüvvətli,müvazinətli, ətalətli tip. Onlarda hisslər tədricən yaranır,özünü qüvvətli formada göstərə bilir. Davranışım ağır, müvanizətli, sakit, astagəldir. Hisslərin xarici formalarını müəyyən etmək çətindir. Sevinc, qəzəb, nifrət kimi hisslərini qapalı saxlamağı bacarırlar. Onları özlərindən çıxarmaq o qədər də asan deyildir. Yoldaşlarla münasibətdə ehtiyatlı, sirr saxlayandırlar. Nadir hallarda öz qayğılarını başqaları ilə bölüşürlər.

Sifətindən, bədən hərəkətlərindən hisslərin emosional ifadəsini müəyyən etmək çətindir. Çox fikirləşir, ölçüb – biçir, nəticədə ağıllı qərar qəbul edirlər. Hər vaxt özündən çıxmırlar. Belə situasiya yarandıqda onları sakitləşdirmək çətindir. Hərəkət və davranışlarında süstlük, ətalətlilik, tənbəllik, laqeydlik kimi mənfi keyfiyyətlərə meyl göstərirlər.



Melanxolik. Zəif tip. Melanxoliklərin idrak prosesləri, hisslərlə bağlı olan reaksiyalar ləng gedir, özünü zərif büruzə verir. Hissləri məzmunca nisbətən yoxsul, yeknəsəkdir. Ən cüzi kənar təsirə qarşı həssasdırlar, lakin bunu büruzə vermirlər. Cüzi xoşagəlməz təsir onlarda ruh düşkünlüyü yaradır, həvəsdən salır. Bir şeyi irad tutduqda sıxılır, səsi dəyişilir. Dəymə - düşər olurlar. Hər hansı məsələ haqqında çox fikirləşir, gec qərar çıxarırlar. Belə insanlar olduqca ehmal, sakit, ətalətlidirlər. Fikirlərini ağır – ağır, tərəddüdlə ifadə edirlər. Dinləyicidə belə təəssüratlar yaranır ki, o əslində heç nə bilmir. Başqasının təşəbbüsü, cəhdi olmadıqda saatlarla dinməz oturur, bir kəlmə belə danışmırlar. Onlarda hərəkətlərin cəldliyi çox nadir hallarda, hansısa həyati hadisənin güclü təsirilə və qısa müddətdə yaranır, tez də itir.

Melanxoniklərdə əqli əməliyyatlar, fikri proseslər zəif cərəyan edir. Özünəinam hissi zəif olduğundan müəyyən tapşırığı yerinə yetirərkən rastlaşdıqları çətinliyi dəf etmək poroblemə çevrilir, qorxur, ruhdan düşürlər.

Göstərilən zəif cəhətlər melanxoliklərin ümidsizliyinə əsas vermir. Çünki melanxolik tipli insanlar içərisində böyük şəxsiyyətlər yetişib. Təlim – tərbiyə işini düzgün qurmaqla, fəaliyyətini məqsədyönlü şəkildə istiqamətləndirməklə dəyərli fərdiyyət formalaşdırmaq olar. Əsas məsələ budur ki, melanxoliklər özlərinə münasib peşə sahəsi seçərək davranışına, fərdi üslubuna uyğun fəaliyyət göstərsinlər.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin