1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Xarakterin tipləri: Gipertim tip -



Yüklə 138,91 Kb.
səhifə38/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   34   35   36   37   38   39   40   41   ...   76
Xarakterin tipləri: Gipertim tip - Çox hərəkətli, ünsiyyətli, çərənçidir. Hərəkətləri çox sərbəstdir, dəcəlliyə, şıltaqlığa meyllidir Digər insanlara münasibətdə məsafə saxlamağı bacarmır. Söhbətdə əsas mövzudan yayınır. Əxlaqa, mənəviyyata zidd əməllərə meyillidir. Hər yerdə səs - küyə səbəb olur, yaşıdlarının kompaniyasını sevir, onlara rəhbərlik etməyə meyl edir. Demək olar ki, əhvalı həmişə yaxşı olur. Adətən yaxşı iştahları, sağlamlıqları və yuxuları olur. Şən, yüngülxasiyyət, işgüzar, ixtiraçı, gözəl həmsöhbətdir. İnsanları əyləndirə bilən, enerjili, fəal və təşəbbüskardır. Əyləncələrə meyilli və qarınquludur. Özünü olduğundan yüksək qiymətləndirir. Müstəqilliyə meylləri konfliktə səbəb ola bilir. Xüsusilə uğursuzluqla qarşılaşanda əsəb tutmaları olur. Öz vəzifələrinə ciddi münasibət bəsləmir. Ciddi intizamı çətin qəbul edir, monoton işə, məcburi tənhalığa dözmür.

Oyanıq tip – Yüksək impulsivlik, kobudluq, özünənəzarətin zəifliyi, sərt xarakter onlar üçün xasdır. Qəzəblidir, konfliktlərdə fəal tərəf olur. Kobud, qaşqabaqlı, konfliktlərə, ədəbsizliyə, hətta söyüş söyməyə meyllidir. Əsəbidir, özündən tez çıxır, tez – tez iş yerini dəyişir. Kollektivdə dolana bilmir, yola getmir. Ünsiyyətə çətin girir. Hərəkətləri ağır, gələcəyə etinasızdır. İndiki anla yaşayır, indiki andan istifadə etməyə və əylənməyə çalışır. Əsəbləri çox çətin soyuyur və o ətrafdakılar üçün çox təhlükəli ola bilər. Ünsiyyət üçün zəifləri seçərək, onlar üzərində hökmranlıq edir.

Emotiv tip – Emosional, həssas, həyəcanlı, qorxaq, insaflı, insansevər, ürəyiyumşaqdır.

Başqalarına həmdərd ola bilən, onlara köməyə hazır olan, insanların uğuruna sevinən, kövrəkqəlblidir. Bu tip insanda kimisə təhlükə gözləyən situasiya, filmdəki kadrlar, təcavüzkar səhnələr güclü təəssürat yaradır. Yuxuları tez – tez pozulur, uzun müddət bunu yaddan çıxarmır. Konfliktə təsadüfi hallarda girir, incikliyi ürəyində saxlayır.



Pedantik tip - Konfliktə təsadüfi hallarda girir, bu zaman passiv tərəf kimi çıxış edir. Travma aldığı hadisələri uzun müddət yaşayır. İstənilən intizam pozuntusuna kəskin reaksiya verir. İşdə özünü bürokrat kimi aparır. Ətrafdakılara formal tələblər qoyur. Dəqiq, səliqəli və vicdanlıdır. Plana, intizama xüsusi diqqət edir. İşlərin həyata keçirilməsində tələskən deyil. Oturaq işləri sevir, işini keyfiyyətlə yerinə yetirir. Özünü tez – tez yoxlamağa, gördüyü işin düzgünlüyünə şübhə etməyə meyllidir. Böyük həvəslə liderliyi başqalarına güzəştə gedir.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin