1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Psixodiaqnostikanın sahələri



Yüklə 138,91 Kb.
səhifə4/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   2   3   4   5   6   7   8   9   ...   76
3.Psixodiaqnostikanın sahələri:

  1. psixi sağlamlığın diaqnostikası – insanın sağlamlığını 3 səviyyədə nəzərdən keçirmək olar: psixoloji, bioloji, sosial səviyyələrdə. Qeyd edilən hər bir səviyyədə insan sağlamlığı özünəməxsus təzahürlərə malik olur.

Bioloji səviyyədəki sağlamlıqda orqanizmin bütün daxili üzvlərinin dinamik ahəngdarlığı və onların xarici təsirlərə adekvat reaksiyası əsas olur. Bu sahədə təbabətin təsiri nisbətən səmərəli olur.

Psixoloji sağlamlıq isə başqa səciyyə daşıyır, yəni burada məsələyə şəxsiyyət kontekstindən yanaşılır və onun psixi bütövlüyü əsas götürülür. Yəni sağlam şəxsiyyət kimdir və ya nə deməkdir mülahizəsi ön plana keçir. Əgər şəxsiyyətin bütün mühüm keyfiyyətləri kifayət qədər ahəngdar inkişaf etmişsə, onlar o qədər də davamlı, müvazinətli olur və onun tamlığını pozmağa yönəlmiş təsirlərə qarşı durmağa qabil olur.

Şəxsiyyətin sosial sağlamlığı daha çox onun sosial gerçəkliyi, adekvat qavramasında, ətraf aləmə maraq, fiziki və ictimai mühitə uyğunlaşmaqda (müvazinətdə) səmərli fəaliyyətə yönüm, istehlak mədəniyyətində, təmənnasızlıq, davranışında demokratizm və s. Istifadə olunur.


  1. idrak proseslərinin diaqnostikası – idrak insandan xaricdə mövcud olan obyektiv aləmin onun hiss üzvlərinə, beyninə təsirindən yaranan inikas prosesidir. Burada subyektlə obyektin qarşılıqlı münasibəti ön plana keçir. Məhz belə bir qarşılıqlı münasibət olmasa idrak prosesinin baş verməsi mümkün deyildir. İdrakın bünövrəsini məhz belə qarşılıqılı təsir təşkil edir və həmin qarşılıqlı təsir sayəsində inikas yaranır. İnkişaf passiv və aktiv olur.

Qeyri – üzvi təbiətdəki inikas əsasən passiv səciyyə daşıyır. Lakin qarşılıqlı təsir burada da özünü göstərir. Qayaya çırpılan dalğalar parçalanıb tökülür, lakin qayada da tədricən ovulma prosesi baş verir. İki bilyard şarı bir – birinə dəydikdə biri o birisinin təsirini əks etdirir, lakin təsir edən özü də təsirə məruz qalır, nəticədə hər ikisi öz hərəkət istiqamətini dəyişir.

İnikasın aktiv forması məhz psixi inikas səviyyəsində nəzərə çarpır. Belə ki, hər hansı bir canlı varlıq öz mövcudluğunu hiss etmək üçün mühitin təsirlərinə aktiv hərəkətlər formasında cavab verməlidir. Məsələn, ac heyvan yem axtarmalı və ya ova çıxmalıdır. Bu isə psixi inikas olmadan mümkün deyildir. Elə bu mənada deyilir ki, canlı varlığın aktivliyi psixikanın mövcudluğu ilə şərtlənir.



  1. koqnitiv sahənin diaqnostikası – müstəqil sayılan hər bir elm digərlərindən özünün predmetinə görə fərqlənir. Psixologiya elmi yarandığı gündən öz qarşısına – insanı və dünyanı anlamaq, dərk etmək, ona xidmət etmək məqsədini qoymuşdur. Məhz bu elm müəyyən etmişdir ki, şüur – yalnız insana xas olan, gerçəkliyin yüksək səviyyədə ayırd edilərək təfəkkürdə sistemli qaydada nizamlandırılması səviyyəsidir. Koqnitiv psixologiya elmi bu müdəanı daha da möhkəmləndirərək onu dəqiq elmlər səviyyəsinə qaldırdı. Anlayış olaraq “koqnitiv psixologiya” öz mənşəyini eramızın əvvəllərində Şərq və Qərb filosoflarının görüşləri əsasında yaranmış “qnesologiya“ (qnostik, qnostisizm, qnostik) elmindən götürülüb. “Qnoseologiya” – dərketmə nəzəriyyəsi haqqında yaranmış qədim elmlərdən biri və ən əsası hesab olunur.

  2. intellektin diaqnostikası – İntellekt anlayışı elmi tədqiqatın obyekti kimi psixologiya elminə ingilis antropoloqu F.Halton tərəfindən XIX əsrin sonlarında gətirilmişdir. Halton insanlarda istənilən fərdi fərqlərin əsas səbəbini irsiyyətlə şərtlənmiş cismani və psixi fərqlərdə axtarırdı. Əgər əvvəllər əqli gerilik yalnız irsiyyət amili ilə izah edilirdisə, Halton bu amilin rolunu genişləndirərək onun təsirini intellektin inkişafının bütün səviyyələrinə, o cümlədən istedad və dahiliyə də aid etməyə təşəbbüs göstərmişdir.

  3. şəxsiyyətin diaqnostikası - psixodiaqnostikada şəxsiyyətin ölçülməsi məqsədilə onun quruluşunun ayrı-ayrı sahələri, məsələn: motivasiya, dəyərlər və istiqamətlər öyrənilir. Bu baxımdan psixodiaqnostikanın uğurla həyata keçirilməsi üçün şəxsiyyətin motivasiyası və d. sahələrin şərhi yollarının müəyyənləşdirilməsini tələb olunur. Motivlər mahiyyət etibarı ilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. İnsan fəaliyyətinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o, həmişə məqsədyönlüdür. Motiv (latınca moverve – hərəkətə gətirmək, itələmək) anlayışı altında tələbatların təmin olunması ilə bağlı olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur.

  4. şəxsiyyətlərarası münasibətlərin diaqnostikası – şəxsiyyətlərarası münasibətlərin 4 növünü göstərə bilərik: sosiometrik prosedur, seçim sayını məhdudlaşdıran parametrik prosedur, qrupxarici referentometriya.( növbəti dərslərdə geniş məlumat veriləcək)

  5. affektiv-iradi sferanın diaqnostikası - Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
    Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
    1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
    2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
    3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
    İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müs­təqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi də aid etmək olar. Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən öz inadından dönməməkdə özünü göstərir.
    Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olunur. Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün mərhələləri uzun və üzücü prosesə çevrilir. Qətiyyətsizlik–inamsızlıq, zəiflik, qorxaqlıq və məqsədin aydın dərk olunmaması və s. səbəblərlə bağlı olur.
    Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir. Qəbul edilmiş qərarın icrası zamanı, tapşırığın, işin müvəffəqiyyətli həllindən ötrü qorxu hissinə qalib gəlmək, təhlükəyə qarşı getməkdə, risq etməkdə təzahür edir. Cəsarət iradəni qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır. Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, mübarizlik cəsarətliliklə sinonim sözlər kimi işlədilir. Cəsarətə əks olan keyfiyyət qorxaqlıqdırQorxaqlıq – insanın motivasiya sahəsi ilə bağlı olub, sosial keyfiyyət kimi, ətraf aləmdə baş verən hadisələrə münasibətdə özünü göstərir. Qorxaqlıq – inamsızlıqla, cəsarətliliklə, qətiyyətsizliklə çulğalaşan keyfiyyətdir. Qorxu həm də orqanizmin bioloji müdafiə reaksiyasıdır.
    Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı özünü ələ ala bilməsində, bütün fəaliyyətini qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməsində, qorxuya üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.

    Yüklə 138,91 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin