Affektiv – coşqun tip - Xarici şəraitdən asılı olaraq əhvalı kəskin dəyişir. Əhvalı pisləşəndə tənbəlləşir, ətrafdakı adamlarla ünsiyyətdən bezir, yoldaşlarından, dostlarından qaçır, əhvalı yaxşı olanda zarafatcıl olur, rastlaşdığı adamlara sataşmağa başlayır. Sevindirici hadisələr onları fəallığa sövq edir. İnsanlarla ünsiyyət maneraları tez – tez dəyişir.
Bu test həm fərdi, həm də qrup halında aparılır. Daha uğurlu nəticə qrup diaqnostikasıdır. Bu zaman hər bir sınanılana sorğu mətni və cavab açarı verilir. Sorğunun nəticələrindən psixoloji konsultasiyaların aparılması, eləcə də kadr seçimindən istifadə olunur.
Dostları ilə paylaş: |