II Yönəldiyi obyektdən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir:əxlaqi,
intellektual,estetik və praksis hisslər.
Əxlaqi hisslər - mənəvi,dünyagörüşü hissləri də adlandırılır.Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər ,dövlət ,idarə və təşkilatlar, ictimai hadisələr, insanın özünün keçirdiyi hisslər ola bilər.Deməli ,əxlaqi hisslər cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir.İnsanın əxlaqi hissləri ,müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur.