1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə47/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   43   44   45   46   47   48   49   50   ...   76
Emosiya – hissetmənin teşkiledilmiş təzahürü,hisslərin ifadə vasitəsi olub ünsiyyət, münasibət, fəaliyyət, və davranışda aydın təzahür edir.Emosiyalara aid tədqiqatlarda ekspressiv komponentin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.Emosiyaların başlıca ifadə vasitələri nitq, mimika, pantomimika, jestikulyasiya və vokalizasiyadır.”Emosiya nədir?”sualına U.Ceyms “hissetməyə cəhd”kimi cavab vermişdir.P.K.Anoxinə görə, emosiyalar orqanizmin fizioloji vəziyyəti olaraq parlaq subyektiv ifadəyə malik olmaqla insanın hiss və yaşantılarını əhatə edir.S.Z.Rubinşteyn emosiyaları subyektin vəziyyətinin, onun obyektə münasibətinin təzahürü kimi dəyərləndirilir.

III Emosiya canlı varlığın , orqanizmin vəziyyətini və xarici təsirlərin bioloji əhəmiyyətini müəyyənləşdirmək tələbatı ilə bağlı olaraq yaranıb.Emosiyalar insan təcrübəsinin hissi əsası da hesab olunur.Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir,xatirələrə dinamiklik verir.Hər bir insan anadangəlmə emosional komplekse malikdir.İnsanın psixika ilə bağlı olan hissi – emosional sferası bu ardıcıllıqla inkişaf edir.

  • Qorxu :ikinci gün (Preyer)

  • Müdafiə,hiddət:2-4 ay (Preyer)

  • Bağlılıq:simpatiya,antipatiya – 2 ay (Darvin)

  • Şəxsiyyətin “Mən “i bağlı emosiya:özünüsevərlik, eqoistlik – 3 yaş (Ribo)

  • Affekt və ehtirasla bağlı emosiya – 5-7 yaş (Qefdinq)

Psixoloqların fərqli şərhləri ümumiləşdirənbelə bir nəticəyə gəlmək olar ki,əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibəti ilə əlaqədar keçirdiyi yaşantılar kimi başa düşülür.

Emosiya əsasən üzvi tələbatların,məsələn,yemeyə,təmiz havaya, suya və s. olan ehtiyaclarını ödənilməsi ilə əlaqədardır.Bu cəhətdən emosiya heyvanlarda da vardır.Emosiyalar yaranma süətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər.Bunları insanın emosional halətidə adlandırırlar.Bunların bir neçəsinə nəzər salaq:əhvallar, affektlər, stress, frustrasiya.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin