Əhvallar – orta qüvvəyə malik olan, tədricən yaranan, xeyli müddət davam edən emosional haldır.Məsələn, səhər eşitdiyiniz xoş xəbər bütün gün gümrah, şən əhval – ruhiyyə keçirməyimizə səbəb ola bilər.
Affektlər – sürətlə yaranan qüvvətli, nisbətən tez keçib gedən emosional hallardır.Affektlər insanı tez bürüyən , sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emisonal prosesdir.Bu zaman insan güclü şəkildə keşirdiyi qorxu, hiddət, qəzəb və s.hisslərə qapılır.
Ehtiras – qüvvətli, uzunmüddətli və dərin hissdir.Ehtiras insan şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.
Təəccüb – qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olamayan və adaptasiya mane ola biləcək aktivliyini saxlayır.Tomkinsin qeyd etdiyi kimi, təəccüb – kanalları təmizləyən emosiyadır.
Stress – insanın fəaliyyət və ünsiyyət prosesində çətin, mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi haldır.
Frustrasiya – özündən böyüklər, rəhbərlər tərəfindən insanın fəallığı sıxışdırıldıqda,tələbatları ödənilmədikdə düşdüyü psixi vəziyyətdir.Yəni, insanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali manelərlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır.Frustrasiya vəziyyəti bəzən insanın xarakterinə, davranış tərzinə də təsir edir bir sıra dəyişikliklərə səbəb olur.
E.P.İlyin frustrasion emosiyalar kateqoriyasını ayıraraq onlara inciklik, məyusluq, qəzəb, təcavüz, kədər, sıxıntı dərd və depresiyanı aid edir.Bu emosiyalar insanın fəaliyyətinə müxtəlif şəkildə təsir edirlər.V.K.Vilyünas emosiyaların bioloji məqsədəuyğunluğundan danışarkən aşağıdakı funksiyalrı sadalayır:
Qiymətləndirmə
Təhriketmə (motivləşdirmə)
Tənzimetmə (təşkiletmə) və dizorqanizasiya (pozma)
Möhkəmləndirmə (ləngitmə), sezmə(qabaqlama, evristik)
Emosional sahənin diskret modelinin tərəfdarları emosiyaları ilkin və
ikinci emosiyaları ayırırlar.P.Ekman altı ilkin emosiyanın adını çəkir:qəzəb, qorxu, ikrah, təəccüb, kədər, sevinc.
Dostları ilə paylaş: |