1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
  1   2   3   4   5   6   7   8   9   ...   17
1-15



1.Psixologiyanın mövzusu və vəzifələri 
Psixologiya termini iki yunan sözündən-“psyuxe”-ruh, ruhi aləm, 
”loqos”-bilik, elm, öyrənmək sözlərindən əmələ gəlmiş, ruhi aləm 
haqqında elm deməkdir. (psixika haqqında elmdir). Psixologiyanın 
predmetini başa düşmək üçün əvvəlcə psixika anlayışı ilə tanış olmaq 
lazımdır. Psixika obyektiv aləmin subyektiv inikasıdır, yəni gerçəkliyin 
insan beynində əksidir. Psixikanı və ya psixi hadisələri şərti olaraq üç 
böyük qrupa ayırmaq olar: 
1.Psixi proseslər 2.Psixi hallar 3.Psixi xassələr 
1.Psixi proseslər psixi faktın dinamikasını ifadə edir. Psixi proseslərə 
idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, 
təxəyyül), emosional proseslər (sevinc, kədər, qəm, nifrət, məhəbbət) 
və iradi proseslər (çətinliklərin aradan qaldırılması, motivlər 
mübarizəsi, davranışın tənzimlənməsi, qərar qəbul edilməsi və s.) 
aiddir. 
2.Psixi hallar psixi faktın nisbi davamlığını ifadə edir. Psixi hallar 
insanın psixi vəziyyəti ilə bağlıdır. Psixi hallara şən əhval, dalğınlıq, 
affekt, ehtiras, stress, inamsızlıq, şübhə və s. misal ola bilər. 
3.Psixi xassələr psixi faktın sabitliyini ifadə edir. Temperament, 
xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın əqli 
keyfiyyətlərini və emosional xassələrini də psixi xaə aid edirlər. Bunlar 
isə öz əksini fəaliyyət və ünsiyyətdə tapır. 
Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika 
və ya psixi hadisələr deyilir. Psixi hadisələr heyvanlarda da təzahür 
edir. Buna görə də psixologiya baxmayaraq ki, insanı öyrənir, eyni 
zamanda heyvanların da psixikasını, onun təzahürünü, dəyişməsini, 
təkamülünü, insan psixikası ilə heyvan psixikasının fərqini tədqiq edir. 
Psixoloqların tədqiqatları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət və 
ünsiyyət prosesində formalaşır. Deməli, psixologiya elmi həm də 
fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Beləliklə, 


psixologiyaya tərif versək belə deyə bilərik. Psixologiya psixikanın 
faktlarını, qanunauyğunluqlarını və mexanizmlərini öyrənir.

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin