1. Psixologiyanın mövzusu və vəzifələri


 Ünsiyyətin interaktiv tərəfi- birgə fəaliyyətin qurulmasında qarşılıqlı  anlaşmanın yaranmasını nəzərdə tutur.  3



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

2. Ünsiyyətin interaktiv tərəfi- birgə fəaliyyətin qurulmasında qarşılıqlı 
anlaşmanın yaranmasını nəzərdə tutur. 
3. Ünsiyyətin perseptiv tərəfi- insanların bir-birini qavramasını 
nəzərdə tutur. 
-Ünsiyyət prosesinə psixoloji xarakterli kommunikativ maneələr 
mühüm təsir göstərir. Belə çətinliklər ya müsahiblərin müəyyən fərdi 
psixoloji xüsusiyyətlərə malik olması, ya da onların arasında xüsusi 
növlü psixoloji münasibətlərin əmələ gəlməsi nəticəsində meydana 
çıxır. Məsələn, bir-birinə qarşı qərəz, ədavət, düşmənçilik, inamsızlıq 


və s. Psixoloqların fikrincə kommunikativ maneələri aradan 
qaldırmaq üçün adamların ünsiyyət mədəniyyətini artırmaq, onlara 
ünsiyyət vərdişləri aşılamaq lazımdır. Ünsiyyət mədəniyyətinin 
əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Ünsiyyət mədəniyyəti 
insan mədəniyyətinin daxili gözəlliyində öz ifadəsini tapır. 
Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili 
dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, 
ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə 
şərik olmaq-bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır. Hamı bu 
əlifbanı öyrənməli, mənimsəməlidir. 
14.Nitqin funksiyaları və növləri
Nitq fəaliyyəti ünsiyyət fəaliyyətində əsas yer tutur. Nitq- insanlara 
məxsus olub, dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesidir
Ünsiyyətin bu forması tarixən əmələ gəlmiş və təşəkkül tapmışdır. Dil 
isə nitqdən fərqli olaraq insanlar arasında ünsiyyət vasitəsidir. Hər iki 
anlayışı müqayisə etmək olar. Dil həcm etibarilə nitqdən çox genişdir. 
Çünki, dil xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Nitqin üç 
funksiyası vardır: 
1.Siqnifikativlik -əşyaları, hərəkəti, vəziyyəti və s. adlandırmaqdır.  

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin