əlamətlərindən biri-özünü şüurlu sürətdə idarə etmək qabiliyyətidir.
Şəxsiyyət eynən təkrarı mümkün olmayan bir fərdiyyətdir. Belə ki,
eyni psixoloji xüsusiyyətlərə malik olan iki şəxsiyyətə rast gəlmək
mümkün deyildir.
Şəxsiyyətin inkişafında
bioloji və
sosial amillər mühüm rol oynayır.
Şəxsiyyətin strukturunda bioloji və sosial amillərin nəzərə alınması
zəruridir. Bioloji və sosial amillər vəhdət təşkil edir və bir-birinə qarşı
qoyula bilməz.
-Şəxsiyyət insan inkişafının müəyyən mərhələsində formalaşmağa
başlayır. Şəxsiyyətin formalaşmasında onun mənsub olduğu cəmiyyət,
məşğul olduğu fəaliyyət prosesi mühüm rol oynayır. Çünki,
cəmiyyətdən kənarda olan və heç bir səmərəli fəaliyyətlə məşğul
olmayan adamın şəxsiyyəti haqqında bir söz demək mümkün deyildir.
Ən yeni psixoloji tədqiqatlar şəxsiyyətin formalaşmasında ailənin,
sosial qrupların, yaşlılarla uşaqlar arasında əmələ gələn
münasibətlərin böyük əhəmiyyətə malik olduğunu əsaslı surətdə
sübut edir.
-
Şəxsiyyətin quruluşu çox mürəkkəbdir. Bu quruluş özündə aşağıdakı
sahəni birləşdirir:
Dostları ilə paylaş: