1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   2   3   4   5   6   7   8   9   ...   17
1-15

7.Tərcümeyi-hal metodu- şəxsiyyətin keçdiyi həyat yolunu və bunun 
psixi inkişafa göstərdiyi təsiri müəyyənləşdirmək məqsədi daşıyır. Bu 
metod vasitəsi ilə uşağın yaşadığı şərait və başqalarının ona gostərdiyi 
müsbət və mənfi təsirlər ardıcıl şəkildə öyrənilir. Bu metodun köməyi 
ilə uşağın bir şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillərin 
mahiyyəti açıla bilir. 
8.Fəaliyyət məhsullarının təhlili metodu- psixi hadisələrin inkişaf 
xüsusiyyətlərinin öyrənilməsində istifadə edilir. Məlum olduğu kimi, 
uşaqlar müəyyən işlər görürlər. Tədqiqat zamanı bu işlərin nəticələri 
təhlil edilib uşağın bacarıq və vərdişi, qabiliyyəti, onun psixi inkişaf 
xüsusiyyətləri haqqında müəyyən fikir yürüdülür. 
5.Müşahidə və eksperiment metodu 
•Müşahidə metoduiki növə ayrılır: özünümüşahidə və obyektiv 
müşahidə. Müşahidə psixoloji faktları öyrənmək, təsbit etmək üçün 
böyük əhəmiyyətə malikdir. Müşahidə vasitəsilə istər ayrıca bir 
şəxsin, istərsə də müəyyən qrupun psixoloji vəziyyəti barədə qiymətli 
məlumat əldə etmək mümkündür. Müşahidə metodu uzunmüddətli 
və dövrü şəkildə həyata keçirilə bilər. Uzunmüddətli müşahidə 


müəyyən dövr ərzində, dövrü müşahidə isə müəyyən müddət ərzində 
aparılır. Müşahidə metodu tədqiqat üçün çox əlverişli olsa da, bir sıra 
nöqsanları da vardır. Belə ki, bəzən psixi hadisələr sürətlə cərəyan 
edir, onları müşahidə edib qeyd aparmaq çətin olur. Deməli, yenidən 
təzahür etməsə onu bir daha müşahidə etmək mümkün olmur. 
Eksperiment metodu- müşahidədən fərqli olaraq nisbətən qısa 
müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir. 
Eksperiment metodu qüsurları aradan qaldırmaq məqsədilə istifadə 
olunur. Belə ki, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən 
psixi proses bilərəkdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir. 
Eksperiment metodu laborator və təbii olmaqla iki növdə aparılır. 
Laborator eksperiment adətən laboratoriyada və ya xüsusi otaqlarda 
aparılır. Təbii eksperiment isə adi şəraitdə, məktəbdə, oyun və ya 
fəaliyyət prosesində aparılır. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin