1. Psixologiyanın mövzusu və vəzifələri


İnsan fəaliyyəti məhsul hazırlanması, ondan istifadə olunması və  əmək alətlərinin qorunub saxlanması ilə bağlıdır



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
1-15

2.İnsan fəaliyyəti məhsul hazırlanması, ondan istifadə olunması və 
əmək alətlərinin qorunub saxlanması ilə bağlıdır. 
3.İnsan fəaliyyəti ictimai xarakter daşıyır. Fəaliyyət prosesində insan 
digər insanlarla mürəkkəb münasibətlər sisteminə qoşulur.  
-Fəaliyyət ictimai-tarixi şəraitə uyğun müəyyənləşdirilir. İnsan heç 
vaxt öz fəaliyyətini onu əhatə edən mühitin, cəmiyyətin tələblərinin 


ziddinə qura bilməz. Onun fəaliyyəti cəmiyyətin tələblərinə uyğun 
olaraq müxtəlif xarakter daşıyır. Nümunə kimi insanın əmək 
fəaliyyətini göstərə bilərik. İnsan bütün dövrlərdə əmək fəaliyyəti ilə 
məşğul olmuş, məhsul istehsal etməklə özünün və cəmiyyətin 
tələblərini ödəmişdir. İctimai mühit dəyişdikcə əməyin məzmunu və 
mahiyyəti dəyişmiş, cəmiyyətin tələblərinə uyğunlaşdırılmışdır. 
-Fəaliyyət insan davranışını elə idarə etmək qabiliyyətinə malik 
olmalıdır ki, həmin məsədəyönəlmiş hərəkətləri həyata keçirə bilsin. 
Buradan görünür ki, fəaliyyət idrakla və iradə ilə ayrılmaz surətdə 
bağlıdır. Deməli, fəaliyyət insanın dərk olunmuş məqsədilə tənzim 
edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. 
-Fəaliyyətin mühüm xüsusiyyətlərindən biri də onun səbəbinin 
olmasıdır. Bu səbəb də fəaliyyətin motivini törədir. İnsan beynində 
əks olunub, onu fəaliyyətə təhrik edən amillərə fəaliyyətin motivi 
deyilir. Belə ki, insanda müəyyən bir motiv əmələ gəlir. Onu təmin 
etmək üçün insan öz qarşısına məqsəd qoyur və məqsədəmüvafiq 
olaraq müəyyən işlər görməyə başlayır. İnsanın istənilən fəaliyyəti 
qarşıya qoyulan məqsəd və vəzifələrlə müəyyənləşir. Əgər məqsəd 
yoxdursa, fəaliyyət də yoxdur. Deməli, məqsəd beyində fəaliyyətin 
gələcək nəticəsinin dinamik modeli kimi özünü göstərir. İnsanda 
məqsədəuyğun hərəkətlərin icra və tənzim olunmasının 
avtomatlaşması vərdiş adlanır. Eyni bir məqsədin müxtəlif motivlərlə 
bağlı olması da mümkündür. 
-Fəaliyyət hərəkətlərdən təşkil olunur. Hərəkətlər qarşıda məqsədin 
olub-olmamasına görə iki növdə olur: 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin