1. Psixologiyanın mövzusu və vəzifələri


İxtiyari hərəkətlər 2.Qeyri-ixtiyari hərəkətlər



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

1.İxtiyari hərəkətlər 2.Qeyri-ixtiyari hərəkətlər 
İnsanın istənilən fəaliyyətini aşağıdakı mərhələlərə, tərkib hissələrinə 
ayırırlar. 
- məqsədin müəyyənləşdirilməsi; 
- işin planlaşdırılması; 


- işin icra olunması; 
- nəticələrin yoxlanması; 
- səhvlərin aradan qaldırılması; 
- nəzərdə tutulan nəticə ilə alınan nəticənin müqayisəsi; 
- işin yekunlaşması; 
- qiymətləndirmə; 
İnsanda müxtəlif fəaliyyət növlərinin meydana gəlməsi və inkişafı 
mürəkkəb bir prosesdir. 
12.Fəaliyyətin növləri 
•Oyun- insana məxsus praktik davranış forması əsasında inkişaf edir. 
Oyun uşaqları ətraf mühiti dərk etməyə, təlim və əmək fəaliyyətinə 
hazırlayır. Məhz oyun prosesində uşaqlar ünsiyyət və münasibətləri 
mənimsəyir, sosial həyata hazırlaşırlar. Uşaq oyun prosesində yalnız 
oyun tələbatını ödəmir, həm də praktik fəaliyyəti mənimsəyir, mənəvi 
və fiziki həyata hazırlaşır. Uşaqda məhz oyun prosesində yoldaşlıq, 
dostluq, kollektivçilik və s. hisslər inkişaf edir. Oyun uşağı hadısələrin 
dil təcrübəsini mənimsəməkdə və ona istinad etməkdə məşq etdirir. 
Təlim- müəyyən bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesidir. 
Təlim fəaliyyəti təkcə insanı zəruri bilik, bacarıq və vərdişlərlə təmin 
etmir. O, eyni zamanda insanda özünün psixoloji proseslərini idarə 
etmək, həll ediləcək işlərini təşkil etmək və istiqamətləndirmək 
bacarığı formalaşdırır. Təlim fəaliyyəti inkişafetdirici olmalıdır və 
tərbiyəedici xarakter daşımalıdır. Təlim prosesində şəxsiyyət 
formalaşır, məqsədyönlülük, dözümlülük, qarşılıqlı kömək hissi və s. 
keyfiyyətlər inkişaf edir. Təlim tərbiyə ilə vəhdətdədir və onlar 
birlikdə şəxsiyyəti formalaşdırır. 
•Əmək- müəyyən ictimai-aydalı, maddi və ya ideal məhsullar 
istehsalına yönəlmiş fəaliyyətdən ibarətdir. Əmək fəaliyyəti insanın 
aparıcı, əsas fəaliyyətidir. Əmək insanın yaranmasında həlledici rol 


oynayır. İnsanın ən zəruri ehtiyacları əmək fəaliyyəti sayəsində təmin 
olunur. İstənilən əmək növündə təkmilləşmə, yeninin yaradılması baş 
verir və o, yaradıcı xarakter daşıyır. Yaradıcı fəaliyyət nəticəsində 
yeni, orijinal məhsul meydana çıxır. Yaradıcı fəaliyyət insandan 
müəyyən qabiliyyət, işə sonsuz maraq tələb edir. İstedadlı insanlar 
yalnız istedadın gücünə deyil, həm də əməyin hesabına uğur 
qazanırlar. L.N.Tolstoy istedadı fasiləsiz, gərgin əməyin məhsulu 
hesab edirdi. 
İnsanlar demək olar ki, həyatları boyu hər üç fəaliyyət növü ilə məşğul 
olurlar. Lakin müxtəlif yaş mərhələlərində onlar fərqli məna kəsb 
edirlər. Məktəbə daxil olana qədər uşağın əsas fəaliyyət növü 
oyundur. Bununla belə o, müəyyən qədər təlim fəaliyyəti ilə də 
məşğul olur. Məktəblinin isə əsas fəaliyyət növü təlimdir. Amma boş 
vaxtlarında o, həvəslə oyunla məşğul olur. Yaşlı adamların isə əsas 
fəaliyyət növü əməkdir. Lakin bununla belə o, boş vaxtlarında oxuyur, 
müəyyən oyunlar oynayır. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin