1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

3. Nitqin təsirliliyi 
4. Nitqin ifadəliliyi 
Nitqin göstərilən xüsusiyyətləri təlim-tərbiyə prosesində böyük 
əhəmiyyətə malikdir. Müəllimin nitqinin məzmunlu, anlaşıqlı, təsirli 
və ifadəli olması şagirdlərin elmləri yüksək səviyyədə 
mənimsəmələrinə, onların təlim-tərbiyə işinin müvəffəqiyyətinə 
müsbət təsir göstərər. 
15.Şəxsiyyət haqqında anlayış 
Şəxsiyyət- insanı digər canlılardan fərqləndirən sosial varlıqdır. 
Şəxsiyyət dedikdə müəyyən ictimai tarixi bir dövrdə yaşayıb fəaliyyət 
göstərən, ətraf mühiti özünə uyğun dəyişdirməyi bacaran, son dərəcə 
şüurlu ictimai bir varlıq nəzərdə tutulur. Şəxsiyyətin ən mühüm 


əlamətlərindən biri-özünü şüurlu sürətdə idarə etmək qabiliyyətidir. 
Şəxsiyyət eynən təkrarı mümkün olmayan bir fərdiyyətdir. Belə ki, 
eyni psixoloji xüsusiyyətlərə malik olan iki şəxsiyyətə rast gəlmək 
mümkün deyildir. 
Şəxsiyyətin inkişafında bioloji və sosial amillər mühüm rol oynayır. 
Şəxsiyyətin strukturunda bioloji və sosial amillərin nəzərə alınması 
zəruridir. Bioloji və sosial amillər vəhdət təşkil edir və bir-birinə qarşı 
qoyula bilməz. 
-Şəxsiyyət insan inkişafının müəyyən mərhələsində formalaşmağa 
başlayır. Şəxsiyyətin formalaşmasında onun mənsub olduğu cəmiyyət, 
məşğul olduğu fəaliyyət prosesi mühüm rol oynayır. Çünki, 
cəmiyyətdən kənarda olan və heç bir səmərəli fəaliyyətlə məşğul 
olmayan adamın şəxsiyyəti haqqında bir söz demək mümkün deyildir. 
Ən yeni psixoloji tədqiqatlar şəxsiyyətin formalaşmasında ailənin, 
sosial qrupların, yaşlılarla uşaqlar arasında əmələ gələn 
münasibətlərin böyük əhəmiyyətə malik olduğunu əsaslı surətdə 
sübut edir.
 
-
Şəxsiyyətin quruluşu çox mürəkkəbdir. Bu quruluş özündə aşağıdakı 
sahəni birləşdirir:

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin