1. pulun mahiyyəti və funksiyalari pul



Yüklə 103,09 Kb.
səhifə6/7
tarix10.12.2023
ölçüsü103,09 Kb.
#139521
1   2   3   4   5   6   7
1-10(maliyyə)

Xərclərin inflyasiyası istehsalat xərclərinin artması nəticəsindənqiymətlərin artması deməkdir. Xərclərin qalxmasının müxtəlif səbəbləri var. Ölkə daxili qiymətlərin (bütün növ qiymətlərin) dünya qiymətləri səviyyəsinə çatdırılması, əmək haqlarının qaldırılması, monopolist firmalar tərəfindən qiymətlərin aşağı salınması və s-dir.
Tələb inflyasiyası Keynsçi analizin məhsuludur. Belə ki, tam məşğulluq şəraitində olan iqtisadiyyatda məcmu tələbdəki artım bir çox əmtəə bazarında əmtəələrə olan tələbin artmasına səbəb olacaq və qiymətlər qalxacaq.Yəni, tələb inflyasiyası o zaman meydana gəlir ki, pul gəlirləri məhsul və xidmətlərdən artıq olsun.

9. İNFLYASIYANIN SOSIAL-IQTISADI NƏTICƏLƏRI
İnflyasiyanın yalnız səbəblərini aydınlaşdırmaqla kifayətlənmək olmaz, həm də onun sosial-iqtisadi nəticələrini nəzərdən keçirmək lazımdır.
Bazar iqtisadiyyatı üçün səciyyəvi olan bir çox hadisələr kimi inflyasiyanı da birmənalı qiymətləndirmək düzgün deyildir. Ona görə ki, inflyasiyanın mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətləri də vardır. Belə ki, o, iqtisadi artıma təsir edir, ona təkan verir. Bu isə o deməkdir ki, iqtisadiyyatın bazar mexanizmi vasitəsilə tənzimlənməsi üçün səciyyəvi olan bir çox başqa proseslər kimi, inflyasiya da mütləq mənada hökmən qarşısı alınmalı və qətiyyətlə aradan qaldırılmalı olan ziyanlı bir proses deyildir. Başqa sözlə, dövlət inflyasiyadan cəmiyyət üzvlərinin rifahının yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsi üçün istifadə edə bilər. Məsələn, bazar münasibətlərinin inkişaf etmiş olduğu ölkələrdə mötədil (mülayim, zəif) inflyasiya iqtisadi artımın normal amili hesab edilir. Bu deyilənlərə əsasən belə nəticə çıxarmaq olar ki, inflyasiya qiymətlərin və mənfəət normasının artmasına təsir etməklə, konyukturanı canlandıran amil kimi fəaliyyət göstərir. Çünki qiymətlər bahalaşdıqda həmin məhsulun istehsalının artırılmasına maraq da artır. Lakin inflyasiyanın dərinləşməsinə yol vermək olmaz, onun qarşısı vaxtında alınmalıdır. Çünki onun qarşısı vaxtında alınmadıqda sosial-iqtisadi qeyri-sabitlik güclənməklə, ölkədə tarazlıq pozulur, iqtisadiyyatın inkişafına əngəl törədilir, böyük məbləğdə xərc tələb olunur.
İnflyasiya nəinki ölkə daxilində tarazlığın pozulmasına səbəb olur, həm də beynəlxalq valyuta münasibətlərinə mənfi təsir göstərir. Bu aşağıdakılarla əlaqədardır:
Birincisi, ölkə daxilində qiymətlərin qalxması valyutanın alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Valyutanın qiymətdən düşməsi isə valyuta dempinqinə səbəb olur.
İkincisi, inflyasiya dünya qiymətlərinin artmasına səbəb olur. İnflyasiyanın təsiri ilə dünya bazarlarında qiymətlərin artım sürəti daxili qiymətlərin artım sürəti ilə nəinki bərabərləşmiş, həm də onu ötüb keçmişdir. BVF-nin ekspertləri bunu ixrac olunan neftin qiymətlərinin artması ilə izah edirlər.
Üçüncüsü, qiymətlərin artması ixrac olunan məhsulların rəqabət mübarizəsini zəiflədir və xarici ticarətdə defisitin artmasını gücləndirir, tədiyə balansının tarazlaşdırılmasını çətinləşdirir.
Dördüncüsü, valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsindəki qeyri-bərabərlik valyuta məzənnələrinin qeyri – ekvivalentliyini gücləndirir, onların rəsmi və bazar məzənnələri arasında uyğunsuzluğa səbəb olur. Bu da öz növbəsində valyuta məzənnələrinin sabitləşdirilməsini çətinləşdirir, məzənnələr arasındakı nisbətlərə yenidən baxılmasını zəruri edir.
İnflyasiya ilə mübarizə və ona qarşı xüsusi proqramın işlənib hazırlanması iqtisadiyyatın sabitləşdirilməsinin zəruri ünsürüdür. Bu proqramın əsasını inflyasiyaya təsir edən səbəb və amillərin təhlili, onların aradan qaldırılması və ya azaldılmasına təsir göstərən iqtisadi tədbirlər sistemi təşkil etməlidir.

İqtisadçılar inflyasiyanın 6 zərərini müəyyən etmişlər:



  • Azalan pul ehtiyatları ilə bağlı ayaqqabı altlığı xərcləri

  • Qiymətlərin tez-tez dəyişdirilməsi ilə bağlı menyu xərcləri

  • Nisbi qiymətlərin dəyişkənliyinin artması

  • Vergi məcəlləsinin indeksləşdirilməməsi səbəbindən vergi öhdəliklərində nəzərdə tutulmayan dəyişikliklər

  • Hesablaşma vahidinin dəyişməsi ilə bağlı çaşqınlıq və narahatlıq

  • Sərvətlərin debitorlarla kreditorlar arasında ədalətsiz təkrar bölüşdürülməsi



Yüklə 103,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin