1. pulun mahiyyəti və funksiyalari pul



Yüklə 103,09 Kb.
səhifə7/7
tarix10.12.2023
ölçüsü103,09 Kb.
#139521
1   2   3   4   5   6   7
1-10(maliyyə)

10. ANTIINFLYASIYA SIYASƏTI
Antiinflyasiya siyasəti – qiymətlərin ümumi səviyyəsinin sabitləşməsinə yönəlmiş makroiqtisadi siyasətdir. İnflyasiya kəskinliyin yumşaldılmasına yönəldilmişdir.
Hər bir dövlət mümkün olan vasitələrlə inflyasiyanın qarşısını almaq, heç olmasa onun sürətini azaltmaq məqsədilə antiinflyasiya tədbirləri həyata keçirir. Bu proqramlar iqtisadiyyatın sabitləşdirilməsində zəruri tədbir hesab olunur. Proqramın əsasını inflyasiyanın səbəblərinin və amillərinin obyektiv təhlili, onu aradan qaldırmağa, yaxud sürətini azaltmağa imkan verən tədbirlər kompleksi təşkil edir. Antiinflyasiya siyasəti inflyasiya proseslərinə qarşı mübarizə ilə bağlı tədbirlər sistemi vasitəsilə həyata keçirilir. Dövlətin antiinflasiya siyasəti əsasən, iki formadaaktiv (fəal) – inflyasiyanı törədən səbəbləri aradan qaldırmaqla və adaptasiya (uyğunlaşma) – inflyasiyaya uyğunlaşmaq və onun mənfi cəhətlərini azaltmaqla həyata keçirilir. Antiinflasiya siyasətinin iki istiqaməti var: a) məcmu tələbin tənzimlənməsi; b) məcmu təklifin tənzimlənməsi. Keynsçilər birinci istiqaməti, monetaristlər isə ikincini müdafiə edirlər.
Antiinflyasiya siyasətinin xarakterini qiymətləndirərkən, üç ümumi yanaşmanı ayırmaq olar. Birinci (keynsin müasir tərəfdarları tərəfindən təklif olunur.) çərçivədə fəal büdcə siyasəti nəzərdə tutulur. Bu zaman dövlət öz xərclərini məhdudlaşdırır və vergiləri artırır. Nəticədə tələbat azalır, inflyasiyanın tempi aşağı düşür. Lakin eyni zamanda istehsalın və investisiyaların azalması baş verə bilər. Bu da durğunluğun yaranmasına gətirib çıxara bilər. Hətta ilkin olaraq qoyulmuş məqsədlərə zidd olaraq, işsizlik inkişaf edə bilər.
İkinci yanaşma iqtisadi nəzəriyyənin monetarizm tərəfdarları tərəfindən tövsiyə olunur.  Çevik təsir göstərən pul – kredit tənzimlənməsi mövcud iqtisadi vəziyyət üçün ön plana çəkilir. Bu növ tənzimlənmə zamanı pul miqdarı və borc faiz dərəcələri dəyişir. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, dövlət ödəniş qabiliyyətinin məhdudlaşdırılması üçün antiinflyasiya tədbirləri görməlidir. Çünki işsizliyin təbii səviyyəsinin azaldılması yolu ilə iqtisadi artımın stimullaşdırılması və süni məşğulluğun dəstəklənməsi inflyasiya üzərində nəzarətin itirilməsinə doğru aparır.
 Bir çox ölkələrin hökümətləri 60-cı illərdən başlayaraq nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün qiymət, gəlir siyasətini aparmışlar və əmək haqqlarını məhdudlaşdırmışlar. Bu da üçüncü metodun əsasını təşkil edir. Çünki bu siyasət inflyasiya ilə bazar siyasəti üsulları ilə deyil, inzibati üsullarla mübarizə aparır və həmişə qarşıya qoyulmuş məqsədə çatır.
Antiinflyasiya tədbirlərinin həyata keçirilməsində böyük təcrübəyə malik olan qərb ölkələrində uzunmüddətli və qısamüddətli siyasətin əlaqələndirilməsi məqsədə uyğun göstərilir.
Uzunmüddətli siyasət özündə ilk növbədə dövlət xərclərinin azaldılması və vergilərin artırılması hesabına büdcə kəsrinin azaldılması üzrə tədbirləri birləşdirir. İkincisi, pul kütləsinin illik artımı üçün pul dövriyyəsi sahəsində tədbirlər, xüsusilə sərt limitlərin müəyyənləşdirilməsidir. Bu da inflyasiyanın səviyyəsinə nəzarət etməyə imkan verir. Üçüncüsü, iqtisadiyyata inflyasiyanın büdcə kəsrinin maliyyələşdirilməsi üçün qısamüddətli kredit və borclar şəklində təsirinin azaldılmasıdır.
Qısamüddətli antiinflyasiya tədbirləri inflyasiyanın tempinin müvəqqəti azaldılması üçün yönəldilir. Bu məqsədlə dövlət əsas istehsala əlavə kənar mallar və xidmətlər buraxan müəssisələrə əlavə güzəştlər verir.
İnflyasiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi prosesi antiinflyasiya tənzimlənməsi adlanır. İqtisadi təcrübədə əsas tənzimləmə metodları aşağıdakılardır:

  1. -büdcə kəsirinin azaldılması;

  2. -qiymətlərin tənzimlənməsi;

  3. -gəlirlərin tənzimlənməsi.

Yüklə 103,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin