Məsələ №1.
Qadın məsləhətxanasına 30 yaşlı qadın ilk hamiləliklə müraciət edir. Axırıncı aybaşısı 1. 09. 2015 olub. Qadının qan qrupu I (0) Rh mənfidir (Rh-) ilk gəlişidir. Bütün analizlər toplanıb. Hamilənin fərdi müşahidə kartası doldurulur.
Suallar:
1. Doğuşun güman edilən vaxtını təyin edin.
Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Məsələ №2.
Qadın məsləhətxanasında 30 yaşlı hamilə qadın qan qrupu II (A), Rh (-) ilə risk qrupuna daxil edilmişdir. Həyat yoldaşında qan qrupu I (0), Rh (+). Axırıncı aybaşısı 5. 03. 2015 olub. Gəlişlərə uyğun bütün analizlər yoxlanılıb. Hamilənin fərdi müşahidə kartasına qeydlər edilib. Doğuşun güman edilən vaxtı 12. 12. 2015.
Ümumi vəziyyəti kafidir. Xroniki hipertenziyası var. A/T 130/90 mm.c.st 3-cü hamiləliyi 2-ci doğuşudur. 1-abort olub. Qarnı oval formadadir. Uşaqlıq dibinin hündürlüyü 38 sm, qarının çevrəsi 75 sm. Dölün ürək döyüntüsü eşidilir.
Suallar:
1. Dölün təxmini çəkisini hesablayın.
Ədəbiyyat: "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq" üzrə klinik protokol (Bakı 2013) və "Hamiləlikdə rezus-izoimmunizasiya" üzrə klinik protokol (Bakı 2014).
Məsələ №3
Doğum evində 19 yaşlı hamilə qadın 21.05.2015 ildə saat 1500 çəkisi 3200 qram olan diri qız uşağı doğdu. Doğuşun III dövrü aktiv idarə edildi. İtirilən qanın miqdarı 250-300 ml.
Ümumi vəziyyəti kafidir. A/T - 115/70 mm.c. süt., nəbzi 78 vurgu/dəq., dəri və görünən selikli qişalarının rəngi doğuşun gedişinə uyğundur. Uşaqlıq bərk, yumrudur, ifrazat azacıq qanlıdır.
Suallar:
1. Doğuşun III dövrünün aktiv aparılmasında məqsəd.
Ədəbiyyat:" Normal doğuş" üzrə klinik protokol (Bakı 2012). Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat Bakı 2013.
Dostları ilə paylaş: |