11. Amsterdam və Nis muqavilələri 1)NİS MÜQAVİLƏSİ-Nis Müqaviləsi 2001-ci il fevral ayının 26-da imzalanıb və 1 fevral 2003-cü ildə qüvvəyə minib. Məsələ bundadır ki, 1997-cı ildə
dəyişikliklərini tam əhatə edə bilmədi. 1999-cu ilin iyun ayında Avropa İttifaqı Dövlət və Hökumət Başçılarının Koloniya şəhərində keçirilən Zirvə Görüşü, daha sonra isə həmin ilin dekabrında Helsinki Zirvə Görüşü və 2000-ci ilin iyununda Feyra Zirvə Görüşü İttifaqdaxili islahatların aparılması, Avropa Komissiyasının tərkibinin və sayının dəyişdirilməsi. Nazirlər Şurasında səsvermə qaydalarının yeniləşdirilməsi, xüsusi səs çoxluğu ilə səsvermənin yeni sahələrə də şamil edilməsi və nəhayət, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlər görülməsinə böyük ehtiyac olduğunu qeyd etdi.Avropa İttifaqı öz tarixində ən böyük genişlənməyə hazırlaşdığı bir dövrdə daha dərin inteqrasiyaya nail olmaq üçün iş mexanizminin təkmilləşdirilməsini ən vacib məsələlərdən biri hesab edirdi. Nis Müqaviləsi məhz qeyd etdiyimiz məsələlərlə bağlı islahat paketini qəbul etməklə yadda qaldı. Müqavilədə nəzərdə tutulan islahatlar İttifaqın genişlənməsi prosesinin rəvan keçməsini təmin etməyə yönəlmişdi. Əsas məqsəd də daha sıx əməkdaşlığın vacib olduğu sahələrə xüsusi səs çoxluğu ilə səsvermə qaydasını şamil etmək idi.,Nis Müqaviləsi müəyyən irəliləyişlərə təkan versə də, dərin, köklü islahatların axıra qədər aparılmasına nail ola bilmədi və bir çox suallar hələ də açıq qalmaqdadır. Nis Müqaviləsi ilə əlaqədar çağırılmış Dövlət və Hökumət Başçılarının Nis Zirvə Görüşündə aparılan müzakirələr aydın göstərdi ki, hələ də üzv dövlətlər arasında müxtəlif məsələlərlə bağlı ciddi fikir ayrılıqları mövcuddur. İttifaq hələ də tam vahid bir qurum kimi çıxış edə bilmir.