1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Proqnozlaşdırmanın mahiyyəti və əsas məlumat mənbələri



Yüklə 92,5 Kb.
səhifə16/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
Regional Iqtisadiyyat imtahan suallari

13.Proqnozlaşdırmanın mahiyyəti və əsas məlumat mənbələri.

Proqnozlaşdırma iqtisadi inkişafın mümkün variantları və parametrlərinin müəyyən edilməsinin başlanğıc mərhələsidir. Başqa sözlə, proqnozlaşdırma sosial-iqtisadi hadisələrin inkişaf meylləri və onların arasındakı qarşılıqlı əlaqələrin dərindən təhlil edilməsi əsasında gələcəyin qiymətləndirilməsi deməkdir. Proqnozlaşdırma prosesi inkişaf pesrpektivlərinin mümkün olan alternativinin seçilməsini və optimal qərar qəbul edilməsini nəzərdə tutur.

Proqnozlaşdırma geniş informasiya mənbələrindən istifadə olunması əsasında aparılır. Bütün ölkələrdə proqnozlaşdırmadan, planlaşdırma və proqramlardan geniş istifadə olunur. Bu tənzimləmə vasitələrinin hazırlanması və istifadəsi özünü XX əsrin əvvəllərində göstərməyə başlamış, 1929-1933-cü illərdəki böyük durğunluq dövründə tətbiq olunmuşdur.

İkinci dünya müharibəsindən sonra bir tərəfdən keçmiş Sovet ittifaqının tamamilə qağılmış iqtisadiyyatını beşillik planlar əsasında sürətlə bərpa etməyə başlaması, digər tərəfdən kapitalist ölkələrinin bir çoxunun qarşısına çıxmış strateji vəzifələr, dövlətlərarası iqtisadi münasibətlərin genişlənməsi, elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması, yeni, çox böyük faydalı qazıntı yataqlarının mənimsənilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi vasitələri olmaqla orta və uzun müddətli, region və ya sahə miqyaslı planların işlənib hazırlanmasına səbəb oldu.



Odur ki, keçən əsrin 40-cı illərinin axırları və 50-ci illərin əvvəllərindən etibarən bazar iqtisadiyyatının hökmran olduğu ölkələrdə, xüsusilə də ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və s. ölkələrdə bu vasitələrdən geniş istifadə olunmağa başlanmışdır.

Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin