15.İqtisadiyyatın planlaşdırılmasının vacibliyi və proqramların tətbiqinin zəruriliyi, məqsəd və vəzifələri.
Dövlətin iqtisadiyyata təsiri alətləri içərisində ən geniş tətbiq edilənləri aşağıdakılardır:
Sahibkarlığın səmərəli inkişaf etdirilməsində istiqamətverici rol oynayan indeqativ planlar: Bu zaman dövlət orqanları tərəfindən dövlətin rasional inkişafının siyasətini həyata keçirmək üçün əsas kimi götürülən indeqativ planlar təkcə milli iqtisadiyyat səviyyəsində deyil, həmçinin regional səviyyələrdə də işlənib hazırlanır.
Ölkənin vahid xalq təsərrüfatının inkişafında tətbiq edilən proqramlar (elmi texniki proqramlar, sosial proqramlar, ekoloji proqramlar və s.).
Sosial iqtisadi sferanın inkişafına bir başa dövlət təsirini həyata keçirməyə imkan verən investisiya layihələri.
İqtisadi inkişafa dolayı təsir sistemi (gömrük, vergi, kredit güzəştləri və s.).
Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən ən əsas təsir alətlərindən biri planlardır. Bazar iqtisadiyyatında tətbiq olunan planların aşağıdakı növləri var: