1. Regional iqtisadiyyatın idarə edilməsi kursunun məzmunu və predmeti


Xüsusi iqtisadi zonaların mahiyyəti və meydana gəlməsi səbəbləri



Yüklə 92,5 Kb.
səhifə23/26
tarix01.01.2022
ölçüsü92,5 Kb.
#107398
1   ...   18   19   20   21   22   23   24   25   26
Regional Iqtisadiyyat imtahan suallari

17.Xüsusi iqtisadi zonaların mahiyyəti və meydana gəlməsi səbəbləri

Azad iqtisadi zonaların yaranması və inkişaf etməsi xarici ticarətin inkişafının məhsuludur. Dünya ticarətinin inkişaf tarixi bunu deməyə əsas verir. Hər bir ölkə öz iqtisadiyyatından səmərəli istifadə etməklə istehsalı inkişaf etdirməyə və məhsulunu satdırmağa çalışır. Məhsulun reallaşdırılmasının əsas vasitələrindən biri xarici ticarətdir. Ümumiyyətlə, xarici ticarət ölkədə mövcud olan iqtisadi ehtiyatlardan elm və texnikanın ən yeni nailiyyətlərindən istifadə olunmasına, iqtisadiyyatda çox qısa müddətdə struktur dəyişiklikləri aparılmasına, əhalinin tələbatının daha yaxşı ödənilməsinə imkan verir. Bu prosesdə iştirak edən tərəflər üçün xarici ticarətin faydalı olması elə ilk dövrlərdə özünü göstərmişdir. Ona görə də hər hansı bir ölkənin xarici ticarətin həyata keçirildiyi ərazisinə xüsusi əhəmiyyətli bir fəaliyyət zonası kimi yanaşılmışdır. Beləliklə, ölkə sahələrini keçərək idxal olunan məhsullara qısa və ya uzun bir müddət ərzində anbar xidməti göstərilməsi, həmin ərazi üzrə müəyyən güzəştlərin nəzərdə tutulması ideyası azad iqtisadi zonaların (sərbəst iqtisadi zonaların) meydana gəlməsinin əsasını təşkil etmişdir.

Beləliklə, azad iqtisadi zonalar ilk dəfə xaricdən ölkəyə daxil olan malların boşaldılması, başqa ölkələrə təkrar göndərilməsi üçün xüsusi yer, gömrük rəsmləşdirilməsindən tam və ya qismən azad bir liman olaraq meydana gəlmişdir.

Azad iqtisadi zonalar (AİZ-lar) ilk dəfə XV əsrdə dənizlərin və çayların sahilində yerləşən yaşayış məntəqələri daxilində azad (sərbəst) liman şəhəri formasında yaranmışdır. Sonrakı 4-5 əsrlik dövrdə onlar sürətlə inkişaf etmiş, çoxnövlü olmuş və təkmilləşdirilmişdir. XVI-XVII əsrlərdə dəniz sahili ölkələrdə – Fransa, İngiltərə, Sinqapur, Kolumbiya, Malta və digər ölkələrin liman şəhərlərində sərbəst (azad) ticarət zonaları fəaliyyət göstərməyə başlamışdır. Sonralar azad limanlarla yanaşı, dəniz yolları, hava yolları yaxınlığında olan yaşayış məntəqələri də ticarət zonaları kimi diqqəti cəlb etmişdir.

Sonrakı dövrlərdə, xüsusilə də XX əsrin ikinci yarısından başlayaraq təsərrüfat fəaliyyətinin bütün əsas sahələrində azad iqtisadi zonalar formalaşmış və inkişaf etmişdir. Sənaye məhsulları istehsalı və ixracı, xarici ticarət, bank, sığorta xidməti, elmi-texniki xidmət, qabaqcıl texnologiyaların meydana gəlməsi və tətbiqinə və s-lə əlaqədar xüsusi iqtisadi zonalar yəni azad ticarət zonaları formalaşmışdır. Bununla əlaqədar olaraq azad iqtisadi zonaların fəaliyyət sahələri və məqsədləri də genişlənmiş, çoxsahəli olmuşdur. Onların müsbət və mənfi cəhətləri də özünü daha qabarıq şəkildə göstərmişdir.

Müasir dövrdə xüsusi iqtisadi zonaların yaradılması açıq iqtisadiyyat prinsiplərinin həyata keçirilməsinin əsas cəhətlərindən biridir. Çünki belə zonalarda liberallaşma artır, xarici və daxili investorlar üçün münasib gömrük, vergiqoyma, investisiya qaydaları müəyyən edilir.

Xüsusi iqtisadi zona yaradılmasına həm də aşağıdakılar təsir edir:

- sənaye məhsullarının ixracına maraq yaratmaq və bunun əsasında valyuta vəsaiti əldə etmək;

- məşğulluğun artmasına nail olmaq;

- infrastrukturu yaxşılaşdırmaq;

Xüsusi iqtisadi zonalar yaradılarkən aşağıdakı ümumi cəhətlərə xüsusi diqqət yetirilir:

- əlverişli coğrafi vəziyyət;

- daha əlverişli infrastrukturun olması;

- infrastrukturla bağlı torpaq, su, enerji, müxtəlif xammal növləri, nəqliyyat şəbəkəsi, telekoomunikasiya və s. vəziyyəti;

- əlverişli sosial infrastrukturu, o cümlədən zəruri standartlara uyğun yaşayış binaları, uşaq bağçaları, məktəblər, xəstəxanalırn olması, gündəlik tələbart məhsulları ilə təmin olunma və i a.

- nisbətən ucuz, lakin yüksək ixtisaslı işçi qüvvəsi;

- yüksək maliyyə xidməti göstərilməsi və beynəlxalq maliyyə bazarı ilə əlaqə;

- avadanlıqların təmiri üzrə yüksək xidmət;

- xüsusi iqtisadi zonalar haqqında qanunlar toplusu;

- vergiqoymada güzəştlər və digər hüquqi normalar;

- ümusi siyasi sabitlik və i a.



Yüklə 92,5 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin