12.Bələdiyyələrin özünü idarəetmə sistemi
Bələdiyyələr özlərinin səlahiyyətlərinə aid olan məsələlərin həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar komissiyalar yaradırlar. Bu komissiyalar bələdiyyələr haqqında əsasnaməni və başqa normativ hüquqi sənədləri əldə rəhbər tutaraq fəaliyyət göstərirlər. Komissiyalar yerli əhəmiyyətli inkişaf məsələləri ilə əlaqədar proqramlar hazırlayıb bələdiyyə başçısına və yerli əhalinin müzakirəsinə verirlər.
Komissyalar iclaslar keçirirlər. Və bu iclaslarda bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, səlahiyyətlərinin uzadılması, xitam verilməsi, bələdiyyələrin tabeliyində ola ərazidə ekoloji tarazlığın qorunub saxlanması, ərazinin abadlaşdırılması və yaxşılaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, torpağın, havanın çirklənmədən qorunması və yerli əhəmiyyətli digər məsələlərin həlli ilə əlaqədar tədbirlər görürlər.
Bələdiyyə üzvü 6 aydan gec olmayaraq öz seçiciləri qarşısında hesabat verir. Bələdiyyə üzvlərinin əmək haqqı bələdiyyələrin gəlirlərindən asılı olaraq hazırlanmış və ümumi iclasda təsdiq olunmuş ştat cədvəli əsasında verilir. Bələdiyyənin icra orqanının təşəbbüsü ilə bələdiyyə üzvlərinin iclasları keçirilir. Bu iclaslar bir qayda olaraq aşağıdakı məsələlərə həsr olunur və burada müvafiq qərarlar qəbul edilir:
yerli vergi və ödənişlər;
yerli sosial müdafiə və sosial inkişaf proqramları, onların hazırlanması və yerinə yetirilməsi yolları;
yerli iqtisadi proqramlar, onların icra yolları və i.a.
Bələdiyyələrin fəaliyytəində və qarşılarında duran vəzifələrin yerinə yetirilməsində yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf proqramları həlledici yer tutur. Bu proqramlar müəyyən edilərkən bələdiyyənin statusu haqqında Azərbaycan Respublikasının qanunu (2 iyul 1999-cu ildə qəbul edilmişdir) əldə rəhbər tutulur. Qanunun dördüncü maddəsində deyilir:
Yerli sosial müdafiə prqramı bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər;
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının məqsədi dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf mərhələlərini həll etməkdir. Həmin proqramlar məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanması və inkişafı; yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili, qəbiristanlıqların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğüllüğüna, adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstrəilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.
Bələdiyyələr yerli iqtisadi inkişaf, yerli ekoloji və i.a. proqramlar da işləyib hazırlayır və həyata keçirilməsini təşkil edirlər.
Yerli iqtisadi inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər.
Bələdiyyələr özlərinin hər hansı proqramını işləyib hazırlayarkən və ya əhyata keçirərkən müvafiq dövlət proqramlarına müdaxilə edə bilməzlər. Laikn bələdiyyələr öz proqramlarını müvafiq dövlət proqramları ilə əlaqələndirə bilərlər, onlarla paralel hazırlayıb, həmin proqramların tərkib hissəsi kimi birgə tədbirlər işləyib hazırlaya və yerinə yetirə bilərlər.
Bələdiyyənin fəaliyyəti bələdiyyə haqqında qəbul edilmiş normativ-hüquqi sənədlərə, vətəndaşların yığıncaqları və bələdiyyə iclaslarında qəbul edilmiş nizamnaməyə uyğun olaraq tənzimlənir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2000-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji Yardım Mərkəzi yaradılmışdır. Mərkəz hüquqi şəxsdir, respublika orqanlarına uyğun olaraq yerli özünüidarə orqanlarının üzvləri və həmin orqanların icra aparatının işçiləri tərəfindən bələdiyyələr haqqında qanunvericiliyin müasir tələblərinə və standartlara uyğun təşkil edilməsinə, bütün fəaliyyət prosesinin həyata keçirilməsinə mteodoloji və təşkilati kömək göstərilməsini təmin edir.
Təhlil göstərir ki, bir sıra nailiyyətlərin olmasına baxmayaraq bələdiyyələrin böyük əksəriyyəti hələlik qarışlarında duran vəzifələri yüksək səviyyədə yerinə yetirib kifayət qədər gəlir əldə edə bilmir. Bu isə onların öz ərazilərində təsərrüfat-mədəni quruculuq işlərində fəal iştirakına mane olur.
Məlumdur ki, Azərbaycan Dövlət büdcəsinn gəlirləri və xərcləri böyük sürətlə artır. Həm də bu sahələrdə proqnozlaşdırılan göstəricilər müvəffəqiyyətlə yerinə yetirilir. Xərclər sahəsində yaranan kəsirlər beynəlxalq normalarda yol verilməsi mümkün olan hədlərdən aşağı olur. Təəssüf ki, bunu bələdiyyə büdcələri haqqında demək olmaz. Hələlik bələdiyyələrin icmal yerli büdcəsi istər gəlirlər, istərsə də xərclər üzrə planda nəzərdə tutulan səviyyəyə çatmır. Regionların inkişafı üzrə dövlət proqramı (2004-2008-ci illər)fəaliyyətdə olduğu son üç ildə bələdiyyələrin gəlirləri və xərcləri xeyli artsa da onların büdcəsinin gəlirlər və xərclər planının yerinə yetirilməsində elə bir ciddi irəliləyiş baş verməmişdir. Misal üçün, 2002-ci ildə bələdiyyə büdcələrinin gəlirlər üzrə planı 54,5%, xərclər üzrə 47%, 2005-ci ildə isə gəlirlər üzrə 66,3% (36,7 min manat plana qarşı 24,3 min manat olmuş), xərclər üzrə 64% (38,7 min.manat plana qarşı 24,7 min manat) yerinə yetirilmişdir.
Elə rayon və şəhərlər var ki, göstəricilər xüsusilə aşağıdır, gəlirlər və xərclər üzrə tapşırıqlar xüsusilə aşağı səviyyədə yerinə yetirilmişdir. Əlbəttə rayon və şəhərlərdə iqtisadiyyat davamlı və sürətlə inkişaf etdiyi hazırki şəraitdə gəlir və xərc üzrə tapşırıqların belə aşağı səviyyədə yerinə yetirilməsi o qədər də inandırıcı görünmür.
Gəlirlər əsasən bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən (2004 və 2005-ci illərdə müvafiq olaraq 48,6 və 56,4%), fiziki şəxslərdən torpaq vergisindən (müvafiq olaraq 23,6 və 20,4%) dövlət büdcəsinin dotasiyasından (10,7 və 78,%) daxil olur. Xərclər əsasən bələdiyyə orqanlarının saxlanmasına (33,5 və 28,8%), yolların tikintisi və saxlanmasına (21,2 və 23,4%), mənzil-kommunal təsərrüfatına (7,6 və 9,5%) sərf olunur.
Bələdiyyələrin gəlirlərində fiziki şəxslərdən əmək vergisinin, digər yerli vergilər və başqa mənbələrin, xərclərində sosial-mədəni tədbirlərə, ətraf mühitin mühafizəsinə və digər vacib sahələrə çəkilən xərclərin xüsusi çəkisi aşağıdır. 2002-2005-ci illərdə bələdiyyələrin ticarət, iaşə, stasionar v i.a. xidmətlərdən daxil olan gəlirləri 38,9%, dövlət büdcəsindən dotasiya 60%, bələdiyyə mülkiyyətində olan müəssisələrdən mənfəət vergisi 29,4%, fiziki şəxslərdən əmlak vergisi 32,6% azalmışdır.
2002-2005-ci illərdə bələdiyyələrin xərcləri 94,8% artmışdır. Xərclərin artımı əsasən mənzil-kommunal təsərrüfatı (3,7 dəfə), yol tikintisi və saxlanması (3,3 dəfə), ətraf mühitin mühafizəsi (3,2 dəfə) xərclərinin artması hesabına olmuşdur. Göründüyü kimi bələdiyyələrin gəlirlərində və xərclərində təsərrüfat fəaliyyətilə bağlı gəlirlər və xərclər çox az yer tutur. Bunlar birinci növbədə bələdiyyələrin rayon və şəhərlərdə təsərrüfat fəaliyyətilə kifayət qədər məşğul ola bilmədiyini və yerli ibarəetmədə dövlət qayğısına böyük ehtiyac olduğunu göstərir.
Bələdiyyələrin gələcək inkişafı onların özündən asılı olan və olmayan – obyektiv xarakter daşıyan bir sıra problemlərin həllini tələb edir. Belə ki, hələlik bələdiyyələrdə maliyyə və vergilər sahəsində maariflənmənin nisbətən aşağı olması kadr siyasətinə və qanunvericilik tələblərinə kifayət qədər tələbkarlıqla yanaşılması özünü göstərir.
Bələdiyyələrə verilmiş maliyyə mənbələri hələlik zəifdir və həmin mənbələrdən əldə olunan vəsait bələdiyyə aparatını saxlamaq və koomunal xərcləri ödəməyə ancaq kifayət edir. Bundan başqa Konstitusiya və qanunlarda sosial-iqtisadi inkişaf sahələri üzrə nəzərdə tutulmuş səlahiyyətlər hələlik bələdiyyələrə tam şəkildə verilməmişdir. «Büdcə sistemi haqqında» Qanunda nəzərdə tutulan yerli bələdiyyəyə aid vəsaitlər mahiyyət etibarilə icra hamimiyyətinə aid edilir və onların hesabına ünvanlanır. Bələdiyyə torpaqlarından istifadədə çatışmazlıqlar var. bu torpaqlardan əkin-səpin, yaşayış binalarının, xidmət obyektlərinin, emal müəssisələrinin tikintisi, biçənək, otlaq sahələri, ailələrə həyətyanı sahə kimi istifadəyə və icarəyə verilməsində peşəkarlıq, səriştə çatışmır. Bələdiyyələrin vahid mərkəzdən idarə olunmasına, Şəhər-Kənd Bələdiyyələr birliyinin təşkilinə ehtiyac var, bələdiyyə işçilərinin işgüzarlığı, təşəbbüskarlığı, etibarlılığı, məsuliyyəti artımalı, idarəetmə üslubu təkmilləşdirilməlidir.
Vergi dəlirlərində fiziki şəxslrədən əmlak vergisi və yerli əhəmiyətli tikinti materialları üzrə mədən vergisi həlledici yer tutur. Lakin bunlar üzrə tapşırıqlar bir qayda olaraq kəsirlə yerinə yetirilir. Eyni zamanda dövlət büdcəsi tərəfindən verilməli olan dotasiya və subvensiyalar da hələ nəzərdə tutulduğundan aşağıdır. Gəlir mənbələrinə kompleks halda yanaşmaq, bütün mənbələrdən bələdiyyələrin büdcəsinə kifayət qədər gəlir daxil olmasına çalışmaq vacibdir. Lakin bu bəndlər üzrə gəlirlər və xərclər tapşırığı aşağı səviyyədə yerinə yetirilir.
Bələdiyyələrin gəlirlər və xərclər üzrə tapşırıqları yerinə yetirməsinə qiymət verərkən hər bir şəhər və rayonun təsərrüfatının spesifik xüsusiyətləri və yerli şərait nəzərə alınmalıdır. Bu baxımdan Bakı, Sumqayıt və Gəncə şəhər bələdiyyələrinin, sonra region miqyaslı mədəni-intisadi mərkəz xarakterli respublika tabeli kiçik və orta şəhərlərin (Lənkəran, Əli-Bayramlı, Şəki, Mingəçevir, Naxçıvan, Yevlax) bələdiyələrinin gəlir və xərclərinin icrası üzrə tapşırıqların yerinə yetirilməməsi səbəbləri dərindən təhlil olunub nöqsanlar və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməsi zəruridir.
Beləliklə, bələdiyyələrin inkişafında toplanmış bir neçə illik təcrübə onların fəaliyyətində müəyyən müvəffəqiyyətlərlə yanaşı problemlər də olduğunu göstərir. Respublikanın 10 iqtisadi-coğrafi rayonunda 52 inzibati rayon və şəhərin 278 bələdiyyəsində müxtəlif vəzifələrdə çalışan 1200 nəfər bələdiyyə işçisi arasında aparılmış sorğu materialı belə bir ümumi nəticəyə gəlməyə əsas vermişdir:
Hər bir yeni yaranan sahədə olduğu kimi bələdiyyələr də öz fəaliyyətlərinin ilkin mərhələsində çoxlu çətinlik və problemlərlə rastlaşırlar. Bu çətinliklər yalnız maliyyə-iqtisadi xarakterli deyildir. Bu gün respublikamızda bələdiyyələr hələ nüfuzlu siyasi institutlara çevrilə bilməmişlər. Bələdiyyələr bir sıra hallarda hələlik daha çox dövlət hakimiyyəti sisteminin aşağı pilləsi kimi çıxış edir və daha çox dövlət hakimiyyətinin bürokrat ənənələrini özündə saxlayırlar. Bu cür xoşagəlməz hal yerli özünüidarəetmə institutunun hakimiyyət səlahiyyətlərinin subyekti kimi, yerli əhalinin maraqları baxımından dövlət hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyətdə olan subyekt kimi formalaşdırılmasının hələlik tam başa satmadığını göstərir.
Bələdiyyələrin təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq və səmərəliliyini artırmaq üçün elmi cəhətdən əsaslandırılmış və Azərbaycanın yerli şəraitinə uyğun olan tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi vacibdir. Bu baxımdan aşağıdakılara diqqəti cəlb etmək istərdik:
- Bələdiyyələrin kifayət qədər əsaslandırılmış fəaliyyət strategiyasının hazırlanması;
- Bələdiyyələrin gilir və xərclərinin planlaşdırılmasının təkmilləşdirilməsi. Hazırda gəlir və xərclər planı və ya onların real imkanlarını düzgün nəzərə almır, ya da onları yerinə yetirmək üçün bələdiyyələr tərəfindən kifayət qədər işgüzarlıq göstərilmir. Nəticə etibarilə illik gəlir və xərclər planı bələdiyyələrin əksəriyyətində yerinə yetirilmir;
-Bələdiyyələrin resurs təminatının artırılması, maddi və maliyyə resursu çatışmazlığının aradan qaldırılması;
- Bələdiyyələrin kifayət qədər resursu olsa da, onlar əsasən biznes xarakterli fəaliyyətlə məşğul olur, öz vəzifələrinə aid işlərlə nisbətən az məşğul olur, özlərini əhalinin qarşısında kifayət qədər doğrulda bilmirlər;
- bələdiyyələrlə icra hikamiyyəti orqanları arasındakı münasibətlərin «əməkdaşlıq, qarşılıqlı yardım və qarşılıqlı faydalanma» prinsipinə əsaslanmasının təbliği və gücləndirilməsi;
- Bələdiyyə sədrlərinin əhali tərəfindən seçilməməsi, onların əhali qarşısında məsuliyyətinin aşağı olmsına gətirib çıxarır – bu qaydanın dəyişdirilməsi
-Bələdiyyə mülkiyyətinin onlara qeyd-şərtsiz və vaxtında verilməsi;
- Bələdiyyələrin əhali arasında apardığı işin gücləndirilməsi, əhalinin təşəbbüskarlığının artırılması;
- Ölkədə qabaqcıl bələdiyyələrin iş təcrübəsinin öyrənilməsi və yayılması;
- Bələdiyyələrin bir hissəsi hələlik özlərinin yerlərdə əhalinin maraqlarını ifadə və təmin edən xüsusi bir qurum olduqlarını kifayət qədər dərk etmir, bu istiqamətdə təşkilati və təbliğat işinin aparılması.
İcra hakimiyyəti orqanları yerlərdə ümumdövlət mənafeyinin, bələdiyyələr yerli əhalinin mənafeinin istifadəçiləridirlər. Bu iki mənafenin düzgün əlaqələndirilməsi istiqamətində daim iş aparılmalıdır. Beləliklə, qanunlar icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı, birgə məsuliyyət hissini təmin etməlidirlər.
Dostları ilə paylaş: |