1. sabcde beşbucaqlı piramidasının uyğun olaraq sa,sb və sc tilləri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix31.08.2022
ölçüsü0,9 Mb.
#117668
  1   2   3   4   5   6   7   8   9   ...   14
Fəzada qurmalar məsələ imtahan



1.SABCDE beşbucaqlı piramidasının uyğun olaraq SA,SB və SC tilləri 
üzərində verilmiş M,N və P nöqtələrindən keçən müstəvi kəsiyini qurun. 

Həlli.
MNP kəsən müstəvinin 
ABCDE oturacaq 
müstəvisindəki izini 
qurmaqdan ötrü MNP və 
ABCDE müstəvilərinə aid olan 
iki nöqtəni qurmaq lazımdır. 
Bunun üçün ASB müstəvisində 
AB və MN şualarının X 
kəsişmə nöqtəsini qururuq. 
Beləliklə, yuxarıda 
söylədiyimiz müstəvilərin 
kəsişdiyi nöqtələrdən biri X 
bizə məlum olur. İkinci belə bir 
nöqtəni müəyyən etmək üçün 
BCD üzərində CB və PN 
şualarının kəsişdiyi Y nöqtəsini 
qururuq. Beblikb, M, N, P 
nöqtələrindən keçən müstəvi ilə ABCDE oturacaq müstəvisinin kəsişdiyi iki nöqtə 
X və Y artıq bizə məlum olur. Şərtə görə, M nöqtəsi ASE üzərindədir. Kəsən 
müstəvinin bu üzdəki izini müəyyən etmək üçün həmin üzdə ikinci bir nöqtəni 
müəyyən etməliyik. Bundan ötrü EA şüası ilə XY düz xəttinin kəsişdiyi Z 
nöqtəsini qururuq. ZM şüasını çəksək, bu şüa piramidanın ES tilini Q nöqtəsində 
kəsəcəkdir. İndi də müstəvinin CSD üzərindəki izini quraq. Bunun üçün DC şüası 
ilə (XY)-in U kəsişmə nöqtəsini qurub Up şüasını çəkək. Aşkardır ki, bu şüa DS 
tilini müəyyən bir H nöqtəsində kəsəcəkdir. Bu halda MNPHQ tələb edilən kəsik 
olacaqdır. 
2.ABCA'B'C' kəsik piramidasının A'B'C' üst oturacağında M nöqtəs,ABC alt 
oturacaq müstəvisində isə tərəfləri o kəsməyən EF düz xətti verilmişdir.Kəsik 
piramidanın EF düzxəttindən və M nöqtəsindən 
keçən müstəvi kəsiyini qurun.
Həlli.
Kəsik piramidanın (A`B`C`) oturacağında M 
nöqtəsindən keçən (E`F`) izi (ABC) oturacağında 
verilmiş (EF)-ə paralel olacaqdır. (A`B`C`) 
oturacağında (E`F`)  A`C`=F`, (E`F`)  
B`C`=E` nöqtələrini quraq. Sonra kəsən müstəvinin 
BB`C`C üzündəki izini tapmaq üçün bu üz ilə 
oturacaq müstəvisindəki (EF)-in müəyyən bir X 


nöqtəsini qurmalıyıq. Bunun üçün CB şuasının EF düz xəttini kəsdiyi X nöqtəsini 
qururuq. Müstəvi üzərində olan X və E` nöqtələrini birləşdirsək XE`  BB`=N 
qurulmuş olar. Beləliklə, (NE`) kəsən müstəvinin (BB`C`C) üzündəki izidir. 
Həmin qayda ilə AB şüasının EF düz EF düz xəttini kəsdiyi Y nöqtəsini tapıb YN 
çəksək, [YN]  [AA`]=K taparıq. KF`-i çəkərək NE`F`K kəsiyini qurarıq. 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin