1. sabcde beşbucaqlı piramidasının uyğun olaraq sa,sb və sc tilləri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix31.08.2022
ölçüsü0,9 Mb.
#117668
1   ...   6   7   8   9   10   11   12   13   14
Fəzada qurmalar məsələ imtahan

22.a,b tərıflərinə və oturacaqdakı 
𝜷 bucağına görə üçbucaq qurun. 
Analiz. Tutaq ki, məsələ həll edilmişdir və ABC 
axtarılan üçbucaqdır (şəkil 12). Bu üçbucağın 
üç təpə nöqtəsinin vəziyyətini bilsək onu 
qurmaq olar. B və C təpə nöqtələrinin 
vəziyyətini məlum hesab etmək olar. Onda A 
təpə nöqtəsinin vəziyyətini tapmaq qalır. 
Deməli, A – axtarılan nöqtədir. Axtarılan 
nöqtəni tapmaq üçün onun məsələ şərtindən alınan xassələrini bilmək lazımdır. Bu 
xassələr aşağıdakılardır:
1. A nöqtəsi oturacağı BC = a və oturacaqdakı bucağı B =  olan üçbucağın təpə 
nöqtəsidir. Aydındır ki, A nöqtəsi BA şüasının üzərindədir.Lakin verilmiş B və C 
nöqtələrinə nəzərən A nöqtəsinin vəziyyətini yalnız bu xassəyə əsasən təyin etmək 
mümkün deyildir. 
2. A nöqtəsi C təpə nöqtəsindən verilmiş b məsafədə, yəni C nöqtəsində və 
radiusu b-yə bərabər çevrə üzərindədir.
Nəticə: Əgər A nöqtəsi varsa, onda bu nöqtəBA şüası ilə (C, b) çevrəsinin 
kəsişməsidir. 
23.Fəzada verilən p-müstəvisinin xaricindəki M-nöqtəsindən həmin müstəviyə 
paralel düz xətt çəkin.
Həlli. 
1. Analiz. Tutaq ki, A`B`||P düz xətti 
qurulmuşdur; bu düz xətdən P müstəvisini AB 
düz xətti boyunca kəsən ixtiyari bir Q 
müstəvisi keçirək, onda Q müstəvisi AB düz 
xətti ilə M nöqtəsindən keçən və AB||A`B` olar. 
2. Qurma. P müstəvisi üzərində ixtiyari bir AB 
düz xətti çəkək; sonra AB düz xətti ilə verilmiş 
M nöqtəsindən Q müstəvisini keçirək və 
nəhayət Q müstəvisi üzərində M nöqtəsindən keçib, AB-yə paralel olan A`B` düz 
xəttini çəkək. A`B` düz xətti tələb olunan düz xətdir.
3. İsbatı. A`B` düz xətti P müstəvisi üzərindəki AB düz xəttinə paralel 
olduğundan, P müstəvisinə də paraleldir. 


 4. Araşdırma. P müstəvisi üzərində sonsuz sayda AB düz xətti çəkmək mümkün 
olduğundan, M nöqtəsindən P müstəvisinə paralel olan sonsuz sayda A`B` düz 
xətti çəkmək olar, yəni məsələnin sonsuz sayda həlli vardır.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin