1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə10/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 4 İnnovasiya sahibkarlığı

1. İnnovasiya sahibkarlığının mahiyyəti və onun təsnifatı
2. İnnovasiya sahibkarlığının təşkilati formaları
3. İnnovasiya layihələrinin qiymətləndirilməsi
4. İnnovasiyanın səmərəliliyinin qiymətləndirilməsi
5. İnnovasiyanın ümumi iqtisadi səmərəliliyi
1. İnnovasiya sahibkarlığı – ictimai, texniki və iqtisadi proses olub, ideyaların və ixtiraların praktiki istifadə edilməsilə yeni məhsulların və texnologiyaların yaradılmasına gətirir. İnnovasiya məhsulunun əsasını elmi-texniki məhsul (əmtəə və xidmətlər) və intellekt istehsalı təşkil edir. Bu zaman texniki dəyişmələr əsasən məhsulun özündə deyil, istehsal proseslərində baş verir.
İnnovasiya-istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir, yəni onun daxili strukturunun yeni vəziyyətə keçididir. İnnovasiya-yeni texnoloji ideyaların, təkliflərin, elmi-texniki qərarların praktiki tətbiq edilməsi və həyata keçirilməsidir. İnnovasiya-aparılmış elmi-tədqiqatların və xidməti kəşflərin istehsala tətbiq edilən ovyektləridir. Beləliklə, innovasiya sahibkarlığı müxtəlif sahələrdə yeniliklərin, yeni qaydaların yaradılması və təcrübədə istifadə edilməsi prosesidir.
İnnovasiya sahibkarlığı yeni məhsulun və ya xidmətin yaradılması, mənimsənilməsi və realizə olunmasını əhatə edir.
Bu halda innovasiya prosesi müxtəlif yollarla həyata keçirilə bilər. Hər bir konkret halda ən səmərəli yolun seçilməsi texnologiyanın xarakterindən, son məhsul bazarından, firmanın potensialından, iqtisadi mühitdən, rəhbərin səriştəli olmasından və s. asılıdır. İnnovasiya prosesi müxtəlif qruplar tərəfindən yerinə yetirilən ardıcıl, çoxtərəfli və çoxmərhələli proseslərdən ibarətdir:
- yeni ideyanın axtarılması, onun qiymətləndirilməsi, biznes- planın tərtib edilməsi;
- lazımi resursların axtarılması, təcrübi nümunələrin yaradılması və sınaqdan keçirilməsi;
- satış bazarının öyrənilməsi və əmtəənin bazara çıxarılması.
İnnovasiya sahibkarlığının əsasını yeni növ məhsulun yaradılması və mənimsənilməsi, sözün geniş mənasında qiymətlərin, rifahın və s. hazırlanması təşkil edir. Belə sahibkarlığın müəyyənedici hissəsi elmi-texniki məhsulun, əmtəələrin, işlərin, informasiyanın, intellektual dəyərlərin hazırlanması və istehsalı hesab edilir ki, onlar sonralar alıcılara, istehlakçılara realizə olunur.
Yeni növ məhsulun, əmtəələrin mənimsənilməsi və istehsalı üçün sahibkara material, enerji, maliyyə və əmək resursları, komplektləşdirici məmulatlar, yarımfabrikatlar, hazır təşkiledici hissələr tələb olunur.
İnnovasiyaları müxtəlif əsaslara görə qruplaşdırır və siniflərə ayırırlar Lakin onların heç birini yetkin və təkmil saymaq olmaz. İnnovasiyaları təsnifləşdirmək üçün aşağıdakıları əsas götürürlər:
- yeniliyin tipi;
- həyata keçirilmə mexanizmi;
- innovasiya proseslərinin xüsusiyyəti.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin