1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə13/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   9   10   11   12   13   14   15   16   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Z i=Mi+RiKi min və ya Zi=Ci+RiKi min
Bunlardan sonra innovasiyaya qoyulan əlavə investisiyanın ödəmə müddəti hesablanır. Əlavə investisiya məsrəfləri iqtisadi nəticələrin artmasına səbəb olur. Hesabı ödəmə müddəti
Th=(K2-K1)/(M1-M2) düsturu ilə təyin edilir.
Burada, K2, K1-müqayisə edilən variantlar üzrə innovasiyaya qoyulan investisiyanın həcmləri;
M1, M2-birinci və ikinci varianta müvafiq illik məsrəflərdir. Variantın seçilməsi üçün ödəmə müddətinin hesabi qiyməti Th onun normativ qiyməti Th=1/E ilə müqayisə edilir.
Səmərəliliyin növləri

Səmərənin növü

Amillər və göstəricilər

İqtisadi

İnnovasiyanın realizə olunmasını şərtləndirən nəticələrin və məsrəflərin bütün növlərinin dəyər ifadəsində göstəricilər

Elmi-texniki

Yenilik, sadəlik, faydalılıq, estetik, yığcamlıq

Maliyyə

Göstəricilərin hesablanması maliyyə göstəricilərinə əsaslanır

Resurs

Göstəricilər innovasiyanın istehsal həcminə bu və ya başqa resursun istehlakına təsirlərini əks etdirir

Sosial

Göstəricilər innovasiyanın realizə olunmasının sosial nəticələrini nəzərə alır

Ekoloji



Göstəricilər innovasiyanın ətraf mühitə təsirini nəzərə alır.

5. Bazar iqtisadiyyatı ilə əlaqədar innovasiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi üçün müxtəlif metodlar işlənib hazırlanmış və geniş tətbiq edilməkdədir. İnnovasiyanın ümumi iqtisadi səmərəliliyini qiymətləndirmək üçün aşağıdakı göstəricilər sistemi istifadə olunur:
1) inteqral səmərə;
2) rentabellik indeksi;
3) rentabellik norması;
4) ödəmə müddəti.
İnteqral səmərə İs və ya xalis diskont edilmiş gəlir (XDK1)-bir vaxta, adətən ilin əvvəlinə gətirilmiş hesabat dövründə innovasiya nəticələrinin və məsrəflərinin fərq ölçüsüdür, başqa sözlə, diskontlaşdırılmış nəticələrin və məsrəflərin fərqidir.´
-
Burada Th-hesabi il; Qt-t ilinin nəticələri; Mt-t ilində innovasiya məsrəfləri; - diskontlaşdırma əmsalıdır. İnnovasiyanın rentabellik indeksi eyni vaxta gətirilmiş gəlirin innovasiya məsrəflərinə nisbətidir. Rentabellik indeksi aşağıdakı düsturlü hesablanır.
Rentabellik indeksinin eyni zamanda başqa adları da mövcuddur: gəlirlilik indeksi, mənfəətlik indeksi. Rentabellik norması elə diskont normasıdır ki, müəyyən zaman ərzində diskont edilmiş gəlirin ölçüsü innovasiyaya qoyulmuş investisiyanın ölçüsünə bərabər olur.Bu halda innovasiya layihəsinin gəlirləri və məsrəfləri hesabi vaxta gətirilmə yolu ilə təyin edilir. Rentabellik norması göstəricisinin başqa adları da mövcuddur: gəlirliyin daxili norması, mənfəətin daxili norması, investisiyanın qaytarma norması. Ödəmə müddəti investisiyanın səmərəliliyinin qiymətləndirilməsi göstəricisi kimi daha geniş yayılmış göstəricidir. Ödəmə müddətini hesablamaq üçün Tö=K/A düsturundan istifadə edilir. Burada k-innovasiyaya qoyulan ilkin investisiyanın ölçüsüdür; A-illik pul gəliridir.Ödəmə müddəti illə, rüblə ayla ölçülür.
Onu da qeyd edək ki, yuxarıda göstərilən səmərəlilik göstəriciləri ilə bərabər, əlavə səmərələri də nəzərə almaq lazımdır. İnnovasiya prosesinin uğurlu şərti ümumilikdə innovasiya fəaliyyətinin qiymətləndirilməsidir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin