Kollektivin sosial inkişafı və ətraf mühitin mühafizəsi
Qərarların qəbulunda proqnozlaşdırma
Motivasiya
Təşkilati təminat
6
Tənzimləmə
3. İstehsal menecmenti sisteminin məqsəd altsisteminə daxil olan məsələlərin həlli və idarəetmə proseslərinin cari və son məqsədi bütün başqa altsistemlərin qurulması və onların həyata keçirilməsi üçün əsas sayılır.
Məqsəd alitsistemlərinin təşkilediciləri aşağıdakılar ola bilər:
- buraxılan məhsulun və yerinə yetirilən xidmətin keyfiyyətinin yüksəldilməsi;
- resurslara qənaət;
- satış bazarının genişləndirilməsi;
- istehsalın təşkilati-texniki inkişafı;
- kollektivin sosial inkişafı və ətraf mühitin mühafizəsi və b.
İstehsal menecmenti sisteminin təminat alitsistemləri bütünlükdə sistemin və onun ayrı-ayrı altsistemlərinin tam və normal fəaliyyətinə xidmət edir. Təminat altsistemlərinə metodiki təminat, resurs təminatı, informasiya təminatı və hüquqi təminat daxildir.
Ümumi menecment sistemi təminatı muxtar təminatın vahidliyini, birtipıiyini və standartlılığını təmin edir. O, eyni zamanda funksional altsistemlərin və muxtar təminatların fəaliyyətinin əmək tutumluluğunu azaltmaq üçün şərait yaradır.
Menecment sisteminin normativ-metodiki təminatının keyfiyyəti beynəlxalq səviyyədə - iyerarxiyanın ən yüksək zirvəsində problemlərin həlli keyfiyyətindən çox asılıdır.
Beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanmış bir sıra normativ metodiki sənədlər məzmunu dəyişmədən bütün iyerarxik səviyyələr üçün, o cümlədən mülkiyyət formasından asılı olmadan məcburi istifadə olunmalıdır. Məsələn, beynəlxalq ölçü və çəki sistemi, ölçmə sistemi, ətraf mühitin mühafizəsi sistemi, İSO 9000 seriyalı beynəlxalq standartlar əsasında keyfiyyətin idarə edilməsi sistemi, əmtəə və xidmətlərin təhlükəsizlik və beynəlxalq sertifikatlaşdırma sistemi, maliyyə sistemində terminalogiya və əməliyyatlar bütün ölkələr, firmalar üçün eyni olmalıdır.
Normativ-metodiki sənədlərin, qaydaların, terminalogiyanın, beynəlxalq xarakterli normaların miqdarının artması hər bir firmada menecment sisteminin qurulmasını sadələşdirir, təbii resursların, əməyin, kapitalın səmərəli istifadə edilməsinə şərait yaradır.