Üfüqi kommunikasiyalar- təşkilatın çoxu bir çox bölmələrdən ibarətdir. Təşkilatın qarşısında duran hər hansı bir məsələni həll etmək üçün bu bölmələr həmişə informasiya mübadiləsində olurlar.
Qeyri–formal kommunikasiyalar. Məlum olduğu kimi, istənilən təşkilatda formal struktur ilə yanaşı, qeyri- formal struktur mövcuddur.
Rəhbərlər qeyri-formal kommunikasiyalardan işçilərin reaksiyalarını öyrənmək üçün istifadə edirlər. Oeyri-formal kommunikasiyaların xüsusiyyətləri ondan ibarətdir ki, informasiya böyük sürətlə ötürülür, auditoriyanın həcmi böyükdür, ötürülən məlumatların doğruluğu azdır. Təşkilatda qeyri-formal kommunikasiyaların olması normal haldır, lakin o, müəyyən həddə olmalıdır.
Kommunikasiyanın əsas məqsədi- informasiya mübadiləsində iştirak edən adamların bir-birlərini qarşılıqlı anlamalarını təmin etməkdir. Çox hallarda verilən məlumatlar alıcılar tərəfindən düz anlanılmır. Bu zaman kommunikasiya səmərəsiz olur. Kommunikasiya çox mürəkkəb proses olub, qarşılıqlı ardıcıl mərhələlərdən ibarətdir:
1) Göndərici – ideyanı yaradan və ya informasiyanı toplayan və onu ötürən çəxs
2) Məlumat – simvolların köməyilə kodlaşdırılmış və müəyyən formaya malik olan informasiya
3) Rabitə kanalı – informasiyanın ötürülməsi vasitəsidir.
4) İnformasiyanın dekodlaşdırılması və qəbul edilməsi. Dekodlaşdırma – məlumatın sim-nı alıcının fikrinə çevirmək
5) Məlumatın izah edilməsi və cavabın müəyyənləşdirilməsi
6) Cavabın ötürülməsi. Müəyyən edilmiş cavab seçilmiş rabitə kanalı vasitəsilə alıcıya ötürülür, bununla kommunikasiya tsikli qapanır.
İnformasiya təminatı: göstəricilər sistemindən, informasiya axınlarının təşkili vasitələrindən və informasiyanın kompüterdə işlənməsi tələblərinə müvafiq hazırlanmış sənədlər sistemindən ibarətdir.
İdarəetmə sisteminin informasiya təminatının layihələndirilməsi və yaradılması zamanı ən aktual məsələlərdən biri idarəetmə texnologiyasının qəbul edilməsi üçüninformasiyanın tərkibinin və strukturunun müəyyən edilməsidir.
İnformasiya nəzəriyyəsinə görə informasiya “məlumatda müəyyənlik ölçüsü” olub, informasiyanın toplanması, ötürülməsi, saxlanması, işlənməsi və hesablanması sistemidir. İnformasiyaya verilən bu cür təriflər müxtəlif proseslərdə və hadisələrdə onun məzmununun çoxtərəfliliyini göstərir. İnformasiya biliyi artırmaqla intellekti daha düşüncəli edir.