Xərclərin aşağı salınması və istehsalın optimallaşdırılması üzrə strateji tədbirlər
Məqsəd
|
Ardıcıllıq
|
Aparılma üsulları
|
Vəziyyətin yaxşılaşdırılması
|
Mövcud vəziyyətin təqdim edilməsi
|
Təhlilin aparılması və tədbirlərin tətbiqini şöbə rəhbərləri həyata keçirir
|
Prosesin sadələşdirilməsi
|
Xarici mühitin təhlili
|
Müəssisənin başqa məqsədləri ilə razılaşdırma
|
Məsuliyyətin stimullaşdırılması
|
Spesifik təhlil metodları əsasında problemlərin təhlili
|
Maddi həvəsləndirmə üzrə konkret tədbirlər
|
Qabaqcıl müəssisə edilməsi
|
Vəziyyətin qiymətləndirilməsi
|
Ən başlıca problemlərin həllinə diqqəti yönəltmə
|
Rəqib mövqeyinin yaxşılaşdırılması
|
Ən başlıca problemlərin aşkar edilməsi
|
|
Gələcək üçün strateji ilkin bazanın yaxşılaşdırılması
|
Məqsədin işlənib hazırlanması
|
|
|
Strategiyanın inkişafı
|
|
|
Tədbirlər planının işlənib hazırlanması
|
|
|
Nəzarət
|
|
Müqayisəli təhlilin nəticələri xərclərin ideal səviyyəsini əldə etmək üçün istifadə edilir. Xərclərin azaldılmasının praktiki təcrübəsi göstərir ki, ən yaxşı nəticə xərclərin tam minimumlaşdırılmasına görə deyil, məhz onların optimallaşdırılmasına görə əldə edilir. Bu zaman xərclərin real azalması maksimum mümkün olanın 80-90%-ni təşkil edir. Yerdə qalan digər 10% həyata keçirilməsi elə böyük xərclər tələb edir ki, bu da iqtisadi cəhətdən səmərəli olmur. İstehsala çəkilən xərclərin azalması istehsalın səmərəliliyini xarakterizə edən rentabellik səviyyəsinin yüksəldilməsinə səbəb olur. Bu göstəricinin ən yüksək səviyyəsini əldə etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Ümumi nəticənin (gəlirin) yaxşılaşdırılması üçün məhsul satışının həcmi artırılır. Bu məqsəd üçün reklam, servis xidmətinin yüksəldilməsindən aktiv istifadə edilir. Məhsulların tətbiq edilməsinin elə sahələri axtarılır ki, orada onlardan istifadə olunması yüksək keyfiyyətlə müşayət edilir. Belə bir fəaliyyət bençmarkinq adını almışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bençmarkinq istehsal, onun texnologiyası və təşkilatı ilə bilavasitə əlaqədardır. Bençmarkinqə müəssisənin fəaliyyətinin planlaşdırılmasının ən başlıca təminatı kimi baxılır. O, istehsal proqramında uyğun dəyişikliklər aparmaqla məhsul satışının optimallaşdırılması, məhsul satışı sisteminin təkminləşdirilməsi, yeni məhsul növünün işlənib hazırlanması, istehsalın təşkili və texnologiyasının yaxşılaşdırılması üzrə konkret qərarların qəbul edilməsinə imkan verir. Xərclərin optimallaşdırılması üçün materialların sərf norması azaldılır və xərclər aşağı salınır, daha ucuz material növlərindən istifadə edilir, əmək haqqı xərclərinin azaldılması üçün təşkilati dəyişiklik aparılır, texnologiya təkmilləşdirilir, keyfiyyətin yüksəldilməsi proqramı işlənib hazırlanır və s. Müəssisədə maliyyə münasibətlərinin optimallaşdırılması üçün istehsal ehtiyatları aşağı salınması məqsədi ilə onların idarə edilməsi təkmilləşdirilir, istehsal aparatlarının yüklənməsi optimallaşdırılır və onlardan istifadə yaxşılaşdırılır, dövriyyə vəsaitlərinə qənaət edilir. Müəssisəyə rəhbərlik metodlarının təkmilləşdirilməsi də müəyyən müsbət nəticələr verir. Belə ki, problemlərin həlli və qərarların qəbul edilməsi zamanı ən müasir metodların tətbiq edilməsi, innovasiya planlaşdırma və idarəetmə, idarəetmə proseslərinin kompüterləşdirilməsi və s. təklif edilir. İstehsala çəkilən xərclərin təhlili müəssisənin fəaliyyətinin təhlil edilib araşdırılması üçün ən mühüm şərtlərdən biridir.
3. Müəssisənin işinin səmərəliliyi nəzərdən keçirilərkən çəkilən xərcləri və alınan nəticəni müqayisə etmək lazımdır. Eyni zamanda müəssisənin fəaliyyətindən kənarda baş verən dəyişiklik nəzərə alınmalıdır. Buraya müəssisənin yekun fəaliyyətinə təsir göstərən bütün amillər, o cümlədən texniki-tərəqqi, bazarda tələblə təklifin dəyişməsi və s. amillər daxildir. Deməli, müəssisənin fəaliyyətinin yekun nəticələrinə iki qrup amillər: a) iqtisadi-təşkilati amillər, b) xarici və yaxud bazar, şərait amilləri. Birinci qrup amillərə sahibkarlıq fəaliyyətindən bilavasitə asılı olan amillər, o cümlədən əmək məhsuldarlığının dəyişməsi, istehsalın texniki səviyyəsi və onun təşkili üsulları, istehsalın idarə edilməsi metodları və s. daxildir. İkinci qrup amillərə sahibkarın fəaliyyətindən bilavasitə asılı olmayan və ya qismən asılı olan amillər daxildir. Burada ən başlıca amil qiymətlərin dəyişməsidir. Bu qiymətlər həm məhsul istehsalı üçün istifadə edilən ehtiyatlara ( işçi qüvvəsi, xammal, material, yanacaq, enerji və s.) həm də bazarda tələb və təklifin dəyişməsindən asılı olaraq hazır məhsulun qiymətinin dəyişməsinə aiddir. Səmərəlilik satılmış məhsulun dəyərinin həmin məhsulun istehsalına çəkilən xərclərə nisbəti kimi müəyyən edilir:
Müəssisənin fəaliyyətinin səmərəliliyinin təhlili yalnız bu göstəricinin müəyyən edilməsi ilə bitmir. Burada əsas məsələ yekun nəticələrə təsir göstərən müxtəlif amillərin müəyyən olunub təhlil edilməsindən ibarətdir.
Satılmış məhsulun dəyəri istehsal edilən məhsulun miqdarını onun qiymətinə vurmaqla təyin edilir:
İstehsal edilən məhsulun dəyəri cari dövrdə aşağıdakı amillərin təsiri hesabına dəyişə bilər:
- istehsal edilən və satılan məhsulun həcminin dəyişilməsi hesabına;
- məhsulun qiymətinin dəyişməsi hesabına
İstehsala çəkilən xərclər, iki vuruğun: məhsul vahidinin istehsalına çəkilən xərclər və istehsal edilən məhsulun miqdarının hasili kimi hesablanır:
Məhsul vahidinə çəkilən xərclər sərf norması və qiymətlərin dəyişməsindən asılı olaraq dəyişilir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, istehsala çəkilən xərclər bütövlükdə aşağıdakı amillərdən asılıdır:
- İstehsal olunan məhsulun həcminin dəyişilməsindən;
- Ehtiyatların qiymətinin dəyişilməsindən;
- Məhsul vahidinin istehsalına sərf normalarının dəyişilməsindən;
- İstehsal edilən məhsulun nomenklatura və çeşidinin dəyişilməsindən.
İstehsala çəkilən xərclərin təhlili bütün məhsul buraxılışı, ayrı-ayrı məhsul növləri, müəssisənin hər bir struktur bölmələri üzrə aparılır. Aparılmış təhlil normativdən artıq itkilərin mənbələrini aşkar etməyə, texnoloji proseslərin müxtəlif variantlarını müqayisə etməyə, daha sərfəli məhsul növü istehsal etməyin seçilməsinə və maksimum mənfəət əldə edilməsini təmin etməyə imkan verir.
4. Bazarda məhsulun vəziyyətinin tədqiq edilib öyrənilməsi bazarın seqmenti haqqında təsəvvürə malik olmağa imkan verir. Bu zaman sahibkar satışın təyinatını bilməlidir. Satış təyinatı məhsulun istehsalına çəkilmiş xərcləri ödəmək və mənfəət əldə etmək məqsədilə onun satışını təşkil etməkdir. Satışın təşkili üçün elə bir sistem yaratmaq lazımdır ki, həmin sistem üzrə mal öz istehlakçısını asanlıqla tapır. Bu cür sistem aşağıdakı elementlərdən ibarətdir: bazarın öyrənilməsi; alıcının axtarılması və cəlb edilməsi, yaxud daimi müştərilər şəbəkəsinin yaradılması; malların qablaşdırılması və rəsmiləşdirilməsi; malın konkret alıcıya çatdırılması; məhsulun salamat qalması və istehlakçıya vaxtında çatdırılmasına nəzarət; malın satışının təşkili, həyata keçirilməsi və onun müqabilində pul alınması.
Məhsulların vəziyyətinin bazarda öyrənilməsi müəssisənin bazar strategiyasının dəqiqləşdirilməsi və bazarda müəyyən üstünlüklər qazanmaq üçün konkret addımlar atılmasının əsaslandırılmasına xidmət edir.
Müəssisənin strateji problemlərinin həllində məhsul və bazarın təhlilinin yeri aşağıdakı sxem şəklində verilir.
Bazarda vəziyyət
Satış bazarı
Potensial bazar
Alıcıların problemləri
Bazarın təhlili və proqnozlaşdırma
Bazarın öyrənilməsi
Məhsulların planlaşdırılması və inkişafı
İstehsalat proqramının formalaşdırılması
İstehsal
Satış və reklam
Məhsul
Potensial istehlakçının tələbinin ödənilməsi
Sahibkarın istehsal etdiyi məhsul bazarda həmişə müəyyən bir yer tutur. Bazarda rəqabət aparmaq vəziyyəti müəyyən göstəricilərlə təyin edilir. Bu göstəricilərə istehsalçının məhsulunun bazardakı məhsullara görə payı, məhsulun keyfiyyəti, qiymətlərin nisbiliyi, ən başlıca rəqiblə müqayisədə istehsal xərclərinin nisbiliyi və s. daxildir. Bazarda müəssisənin müvəffəqiyyəti onun maliyyə göstəriciləri – investisiya, dövriyyə vəsaitlərinin rentabellik səviyyəsi və digər göstəricilərlə müəyyən olunur.
Rentabellik səviyyəsinə təsir edən ən başlıca amil müəssisənin satış bazarındakı payı göstəricisidir. Belə ki, bu göstəricinin hər 10% atrması nəticəsində rentabellik göstəricisi 3,5 % artır.
Sahibkarın mənfəətinin atrmasına təsir edən amillərdən biri də onun istehsal etdiyi məhsulun keyfiyyətidir. Yüksək keyfiyyət bazar payı göstəricisi üzrə liderlik qazanmağa imkan verir. Məhsulun keyfiyyəti ilə marketinq xidmətinə çəkilən xərclər arasında müəyyən asılılıq mövcuddur. Məhsula yüksək istehlak xassələri verməkdə dizayn, üstünlük, moda simvolikası və s. amillər müəyyən rol oynayır.
Dizayn məhsul satışını təmin edən həlledici iqtisadi amildir. Dizayn rəqabətdə əsas vasitədir. Məhsullar nəinki öz texniki öz xarakteristikaları ilə razılıq hissi oyatmalı, həm də xaric görkəmi ilə sevindirməlidir, bu görkəm isə məhsulun estetikasını müəyyənləşdirir və müəyyən əhval ruhiyyə yaradır. Dizaynın komponentlərinə forma, gözəllik, təmtəraqlıq, rəng,səliqəlilik, gözqamaştıran təmizlik və s. daxildir. Qablaşdırma malın şəksiz üstünlüyüdür. Parlaq, nəfis, rəngli qutulara qoyulmuş, qəşəng kağıza bükülmüş mallara xüsusi tələb vardır. Alıcı ölkəmizdə istehsal olunmuş malları idxal edilmiş mallara yalnız ona görə dəyişməyə razıdır ki, onların xarici görkəmi daha gözəldir.
Dostları ilə paylaş: |