1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 19. Sahibkarlıq fəaliyyətinin təhlili



Yüklə 220,06 Kb.
səhifə56/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   51   52   53   54   55   56   57   58   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 19. Sahibkarlıq fəaliyyətinin təhlili


1. Təhlilin məqsədi və əsas vəzifələri
2. İstehsala çəkilən xərclərin təhlili
3. Sahibkarlıq fəaliyyətinin səmərəliliyinin təhlili
4. Satış bazarında məhsulun təhlili
1. Sahibkarlıq fəaliyyətinin müvəffəqiyyəti, son nəticələrin əldə edilməsi üçün onun maliyyə-təsərrüfat göstəricilərinin dövrü olaraq təhlil edilib öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir sahibkar öz fəaliyyətinin qiymətləndirilməsi və təhlil edilməsinin zəruruiliyi ilə rastlaşmalı olur. Məhz aparılmış kompleks təhlil nəticəsində sahibkarlıq fəaliyyətinin perspektiv inkişaf istiqamətlərini müəyyən etmək mümkün olur.
Bazar münasibətlərinin müntəzəm olaraq dəyişilməsindən asılı olaraq sahibkarlıq fəaliyyətinin sistemli təhlili ona daima mənfəətli və rəqabət apara bilmək imkanları verir, habelə onun inkişafına və gələcəyinin daha güclü olmasına müəyyən təminat verir, habelə onun inkişafına və gələcəyinin daha güclü olmasına müəyyən təminat verir. Sahibkarlıq fəaliyyətinin hər tərəfli və müntəzəm olaraq təhlil edilməsi aşağıdakılara imkan verir:
- həm bütövlükdə müəssisə, həm də onun ayrı-ayrı struktur bölmələrinin təsərrüfat fəaliyyətinin nəticələrinin tez, keyfiyyətli və peşəkar qiymətləndirmək;
- istehsal edilən hər bir konkret məhsul və xidmətlər üzrə mənfəətin alınmasına təsir göstərən amilləri vaxtlı-vaxtında və dəqiq aşkara çıxarıb, onların təsir dərəcələrini müəyyənləşdirmək;
- qarşıya çıxan problemlərin həllinin optimal yollarını müəyyən etmək, yaxın və gələcək dövrlərdə daha yüksək göstəricilər əldə etmək;
- müəssisənin qiymət siyasətinin işlənib hazırlanması üçün zəruri olan istehsala çəkilən xərclər və onların dəyişilməsi ideyasını müəyyənləşdirmək.
Bazar sferasında müəssisənin təsərrüfat fəaliyyətinin təhlili üzrə aşağıda təklif olunan tədbirlər müəssisənin iqtisadiyyatının sağlamlaşdırılması və təsərrüfat qərarlarının əsaslandırılması üçün böyük imkanlar açır. Təklif olunan təhlil sistemindən istifadə edilməsi sahibkarın çoxsaylı uğursuzluqlardan və ziyandan azad olunmasına təminat vermiş olar və onun potensial imkanlarının həyata keçirilməsi üçün geniş imkanlar yaratmış olur.
Kompleks təhlilin konkret məqsədi aşağıdakılardır:
- Müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin müqayisəli qiymətləndirilməsi, planlaşdırma sisteminin təhlili;
- Çəkilən xərclərin elementlər üzrə nəticələrin təhlili;
- Ayrı-ayrı məhsul buraxılışına nəzarət və onun təhlili;
- Məhsul növlərinin proznozlaşdırılması, istehsala çəkilən xərclərin aşağı salınması.
Qiymətləndirmə və təhlilin əsas vəzifələri aşağıdakılardır:
- Hesabat materiallarının hesablama maşınlarında işlənib hazırlanması;
- Xərclərin amilləri üzrə təhlilinin aparılması: a) xərc elementləri üzrə, b) dəyişən və sabit xərclər üzrə;
- Çox amilli təhlilin aparılması: a) müqayisəli məhsullar üzrə, b) bütün nomenklatura üzrə;
- Perspektiv məhsul buraxılışı üzrə müəssisənin imkanlarının qiymətləndirilməsi.
Sahibkarlıq praktikası strateji və operativ təhlili bir-birindən fərqləndirir. Strateji təhlil müəssisənin imkanlarının güclü və və zəif tərəflərinin mövcud olan imkan və riskin aşkar edilməsinə yönəldilir. Bu təhlil nəticəsində müəssisənin əsasən keyfiyyət xarakteristikası müəyyən edilir. Operativ təhlil isə müəssisənin fəaliyyətini qiymətləndirməyə imkan verir. Bu təhlil metodu müəssisənin malik olduğu resursların səmərəli idarə olunmasına xidmət edir, çəkilən xərclərin optimallaşdırılması və məhsulun keyfiyyətinin yüksəldilməsində həlledici rol oynayır.
Müəssisənin istehsal təsərrüfat fəaliyyətinin bütün tərəfləri və aspektlərini əhatə etməklə operativ təhlil özündə aşağıdakıları birləşdirir:
- müəssisənin fəaliyyətinin yekun göstəricilərinin təhlili;
- istehsala çəkilən xərclərin təhlili;
- istehsal edilən və satılan məhsulların təhlili;
- müəssisənin fəaliyyətinin səmərəliliyinin təhlili.
2. Sahibkarın əsas funksiyalarından biri istehsala çəkilən xərclərin təhlilidir. Bazar şəraitinin daima dəyişildiyi bir halda hər tərəfli təhlil aparılması müəssisənin idarə edilməsinə xidmət edir. Ona görə də müəssisə üzrə məlumatların müntəzəm olaraq toplanması və təhlil edilməsi tam məqsədəuyğundur. İstehsal xərclərinin təhlili və tam uçotunun aparılması müəssisənin idarə edilməsi üçün tam məlumatlara malik olmağa şərait yaradır. Bu zaman məhsul istehsalına çəkilən bütün xərclər nəzərə alınmalıdır. Çəkilən xərclərin səviyyəsini normativ göstərici ilə müqayisə etmək lazımdır. Məhz bunun nəticəsində normativdən artıq itkilərin aşkar edilməsi müəssisənin zəif tərəflərinin müəyyən edilməsinə şərait yaradır. Gələcəkdə bu halların aradan qaldırılması üçün istehsal proqrammasında müəyyən dürüstləşdirmə aparılması zərurəti meydana çıxır. Əgər məhsul buraxılışı üzrə əsas rəqiblərin istehsala çəkilən xərclər göstəricisi məlumdursa, müəssisə öz göstəricilərini həmin göstəricilərlə müqayisə etməlidir. Bu isə öz növbəsində müəssisənin rəqabətlilik qabiliyyətinin aşkar edilməsinə və xərclərin azaldılması üçün ehtiyatların müəyyən edilməsinə imkan yaradır.
Rəqib və öz müəssisəsində istehsal xərclərinin hərtərəfli müqayisəli təhlili istehsal xərclərinin aşağı salınması və istehsal proqrammasının optimallaşdırılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün müəyyən əsaslar verir. Onların aparılmasının məqsədi, ardıcıllığı və üsulları aşağıdakı sxem üzrə həyata keçirilir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin