1. Menecmentin mahiiyyəti və prinsipləri 2. Menecment sisteminin strukturu 3. İstehsal menecmenti sisteminin altsistemlərinin məzmunu 4. Menecmentin səmərəliliyi 1. Menecment termini bir qayda olaraq müxtəlif mənalarda işlənir. Menecment hərfi mənada insanlara rəhbərlik deməkdir. Hazırda menecmentə çoxlu və müxtəlif təriflər verilmişdir. Odur ki, ona verilən təriflər tam olmayacaqdır.
Menecment və menecment sistemi anlayışlarına diqqət yetirək.
Menecment insanların məqsədlər sisteminə nail olmaq üçün proseslərin təşkilə, əlaqələndirilməsilə məşğul olan, elmi baxımların, marketinq konsepsiyasının və insan amillərinin istifadə edilməsilə qəbul olunan və realizə edilən peşə fəaliyyəti növüdür. Menecment mürəkkəb, sahələrarası elm olub, müxtəlif elm sahələrinə əsaslanır. Müstəqil bilik sahəsi olan menecment iqtisadiyyat, texnika, ekologiya, psixologiya, sosiologiya, hüququ və s. fənlərlə qarşılıqlı əlaqəlidir. Menecment sistemi rəqabətqabiliyyətli qərarların qəbulu və realizə edilməsinə imkan verən elmi baxımlar, metodlar, məqsədli, təminat, funksional və idarəedici altsistemləri özündə birləşdirən sistemdir.
Beləliklə, menecment kompleks elm olub, rəqabətqabiliyyətli və səmərəli idarəetmə qərarlarının, eləcə də, bütünlükdə firmanın menecment sisteminin yerinə yetirilməsinə nail olmaq məqsədini daşıyır.
“Sahibkarlıq fəaliyyətinin menecmenti” dedikdə, iqtisadiyyatın istənilən sahəsində son məqsədi mənfəət götürməli olan firma fəaliyyətinin idarə edilməsi başa düşülür.
Firmanın təsərrüfat fəaliyyətinin idarə edilməsinin məzmunu istehsal prosesini bütün lazımi resurslarla təmin etməkdən, bütünlükdə texnoloji tşiklin təşkil olunmasından və idarə olunmasından ibarətdir. Buraya istehsalda elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin (ETTKİ) nəticələrinin tətbiq edilməsi; istehsal texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi; məhaulun tələb olunan səviyyədə keyfiyyətinintəmin edilməsi; kommersiya əməliyyatlarının aparılması; istehsala texniki xidmətin təşkili; istehsalın maddi-texniki təchizatı; material, maliyyə və əməkresursları ilə təminat; idarəetmə heyətinin təminatı; bütün növ hesablamaların yerinə yetirilməsi və s. aid edilir.
Firmanın təsərrüfat fəaliyyəti elə qurulmalıdır ki, az xərclərlə səmərəliliyin daha da yüksəlməsinə nail olmaq, bunun üçün yeni imkanları daim axtarıb tapmaq, qoyulan məsələlərin həlli üçün müxtəlif mənbələrdən resursları tapıb istifadə etmək imkanı olsun.
Təsərrüfat fəaliyyəti prosesində yaranan sosial-iqtisadi, texnoloji və sosial-psixoloji problemlərin qarşılıqlı həlli üçün menecmentin iqtisadi mexanizmlərindən geniş istifadə edilir. Menecmentin iqtisadi mexanizmləri üç blokdan ibarətdir: firmadaxili idarəetmə, istehsalın idarə edilməsi, heyətin idarə edilməsi.
2. İstehsal menecmentinin strukturu istehsalın idarə edilməsi məqsədinin və vəzifələrinin həyata keçirilməsini təmin edən, bir-birilə əlaqədar müxtəlif təşkiledicilərin məcmusudur. İstehsal menecmenti sisteminin əsasını ən əvvəl istehsalın özünün quruluşu təşkil edir. İstehsal təsərrüfat fəaliyyətinin idarəetmə sistemi idarəedici orqandan, subyektdən və təşkilati idarəetmə obyektindən ibarətdir.
Təşkilati idarəetmə obyekti dedikdə, təşkilatın son məqsədinə nail olmaq üçün işçilər və onların məqsədyönlü fəaliyyəti başa düşülür. İdarəetmə işçiləri resurslardan səmərəli istifadə etməklə istehsalın optimal fəaliyyətini təmin edirlər. İdarəedici subyekt təşkilatın əmək, material, maliyyə, informasiya resurslarının istifadə edilməsi əsasında istehsal təsərrüfat fəaliyyyətini həyata keçirir. İdarəetmə proseslərinin reallaşdırılmasında bütün elementlər qarşılıqlı fəaliyyət göstərməklə təşkilatın qarşısında duran məqsədə nail olmağa imkan verir. Belə bir şəraitdə istehsal menecmenti sisteminin strukturu menecmentin elmi baxımlarının prinsiplərinin və metodlarının tələblərinə cavab verməlidir.
Firmanın fəaliyyətinin dayanıqlığına və səmərəliliynə təsir edə bilən mühit təşkiledicilərinə makromühit, regionun infrastrukturu, firmanın mikromühiti aid edilir.
İstehsal menecmenti sisteminin strukturunda ayrılmış altsistemlərin hər biri bütün səviyyələrdə idarəetmə fəaliyyətinin mahiyyəti və məzmununu aşkar edir.
İdarəetmənin altsistemləri idarəetmə fəaliyyətinin xüsusi növləridir, idarəetmə sferasında ixtisaslaşmavə əmək bölgüsü prosesinin məhsuludur. İstehsal menecmenti sistemi strukturunun altsistemləri dedikdə, idarəolunan obyektlərə təsirin bu və ya başqa istiqamətlərinitəmin edən idarəetmə əməyinin xüsusi növlərini başa düşmək lazımdır. İstehsal menecmenti sisteminin strukturunun altsistemləri universaldır, belə ki, onlar istənilən idarəetmə prosesini xarakterizə edir və idarəetmə münasibətlərinin həyata keçirilməsi formalarından birini əks etdirir. İdarəetmə funksiyaları müəyyən məqsədə nail olmağa yönəldilir.
İstehsal menecmenti sisteminin strukturu və onun ayrı-ayrı altsistemlərinin məzmunları qısaca şərh edilir.