1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə26/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

4. Kommunikasiya–adamlar arasında informasiya mübadiləsidir. Təşkilatın idarə edilməsində səmərəli kommunikasiyanın rolunu qiymətləndirməmək mümkün deyildir.
İdarəetmə funksiyalarından hər birinin realizə olunmasında informasiya mübadiləsi zəruridir. O, əsaslandırılmış qərarların qəbul edilməsində əsas şərtdir, təşkilatın tanınmasında və müxtəlif insanlar arasında ünsiyyətin möhkəmləndirilməsində mühüm rol oynayır. Qısaca desək, informasiya mübadiləsi sahibkarlıq fəaliyyətinin bütün sahələrinin əsas tərkib hissəsidir. Təəccüblü deyildir ki, bütün səviyyələrdə sahibkarlar öz iş vaxtlarının çox hissəsini kommunukasiyaya sərf edirlər. Təsdiq etmək olar ki, rəhbərin işinin səmərəliliyi hər şeydən əvvəl onun kommunikasiyasından, işgüzar qarşılıqlı münasibətindən çox asılıdır.
Təşkilatda kommunikasiya – mürəkkəb, çox səviyyəli sistem olub, həm təşkilatın özünü, onun elementlərini, həm də onun xarici mühitini əhatə edir.
Xarici kommunikasiya təşkilatın onu əhatə edən mühitdə informasiya mübadiləsidir.
Məlumdur ki, istənilən hər hansı bir təşkilat təcrid olunmuş halda fəaliyyət göstərə bilməz, o mütləq özünün xarici mühiti ilə əlaqədardır. Təşkilatın özünün xarici əhatəsinin əsas elementləri ilə informasiya mübadiləsində olması üçün çox müxtəlif vasitələri mövcuddur. Bu təşkilatlar müxtəlif vasitələrlə- reklam, telefon, sərgi, müraciətlərlə və ya müxtəlif sosioloji sorğular aparmaqla xarici mühitə çıxa bilərlər.
Daxili kommunikasiya dedikdə, təşkilatın elementləri arasında həyata keçirilən informasiya mübadiləsi başa düşülür.
Təşkilatın daxilində informasiya mübadiləsi rəhbərlik səviyyələri arasında (şaquli) və bölmələr arasında (üfüqi) baş verir.




Təşkilati kommunikasiyanın təsnifatı

Şaquli kommunikasiya-vasitəsilə informasiya rəhbərliyin yuxarı səviyyəsindən aşağı səviyyəyə və ya aşağı səviyyəsindən yuxarı səviyyəsinə verilir. Rəhbərlik informasiyanın köməyi ilə təşkilatda işlərin real vəziyyəti, qəbul edilmiş qərarların nəticələri, meydana çıxan çətinliklər, problemlər və onların həll olunması ilə tanış olur, onları öyrənir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin