Tələbat əsasında qiymətqoyma. Tələbatın təhlili üçün tələbatın qiymət elastikliyi anlayışının öyrənilməsi çox əhəmiyyətlidir. Tələbatın qiymət elastikliyi tələbatın həcminin bilavasitə həssaslığını xarakterizə edir və müxtəlif qiymət səviyyələri üçün tələbatın həcmini hesablamağa imkan verir. Tələbatın qiymət elastikliyi eyni adlı əmsalın ədədi qiyməti ilə xarakterizə edilir. Qiymət elastikliyi əmsalı qiymətin 1% dəyişməsi ( nəticəsində satış həcminin dəyişmə faizinə bərabər götürülür.
Əgər E olarsa, tələbat qiymətə görə qeyri-elastik hesab olunur. Əgər E olarsa, tələbat elastik hesab olunur. Tələbat əsasında qiymətqoyma zamanı məhsulun alıcı üçün qəbul olunan qiyməti ideyası da alternativ variant kimi qəbul olunur.Bu ideyanın əsasında belə bir fikir dayanır: alıcı rəqib məhsulların üstünlüklərini və onların hər birinin alınmasına və istismarına çəkilən xərcləri müqayisə edir. Alıcı üstünlük və xərclərin ən yaxşı nisbətini təmin edən məhsulu alır.
Rəqabət əsasında qiymətqoyma.Qiymətqoyma strategiyasının seçilməsində firmanın müstəqillik dərəcəsi iki amillə məhdudlaşır: rəqabət mühitinin xarakteri (inhisar, oliqopoliya, inhisarçı bazar, xalis rəqabət) və məhsulun qəbul olunan dəyəri.