1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Tapşırıq qarşıya qoyulmuş vəzifələri kəmiyyət və keyfiyyətcə təyin edir. Məsələn, kapitala 10 % gəlir əldə etmək, bazarın 20%-ni tutmaq və s. Siyasət



Yüklə 220,06 Kb.
səhifə4/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   2   3   4   5   6   7   8   9   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Tapşırıq qarşıya qoyulmuş vəzifələri kəmiyyət və keyfiyyətcə təyin edir. Məsələn, kapitala 10 % gəlir əldə etmək, bazarın 20%-ni tutmaq və s.
Siyasət məqsədə çatmaq üçün müəssisənin fəaliyyətinin metodlarını, istiqamətlərini və iş üslubunu müəyyən edir.
Strategiya firmanın uzun müddətə qarşıya qoyduğu məqsədə nail olmağın yolları və metodlarıdır.
Taktika-konkret vəziyyətin, konkret tapşırığın qısa müddət ərzində yerinə yetirilməsinin bütün incəlikləri ilə planlaşdırılmasıdır. Taktika həmişə strategiyaya tabedir.
3. Sahibkarlıq fəaliyyətinin əsas subyekti sahibkardır. Dövlət, alıcılar, tərəfdaşlar və muzdlu işçilər isə sahibkarlıq fəaliyyətinin istehlakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar. Sahibkarlıq fəaliyyətinin və biznesin obyekti kimi əmtəə qəbul edilir. Burada əmtəə dedikdə, dəyərə malik olan məhsul, xidmət və ideyalar kimi insan əməyinin nəticələri nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyətinin subyektləri bir-birilə qarşılıqlı fəaliyyətdə və asılılıqda iştirak edirlər.


Eyni zamanda bu cür bölgü cəmiyyətin hər bir üzvünün iqtisadi həyatının müxtəlif sferalarında iqtisadi funksiyalarını əks etdirir.


Sahibkarlıq fəaliyyətində tərəfdaşlar dedikdə, əmtəə istehsalı prosesində tələb olunan istehsal ehtiyatlarını təklif edən digər sahibkarlar və ya ümumi məqsədə nail olmaq üçün səylərini birləşdirən təsərrüfat subyektləri nəzərdə tutulur. Hər bir tərəfdaşın fəaliyyətinin həm özü, həm də onun alıcısı olan digər sahibkar üçün səmərəliliyi ümumi işin səmərəliliyinin əsasında dayanır.
Sahibkarlıq fəaliyyətinin iştirakçılarından olan muzdlu işçi sahibkarın uğur qazanmasında mühüm rol oynayır. Muzdlu işçi verilən konkret tapşırığın peşəkar icraçısı kimi iş prosesində daim təkmilləşdirmələr apara və yeniliklər tətbiq edərək görülən işin əmək və xərc tutumunu azaltmaqla və ya keyfiyyət səviyyəsini artırmaqla daha yüksək dəyərin yaradılmasının istirakçısı ola bilər. Bunun üçün sahibkar muzdlu işçinin iqtisadi maraqlarını bilməli, nəzərə almalı və onlardan istifadə etməyi bacarmalıdır. Sahibkar muzdlu işçilərin peşəkarlıq səviyyəsini yüksəltmək üçün onların təhsil səviyyələrinin artırılmasına çalışmalıdır.
İctimai vəziyyətdən asılı olaraq dövlət sahibkarlıq fəaliyyəti üçün maneə, kənar müşahidəçi və həvəsləndirici rolunu oynaya bilər. Özəl sektoru daha pis iqtisadi vəziyyətə salmaqla, yüksək vergi və gömrük rüsumları ilə, sahibkara qarşı mənfi münasibət ilə dövlət sahibkarlığa maneə rolunda çıxış edə bilər. Dövlət iqtisadi proseslə müdaxilə etmədən, kiçik sahibkarlığa heç bir yardım göstərmədən sahibkarlığın inkişafında kənar müşahidəçi rolunu oynaya bilər.
Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması fəaliyyətini yerinə yetirmək üçün dövlət aşağıdakı 2 əsas funksiyanı həyata keçirə bilər:
1. Təhsil
2. Sahibkarlığa maliyyə yardımı
Dövlət güzəştli kreditlər vasitəsi ilə və həvəsləndirici vergi siyasətinin köməyi ilə sahibkarlıq fəaliyyətinə böyük təkan verə bilər. Maliyyə köməyindən əlavə, dövlət sahibkarlıq infrastrukturunun yaradılması vasitəsi ilə sahibkarlıq fəaliyyətində riskləri azalda və cəmiyyətdə sahibkarlar ordusunun formalaşmasına şərait yarada bilər.
Sahibkarlıq infrastrukturu dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Sahibkarlıq qərarlarının qəbulunda məsləhətlərin verilməsi və tələb olunan informasiyanın əldə edilməsində kömək;
2. Sahibkarlıq fəaliyyəti üçün tələb olunan maddi nemətlərin əldə edilməsi və icarəyə verilməsi;
3. Yeni məhsulların ilkin tələbatlarının təmin edilməsi və s.
Biznesin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır:
1) Maliyyə və uçot içlərinin aparılması: investorlar və kreditorlardan kapitalın əldə ediməsi, satışdan əldə edilən gəlirin yığılması, kapitaldan istifadənin idarə edilməsi;
2) Kadrların idarə edilməsi: biznesin tələbinə müvafiq olaraq kadrların seçilməsi və işə qəbul edilməsi;
3) Maddi-texniki təchizat: istehsal-təsərrüfat fəaliyyəti üçün zəruri olan xammal, material, maşın və avadanlığın alınması;
4) İstehsal: xammalın müəssisələrin alıcıları üçün lazım olan məhsullara çevrilməsi;
5) Marketinq: istehlakçıların ehtiyaclarının öyrənilməsi və müəssisə ilə onun kontragentləri arasında mübadilə prosesinin idarə edilməsi.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin