1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 15. Özəlləşdirmə sahibkarlığın inkişafı üçün əsas şərtdir



Yüklə 220,06 Kb.
səhifə47/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   43   44   45   46   47   48   49   50   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 15. Özəlləşdirmə sahibkarlığın inkişafı üçün əsas şərtdir

1. Özəlləşdirmənin mahiyyəti və əsas məqsədi
2. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsas prinsipləri
3. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin əsas formaları
4. Özəlləşdirmənin dövlət tərəfindən tənzimlənməsi
1. İqtisadi islahatların mühüm tərkib hissəsi olan özəlləşdirmə bazar iqtisadiyyatının tələblərindən irəli gələn qanunauyğun, obyektiv zərurətdir. Dövlət mülkiyyətinin özəlləşdirilməsi bazar iqtisadiyyatına keçidin ən vacib tələblərindən biridir. Özəlləşdirmənin başlıca məqsədi keçid dövründə mülkiyyətçi sahibkarların meydana gəlməsinə və onların iqtisadiyyatda rolunun mümkün maksimal həddə çatdırılmasına şərait yaratmaqdır.
İqtisadiyyatın ayrı-ayrı sahələrində dövlət mülkiyyəti inhisarının mövcud olduğu bir şəraitdə bu problemin həlli vətəndaşların real mülkiyyət hüququnun bərpa edilməsi, müəssisələr üçün azad iqtisadi fəaliyyət şəraitinin təmin edilməsi ilə bilavasitə əlaqədardır.
Özəlləşdirmənin məqsədi vahid dövlət siyasəti əsasında dövlət mülkiyyəti sayılan müəssisə, torpaq, obyekt, əmlak, mənzillərin əmək kollektivinə, müəyyən qrupa, ayrı-ayrı hüquqi və fiziki şəxslərə qaytarılmasıdır, satılmasıdır. Bu yolla ölkədə mülkiyyətçi və sahibkarların meydana çıxıb təşəkkül tapmasına kömək göstərmək, əhalinin iqtisadi mənafeyini müdafiə etmək, özəlləşdirmədən əldə ediləcək vəsait hesabına respublikanın maliyyə vəziyyətini sabitləşdirmək üçün real imkanlar yaranır.
Özəlləşdirmə adamların işgüzarlıq fəaliyyətinin başlıca probleminin həllində müəyyən ediciyer tutur. Bu baxımdan özəlləşdirmə bir sıra funksiyaları həyata keçirir, xüsusiləşdirməyə, rəqabət aparmağa, səmərəli təsərrüfatçılığa və nəhayət, təşəbbüskarlığa və işgüzarlığa olan, stimullaşdırmaya olan meyli gücləndirir.
Özəlləşdirməyə başlayarkən ilk növbədə adamlarda iqtisadi psixologiyanı formalaşdırmaq, onlarda bu işin nəticəsinə inam hissini möhkəmlətmək tələb olunur.
Özəlləşdirmənin mahiyyəti barədə iqtisadi ədəbiyyatda müxtəli mülahizələrə rast gəlmək olar. Lakin çoxları tərəfindən qəbul edilmiş həqiqət ondan ibarətdir ki, özəlləşdirmə bütövlükdə iqtisadiyyatın dövlətsizləşdirilməsi prosesinin tərkib hissəsidir. Bu axırıncıya özəlləşdirmədən əlavə təsərrüfatın idarə edilməsinin liberallaşdırılması, dövlətin öz mülkiyyəti üzərində himayəsinin getdikcə zəiflətməsi, dövlət müəssisələrinin iqtisadi fəaliyyətinin getdikcə bazar tələblərinə doğru yönəldilməsi, bazarın liberallaşdırılması və s. daxildir.
İngilis sözü olub xüsusi (private) mülkiyyət mənasını verən özəlləşdirmə, xüsusiləşdirmə öz mahiyyətinə görə iqtisadiyyatda xüsusi mülkiyyətin payının, rolunun və əhəmiyyətinin xeyli yüksəldilməsi deməkdir. Öz növbəsində xüsusi mülkiyyət bazar iqtisadiyyatının təməli olduğu üçün təsərrüfatçılığın bu yoluna qoyan hər bir ölkə mütləq özəlləşdirməni həyata keçirməlidir.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində müəssisə və obyektlərin aşağıdakı qruplar üzrə təsnifatı nəzərdə tutulur:
- ali dövlət hakimiyyəti və icra orqanının qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər;
- özəlləşdirilməsi dövlət əmlakını idarə edən orqanın qərarı ilə aparılan müəssisə və obyektlər;
Yerli hakimiyyət orqanları ilə razılaşdırmaqla özəlləşdirilən müəssisə və obyektlər.
Özəlləşdirmənin obyektləri kimi özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər istisna olmaqla Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan bütün müəssisələr və əmlak çıxış edir. Özəlləşdirmənin subyektləri isə aşağıdakılar ola bilər:
- özəlləşdirilən obyektin əmək kollektivi;
- Azərbaycan Respublikasının vətəndaşları;
- dövlət müəssisəsi, birliyi və təşkilatı olmayan hüquqi şəxslər;
- nizamnamə kapitalında dövlətin payı 25% -dən çox olmayan hüquqi şəxslər;
- xarici hüquqi və fiziki şəxslər.
2. Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı bir sıra prinsiplərin gözlənilməsi tələb olunur. Bu prinsiplərdən biri dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin mərhələlərini, növbəliyini, özəlləşdirmənin qruplar üzrə təsnifatını, yollarını, formalarını və variantlarını müəyyən etməklə dövlət tərəfindən tənzimlənməsidir. Bu prinsip onu nəzərdə tutur ki, özəlləşdirmə prosesi hansı mərhələlər üzrə aparılmalıdır. Özəlləşdirməni ilk növbədə kiçik müəssisələr üzrə başlamaq daha məqsədəuyğundur. Sonra isə orta və iri müəssisələr özəlləşdirilir. Öna görə də kiçik, orta və iri müəssisələr müəyyənləşdirilməlidir və onları bir-birindən fərqləndirən göstəricilər təyin edilməlidir. Belə göstəricilər kimi müəssisədə çalışan işçilərin sayı və istehsal olunan məhsul həcmi göstəricilərindən istifadə etmək olar. Lakin bu zaman eyni zamanda müəssisənin real iqtisadi vəziyyəti də nəzərə alınmalıdır. Özəlləşdirmənin əsas prinsiplərindən biri də bu prosesdə dövlətin, əmək kollektivinin və əhalinin bütün sosial təbəqələrinin iqtisadi mənafeyinin nəzərə alınmasıdır. Özəlləşdirmə prosesində əmək kollektivinə ayrı-ayrı şəxslərə bir sıra əlverişli güzəştlər olunmalı, yeni yaranacaq sahibkarların iqtisadi mənafeyi gözlənilməlidir. Xarici kapitalın ölkəmizə cəlb olunmasının məqbul yolları müəyyənləşdirilməli və bütün bu şərtlər kompleksi hökmən ümummilli mənafeyimizlə uyğunlaşdırılmalıdır.
Bu prinsipin gözlənilməsi dövlət büdcəsinə daha çox ödənclər cəlb etməyə, zərərli işləyən müəssisələrə verilən dotasiyaların aradan qaldırılmasına imkan verir. Bu zaman mülkiyyətçinin marağının artması və öz əksini onda tapır ki, o, mülkiyyətin tam müstəqil sahibinə çevrilərək ondan daha səmərəli istifadə edərək daha çox qazanc əldə edir. Bu proses istehlakçının da mənafeyinə də uyğundur. Çünki bu zaman istehsalçılar istehlakçıların tələbatının daha dolğun ödənilməsi uğrunda bir-birilə rəqabət aparırlar ki, bunun da nəticəsində bazarın yüksək keyfiyyətli mallarla və xidmətlərlə bollaşdırılması baş verir. Özəlləşdirmənin digər prinsipi respublika vətəndaşlarının bu prosesdə iştirakını təmin etmək məqsədilə özəlləşdirmə payının müəyyənləşdirilməsidir. Özəlləşdirmə payının məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərin dəyərinə əsasən müəyyən edilir. Özəlləşdirmə payından respublikanın hər bir vətəndaşı yalnız özəlləşdirmə təyinatlı məqsədlər üçün istifadə edə bilər. Özəlləşdirmə payı məqsədli təyinatlara yönəldiyindən ayrı-ayrı şəxslərə verilmir, tədavül dairəsində tədiyyə vasitəsi rolunu oynamır, yalnız hesabdan hesaba keçirilir. Vətəndaşlara birdəfəlik verilən bu paydan istifadə uzunmüddətlidir və onun məbləği qiymətlərin dəyişməsinə müvafiq olaraq indeksləşdirilir.
Müxtəlif obyektiv və subyektiv səbəblər üzündən özəlləşdirmə paylarının təyinatına görə istifadə olunmamış hissəsinin səmərəli yerləşdirilməsi üçün respublikada dövlət ixtisaslaşdırılmış investisiya fondu, habelə xüsusi investisiya fondları yaradıla bilər. Özəlləşdirmənin əsas prinsiplərindən biri də özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun nəticələri üzərində dövlət nəzarətinin, habelə ictimai nəzarətin olmasıdır. Bu prinsipə görə özəlləşdirmə prosesləri geniş aşkarlıq şəraitində və ictimaiyyətin nəzarəti altında həyata keçirilir. Özəlləşdirmənin dövlət proqramı kütləvi mətbuat vasitələri, televiziya və radio vasitəsilə geniş işıqlandırılır. Auksionların və müsabiqələrin keçirilməsi, dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi barədə əhaliyə qabaqcadan lazimi məlumatlar verilir, habelə onun nəticələri ictimaiyyət tərəfindən təhlil olunur. Göstərilənlərdən əlavə özəlləşdirmənin forma və variantlarının seçilməsində əmək kollektivinin rəyini nəzərə alınması, ölkənin xalq təsərrüfatına sərmayə cəlb etmək məqsədilə xarici hüquqi və fiziki şəxslərin özəlləşdirmədə iştirakına şərait yaradılması, özəlləşdirmə prosesində antiinhisar siyasətinin tələblərinin nəzərə alınması və s. özəlləşdirmənin ən mühüm prinsiplərindəndir.
3. Dövlət mülkiyyətinin özəlləşdirilməsi aşağıdakı əsas formalarda aparıla bilər:
- auksion və ya müsabiqə yolu ilə müəssisə və əmlakın satılması;
- səhmdar cəmiyyətin yaradılması;
- məhdud məsuliyyətli cəmiyyətlərin yaradılması;
- kollektiv müəssisələrin yaradılması;
- şəxsi müəssisələrin yaradılması.
İlkin növbədə göstərmək lazımdır ki, dövlət mülkiyyətinin özəlləşdirilməsinin formaları, üsulları və aparılması müddətinə dair iqtisadçılar arasındavahid fikir birliyi yoxdur. Belə ki, özəlləşdirilən mülkiyyətin və əmlakın onun yeni sahiblərinə əvəzi ödənilmədən verilməsi, yaxud satın alınması dövlətin sərəncamında qalacaq özəlləşdirilməyən istehsal vasitələrinin miqdarı mübahisə doğuran prinsipial məsələlərdəndir.
Ümumiyyətlə özəlləşdirmə prosesi aşağıdakı üç yolla aparıla bilər:
- mülkiyyət əvəzsiz olaraq əmək kollektivlərinə verilir;
- mülkiyyət bütün vətəndaşlar arasında bərabər bölünür;
- mülkiyyət əmək kollektivinə və yaxud ayrı-ayrı şəxslərə satılır.
Mülkiyyətin əvəzi ödənilmədən özəlləşdirilməsi onunla əsaslandırılır ki, hazırda dövlət mülkiyyətində olan istehsal və qeyri-istehsal fondları xalqın əməyi nəticəsində yaradılmışdır. Eyni zamanda ölkə əhalisinin bərabər məbləğli investisiya çeklərinin pulsuz verilməsi ölkənin bütün vətəndaşları üçün azad sahibkarlar kimi eyni start şəraitinin yaranmasına səbəb olur. Lakin bununla yanaşı dövlət mülkiyyətinin əvəzsiz olaraq bütün əhaliyə və yaxud əmək kollektivinə paylanması, iqtisadiyyatın süqutuna gətirib çıxara bilər. Dövlət mülkiyyətinin satın alınması tərəfdarları belə hesab edirlər ki, vaxtı ilə əhalidən alınmış izafi məhsul bütövlükdə xalqa xidmət edən ictimai sərvətin artırılmasına istifadə edilmiş, digər qismi də ictimai istehlak fondları vasitəsilə əhalinin xeyrinə bölüşdürülmüşdür. Əhali tərəfindən dövlət müəssisələrinin səhmlərinin satın alınması yeni sahibkarların kapitallarının daha səmərəli tətbiq edilməsinə marağını artıracaqdır. Müəssisəyə qoyulmuş şəxsi əmanətlər isə əməyin nəticələrində onların marağının daha da güclənməsinə səbəb olar.
Ölkəmizdə sənaye müəssisələrində dövlət əmlakının və müəssisələrin satın alınması yolu ilə özəlləşdirilməsinə üstünlük verilməsi daha məqsədəuyğundur. Çünki bu yolla aparılan özəlləşdirmə respublikada iqtisadi vəziyyətin saglamlaşdırılması və bazar münasibətlərinin inkişafı üçün daha əlverişlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, sənaye müəssisələrində özəlləşdirilməsi nəzərdə tutulan mülkiyyətə sahib olmaq üçün burada işləyənlərin daha çox mənəvi hüququ vardır. Buna görə də istehsal sahələri müəssisələrinin və əmlakın ilk növbədə əmək kollektivləri üzvləri tərəfindən satın alınması daha xarakterik olmalıdır. Bəzi hallarda satınalınma prinsipi əmlakın müəssisə kollektivinə pulsuz veriməsinin bəzi ünsürləri ilə tamamlanmasına da yol vermək olar. Belə ki, səhmlərin və digər əmlakın alınmasında əmək kollektivi üzvlərinə müəyyən güzəştlər edilə bilər. Möhlətlə alınmış əmlakdan səmərəli istifadə etməklə qazanılmış gəlir hesabına həmin əmlakın haqqı ödənilir.
Dövlət müəssisələrinin özəlləşdirilməsinin əsas formalarından biri də səhmdar cəmiyyətinin yaradılmasıdır. Səhmləşdirmə yolu dövlət müəssisələrinin özəlləşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
1) Respublikamızda sahələr üzrə bütün müəssisələr inventarizasiya olunmalı, infilyasiyanın mövcud səviyyəsinə uyğun yenidən qiymətləndirilməlidir. Bu proses müəssisələrin balansında öz əksini tapmalıdır.
2) Bütün müəssisələrin və digər təsərrüfat vahidlərinin dövlət registrləri tərtib olunmalıdır.
3) İlk növbədə özəlləşdirməyə məruz qalacaq sahələr və müəssisələr müəyyənləşdirilməlidir. Kiçik istehsal və xidmət müəssisələri, bitməmiş kapital qoyuluşu obyektləri və s. bunlara aid edilə bilər.
4) Strateji əhəmiyyətə malik olmayan müəssisələr səhmləşdirilməli, səhmlər ölkə vətəndaşları və xarici şirkətlər arasında bölüşdürülməlidir.
4. Özəlləşdirmənin dövlət tərəfindən tənzimlənməsini Dövlət Əmlakını İdarə edən Orqan normativ aktlarla müəyyən edilmiş səlahiyyətlər daxilində həyata keçirir. Dövlət Əmlakını idarə edən orqan dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi üçün dövlət proqramı işləyib hazırlayır. Bu orqan eyni zamanda ölkənin bütün ərazisində özəlləşdirilmənin yerinə yetirilməsinə metodik rəhbərlik və nəzarət edir, özünün ərazi qrumlarını yaradır, onların hüququ və vəzifələrini müəyyən edir. Bu qurmalar müvafiq ərazidə özəlləşdirmə proqramını həyata keçirirlər. Özəlləşdirmənin dövlət proqramı aşağıdakıları əhatə edir.
1) Özəlləşdiriləcək obyektlərin siyahısı, texniki iqtisadi göstəriciləri və ilkin qiymətləndirilməsi;
2) Özəlləşdirilmənin mərhələləri;
3) Özəlləşdirmənin formaları, müddətləri, xalq təsərrüfatının sahələri üzrə variantları;
4) Əmək kollektivlərinin mənafelərinin müdafiəsini təmin normativlər;
5) Özəlləşdirmə payının məbləği və ondan istifadə olunma qaydaları;
6) Özəlləşdirmədən alınan vəsaitin istifadəsi
Dövlət müəssisəsi əmlakın qiymətləndirilməsi bilavasitə müəssisə tərəfindən və ya müqavilə ilə xüsusi ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparılır və nəticəsi dövlət əmlakını idarə edən orqanda ekspertizadan keçirilir.
Dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsi bir qayda olaraq özəlləşdirilən müəssisə ilə birlikdə satılır.
Müstəsna hallarda, torpaq sahəsinin qiyməti yüksək olarsa, alıcının bu sahəni uzunmüddətli icarəyə almaq hüququ vardır.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin mürəkkəbliyi və dərinliyi nəzərə alınaraq onu bir neçə mərhələdə aparmaq planlaşdırılır. Əvvəlcə ticarət, ictimai iaşə, məişət xidmət sahələrinin, o cümlədən maddi istehsal sahəsinin bəzi kiçik müəssisələrinin, həmçinin mənzillərin özəlləşdirilməsi nəzərdə tutulur. Sonrakı mərhələləri əsasən maddi istehsal sahəsinin kiçik və orta, bu proses sonunda isə iri həcmli müəssisələrini əhatə edir.


Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin