1. Sahibkarlıq imkanları hansı şəkildə təzahür edə bilər?



Yüklə 62,68 Kb.
tarix17.06.2023
ölçüsü62,68 Kb.
#128202
Sahibkarlığın əsasları =Sahibkarlığın əsasları və biznesə giriş


1.Sahibkarlıq imkanları hansı şəkildə təzahür edə bilər?
A) Mövcud tələbatın ödənilməsi üçün texnologiyaların işlənib hazirlanmasını
B) Menecerin peşəkar bilik, yenilik və iş təcrübəsinin olması ilə
C) Fəaliyyətin əsas istiqamətlərini seçməklə
D) Bazarda payın artırılması imkanlarının müəyyən edilməsində
E) Düzgün cavab yoxdur
2. Maliyyə imkanlarını qiymətləndirmək dedikdə aşağıdakılardan hansı başa düşülür?
A) Bütün cavablar doğrudur
B) Nizamnamə kapitalının həcmi
C) Maliyyələşmənin mümkün mənbələrini müəyyənləşdirmək
D) Dövriyyə vəsaitinin həcmi
E) Zəruri xərclərin səviyyəsini müəyyənləşdirmək
3. Fəaliyyətin əsas istiqamətini seçərkən nəyi nəzərə almaq zəruridir?
A) Bütün cavablar doğrudur
B) Xüsusi təcrübəni
C) Mövcud potensialı
D) Rəqabət dərəcəsini
E) Nəzərdə tutulan tələbi
4. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biridir?
A) Bütün cavablar doğrudur
B) İşin faydalılığını qiymətləndirməyi bacarmaq
C) əmtəə və xidmət istehsalına hazır olmaq
D) son nəticəyə yönəlmək
E) ixtiraçı və fəal olmaq
5. Aşağıdakılardan hansı uğurlu sahibkarın xarakterik əlamətlərindən biri deyil?
A) Fəaliyyətin istiqamətini düzgün müəyyənləşdirmək
B) İşin faydalılığını qiymətləndirməyi bacarmaq
C) əmtəə və xidmət istehsalına hazır olmaq
D) son nəticəyə yönəlmək
E) ixtiraçı və fəal olmaq
6. Biznesin növləri sahibkarın.....müəyyən edir
A) fəaliyyətin əsas sferasını
B) maraq və gəlirini
C) maraqlarının reallaşması cəhdini
D) məqsədinə çatmasını
E) doğru cavab yoxdur
7. Biznesin növləri sahibkarın.....müəyyən edir
A) Əsas fəaliyyətini təşkil edir
B) Maraq və gəlirini
C) Maraqlarının reallaşması cəhdini
D) Məqsədinə çatmasını
E) Doğru cavab yoxdur
8. İş və xidmət yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bu, biznesin hansı növünə aiddir?
A) İstehsal
B) Kommersiya
C) Maliyyə
D) Konsultativ
E) Doğru cavab yoxdur
9. Dünya təcrübəsində və konsulting adlanır ?
A) İdarəetmə məsələləri üzrə kommersiya və ödənişli məsləhət
B) Alqı-satqı üzrə sazişlər
C) Işgüzar münasıbətlərin məcmusu
D) Kommersiya fəaliyyətinin xüsusi növü
E) Idarəetmə məsələləri üzrə sazişlər
10. Maliyyə biznesi nəyi nəzərdə tutur?
A) Qiymətli kağızlar bazarının təhlilini
B) Alqı-satqı üzrə əməliyyat və sazişlər
C) Idarəetmə məsələləri üzrə məsləhəti
D) Iş və xidmətlərin yerinə yetirilməsini
E) Doğru cavab yoxdur
11. Aşağıdakılardan hansı əmtəə birjasının yerinə yetirdiyi funksiyalardan biridir?
A) Ticarət əməliyyatlarının tənzimlənməsi
B) Məhsulun keyfiyyətinin müəyyən edilməsi
C) Məhsulun reallaşmasına cəhd
D) Topdan və pərakəndə satış ticarətinin əlaqələndirilməsi
E) Öz vəsaiti hesabına məhsulların reallaşdırılması
12. Ticarət evi nəyi ifadə edir?
A) Əmtəə mübadiləsi sferasında fəaliyyət göstərən təşkilati birliyi
B) Satış təşkilatlarının qarşılıqlı əlaqəsini
C) Fəaliyyət sahələri arasında birliyi
D) Alıcı və satıcı maraqlarını
E) Doğru cavab yoxdur
13. İqtisadi ədəbiyyatda istehsalın 4 amili göstərilir.Aşağıdakılardan hansı bu amıllərdən biri deyil?
A) Sahibkarlıq təşəbbüsü
B) Sahibkarlıq qabiliyyəti
C) Torpaq
D) Kapital
E) əmək
14. Broker və agent ticarət vasitəçilərindən nə ilə fərqlənir?
A) təmizlik və sadəliyinə görə
B) Daha diqqətli olmasına görə
C) Bazarı ətrafı öyrənməsinə görə
D) Sərbəstliyinə görə
E) Tədavül sahəsində fəaliyyətinə görə
15. Sığorta nədir?
A) iqtisadi təhlukəsizliyin təmin olnması üsullarından biri
B) Qərəzsiz və müstəqil analitik-nəzarət infrastrukturu
C) Idarəetmə məsələləri üzrə mütəqil təşkilat
D) Dəyərli, məqsədəuyğun fəaliyyət
E) Doğru cavab yoxdur
16. Konsultativ sahibkarlığın mühüm istiqaməti hansıdır?
A) Reklam
B) Auditor xidməti
C) Sığorta
D) Ticarət xidməti
E) Doğru cavab yoxdur
17. Bazar iqtisadiyyatının əsas parametrləri hansılardır?
A) azad sahibkarlıq, rəqabət, şəxsi mülkiyyət, seçim azadlığı
B) administrasiyalaşma, məhdud seçim, qiymətlərin nizamlanması
C) dövlət mülkiyyəti, seçim azadlığı, azad sahibkarlıq\
D) rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət
E) rəqabət, azad qiymətlər, şəxsi mülkiyyət, mal
18. Aşağıda qeyd edilənlərin hansını “sahibkar” anlayışına aid etmək olar?
A) Gələcək inkişaf haqqında düşünən, təşəbbüskar, riskə gedən şəxs, novator
B) Mənfəətin əldə edilməsi məqsədi ilə xidmətlər göstərən şəxs
C) Mənfəətin əldə edilməsi məqsədi ilə istənilən fəaliyyət növü ilə məşğul olan şəxs
D) ödənişli xidmətlər göstərən istənilən şəxs
E) Mənfəət haqqında fikirləşən şəxs
19. Bazarın iqtisadi subyektləri ?
A) firmalar
B) mallar
C) kapital
D) dövlət
E) qiymət
20. Qeyd edilənlərdən hansı təkrаr istehsal prosesinin forması deyil?
A) Mal
B) İstehsal
C) Bölgü
D) mübadilə
E) istehlak
21. Sahibkarlıq fəaliyyəti növünə nə aid edilmir?
A) kooperativ sahibkarlığı
B) istehsal sahibkarlığı
C) maliyyə sahibkarlığı
D) kommersiya sahibkarlığı
E) konsultativ sahibkarlıq
22. Hansı vasitəçi deyil?
A) Biznesmen
B) Agent
C) Broker
D) Dustribyutor
E) Sahibkar
23. Hansı iqtisadçı Qərb iqtisadiyyatında ilk dəfə “sahibkar” anlayışını istifadə etmişdir?
A) R.Kantilion
B) A.Smit
C) Y.Şumpeter
D) İ.V. Sey
E) A.Marşal
24. Azərbaycanda “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqında” Qanun nə zaman qəbul edilmişdir?
A) 1993
B) 1996
C) 1991
D) 1997
E) 1990
25. Hansı xarakterik cəhət sahibkarı biznesməndən fərqləndirir?
A) Novatorluq
B) mənfəətin əldə edilməsində təlabat
C) biznes-fəaliyyətin təşkili
D) özünə inam
E) inadkarlıq
26. Biznesin infrastrukturu, fəaliyyətin qiymətləndirilməsi, marketinq hansı sistemə aiddir?
A) biznes sistemi
B) Idarəetmə sistemi
C) Dövlət sistemi
D) Vergi sistemi
E) Doğru cavab yoxdu
27. Dövlət sosial fondlarına aiddir:
1. Pensiya fondu
2. Vergi fondu
3. Sosial sığorta fondu
4. Nizamnamə fondu
5. Məşğulluq fondu
A) 1,3,5
B) 1,2,3
C) 2,4,5
D) 1,4,5
E) 2,3,4
28. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənləşdirən ... şərti sayılır
A) Məcburi və vacib
B) əsas və könüllü
C) vacib və mürəkkəb
D) sadə və mürəkkəb
E) doğru cavab yoxdu
29. Aşağıdakılardan hansı kiçik sahibkarlığa dövlət dəstəyinin əsas istiqamətlərindən biridir?
A) Bütün cavablar doğrudur
B) Investisiya
C) Elmi metodu və kadr təminatı
D) Informasiya təminatı
E) Maliyyə kredit
30. Bunlardan hansı kiçik müəssisələrinə vergi qanunvericiliyində nəzərdə tutulan güzəştlərdən biridir?
A) Sürətli amortizasiyadan istifadə imkanı
B) Azad ticarətə istiqamətlənmə
C) Ləğv və iflas proseduru
D) Istehsalın texniki himayədarlığı
E) Doğru cavab yoxdu
31. Dövlət sosial fondlarına aiddir:
1. Pensiya fondu
2. Vergi fondu
3. Sosial sığorta fondu
4. Nizamnamə fondu
5. Məşğulluq fondu
A) 1,3,5
B) 1,2,3
C) 2,4,5
D) 1,4,5
E) 2,3,4
32. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənləşdirən ... şərti sayılır
A) Məcburi və vacib
B) əsas və könüllü
C) vacib və mürəkkəb
D) sadə və mürəkkəb
E) doğru cavab yoxdu
33. Kiçik sahibkarlığın normativ hüquqi bazasının formalaşması kimlər qarşısında kiçik sahibkarlıq subyektlərinin vəzifə və məsuliyyətini müəyyənləşdirən məcburi və vacib şərti sayılır?
A) Bütün cavablar doğrudur
B) Tərəfdaşlar
C) Istehlakçılar
D) Büdcə təşkilatları
E) Təsərrüfat subyektləri
34. Yeni müəssisələr üçün onun gələcək səmərəli fəaliyyəti bilavasitə nədən asılıdır?
A) Əsaslandırılmış ilk biznes planın tərtibatından və icrasından
B) Amillərin əhəmiyyətli təsir dərəcəsindən
C) “Sağlam fikiridarəetmənin” üstünlüyündən
D) Ölkədə formalaşan bank kredit sisteminin mükəmməlliyindən
E) Doğru cavab yoxdu
35. Sahibkarların kifayət qədər peşəkarlıq hazırlığı olmaması nəyə səbəb olur?
A) kiçik firmanın intensiv müflisləşməsi və iflasa uğramasına
B) Sahənin iqtisadi xarakteristikasını dəyişdirməyə
C) Biznes strategiyasını dəyişdirməyə
D) Müvafiq biznes sahəsindəni tendensiyalara
E) Düzgün cavab yoxdur
36. Dövlət tərəfindən sahibkarlara daima yardım edilməsi kiçik və orta biznes müəssisələrinə imkan verir ki:
1. inkişaf etsin
2. fəaliyyətini əlaqələndirsin
3. Biznes növünü dəyişdirsin
4. iri müəssisələr tərəfindən rəqabətə dözsün
5. yeni strategiya seçsin
A) 1,2,4
B) 1,2,3
C) 3,4,5
D) 2,3,5
E) 1,4,5
37. Aşağıdakılardan biri kiçik firmaların dörd əsas strategiyasından biri deyil:
A) Biznes növünün dəyişdirilməsi və ya azaldılması strategiyası
B) Optimal həcmstrategiyası
C) İrifirmanınməhsulundaiştirakstrategiyası
D) İri firmanın təchizat sistemində iştirak strategiyası
E) korirasiya strategiyası
38. İnfrastrukturların yaradılması kiçik sahibkarlıq subyektlərinə aşağıdakı xidmətləri göstərməlidir. Ağağıdakılardan biri buna aid deyil:
A) Menecment
B) İnformasiya
C) Marketing
D) Texnoloji-texniki
E) Maliyyə kredit
39. Fəaliyyət miqyasından asılı olaraq biznesi ayırd edirlər?
A) kiçik, orta,böyük
B) kiçik, qlobal,böyük
C) orta, ağ,bölgə
D) kiçik,kommersiya, orta
E) istehsal, kommersiya, maliyyə
40. Qərbdə ilk dəfə “infrastruktur” termini XX əsrin əvvəllərində nədə istifadə olunmuşdu?
A) Silahlı qüvvələrin hərbi qabiliyyətini təmin edən obyekt və qurğuların təhlilində
B) Ölkənin müdafiə qabiliyyətinin təhlilində
C) Bazar münasibətlərinin təşkilat səviyyəsinin təhlilində
D) Silahlı qüvvələrin fəaliyyət mexanizminin təhlilində
E) Doğru cavab yoxdu
41. Əmtəə birjasının fəaliyyəti hansı qurum tərəfindən lisenziyalaşdırılır?
A) İqtisadi İnkişaf Nazirliyi
B) Dövlət Gömrük Komitəsi
C) Maliyyə Nazirliyi
D) Vergi Nazirliyi
E) Auditorlar Palatası
42. Aşağıdakılardan hansı qiymətli kağızlar bazarına aiddir?
1. Pul bazarı
2. Ilkin bazar
3. Fond bazarı
4. Valyuta bazarı
5. Banklararası bazar
A) 2
B) 1,5
C) 1,2
D) d. 3,4
E) e. 4,5
43. Investisiya fəaliyyəti haqda qanun nə vaxt verilib?
A) 13 fevral 1995
B) 10 dekabr 1994
C) 5 mart 1995
D) 5 mart 1993
E) 13 fevral 1993
44. Fond birjası iştirakçılarına aid deyil?
A) Menecer
B) Makler
C) Broker
D) Diler
E) Aqent
45. Qeyd edilənlərdən hansı qiymətli kağızdır?
A) İstiqraz
B) Emitent
C) Pul
D) Kapital
E) xarici valyuta
46. Qiymətli kağızlar və xarici valyuta qiymıtlərinin müəyyən edilməsi necə adlanır?
A) məzənnə
B) korrupsiya
C) əmsal
D) kreditor
E) kulisa
47. Bir ölkənin pul vahidini digər ölkənin pul vahidində əks etdirən qiymət necə adlanır?
A) valyuta kursu
B) valyuta klirinqi
C) qiymət yaradılması
D) marj
E) devalvasiya
48. Investorlar investisiya bazarında necə çıxış edə bilər?
1. əmanətçi
2. satıcı
3. alıcı
4. debitor
5. kreditor
A) 1, 3, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 3, 4, 5
E) 1, 4, 5
49. Maliyyə bazarının subyektləri nədə aparıcı rol oynayır?
A) iqtisadi resursların dövriyyəsinin başa çatdırılmasında
B) Bir sıra strateji əhəmiiyyətli məhsulların qeydiyatdan keçməsində
C) Bir sıra strateji əhəmiiyyətli məhsulların qeydiyatdan keçməsində
D) Səmərəli idarəetmə strukturunun yaradılmasında
E) Doğru cavab yoxdur
50. Innovasiya fəaliyyəti bir qayda olaraq nə ilə bağlıdır?
A) Risklə
B) Kapitalla
C) Nəzəriyyə ilə
D) Müəyyən şərtlərlə
E) Mürəkkəb şərtlərlə
51. Birja əməliyytatlarının həyata keçirilməsi zamanı meydana çıxan mübahisəli məsələlərin həllində əsas sənəd hansıdır?
A) Birja ticarəti qaydaları
B) Kommersiya müqavilələri
C) Əmtəə sövdələşmələri
D) Sığorta qaydaları
E) Doğru cavab yoxdu
52. Bunlardan hansı maliyyə bazarının tərkibinə daxildir?
A) pul bazarı, Qiymətli kağızar bazarı, Kredit bazarı
B) Pul bazarı, innovasiya bazarı
C) Qiymətli kağızar bazarı, investisiya bazarı
D) Kredit bazarı, lizing bazarı, pul bazarı
E) Sığorta bazarı, Kredit bazarı, Pul bazarı
53. Aşağıdakılardan hansı əmtəə birjasının əsas vəzifə və funksiyalarından biri deyil?
A) innovasiya fəaliyyəti
B) Ticarətin müntəzəm təzələnməsi
C) Əmtəənin özü olmadan sövdələşmənin başa çatdırılması
D) Birja ticarətinin hazırlanması və təşkili
E) Informasiya fəaliyyəti
54. Göstəricilərin hansı maliyyə bazarını xarakterizə etmir?
A) istehsal prosesinin təşkili
B) bazarın konyukturası
C) maliyyə risklərinin səviyyəsi
D) tələb və təklifin tənzimlənməsi
E) qiymətli kağızların mənfəəti
55. Aşağıdakılardan hansı biznesin təbii coğrafi mühitinin tərkibinə aiddir?
A) Bütün cavablar doğrudur
B) İqlim
C) Torpaq
D) Bioloji
E) Material xammal
56. Təbii –coğrafi mühit deyəndə nə başa düşülür:
A) Biznesin həyata keçirildiyi təbii şərait və ekoloji vəziyyət
B) Biznesin uğurlu aparılacağı konkret ölkə
C) Biznesin fəaliyyəti üçün yararlı olan işgüzar fəaliyyət
D) Sosial mədəni mühit və ekoloji vəziyyət
E) Düzgün cavab yoxdur
57. İnasnın ən nəzərə çarpan əlaməti nədir?
A) Onun zahiri görünüşüdür
B) Onun daxili aləmidir
C) Xarakteridir
D) Mədəniyyətidir
E) Düzgün cavab yoxdur
58. Aşağıda qeyd edilmişlərin hansı maliyyə biznesinin alqı-satqı obyekti deyil?
A) istehlak malları
B) istiqrazlar
C) sehmlər və pul 
D) Valyuta
E) Düzgün cavab yoxdur
59. Əhalinin alıcılıq qabiliyyəti aşağıdakılardan hansından asılıdır?
A) Bütün cavablar doğrudur
B) Cari gəlir və qiymətlərdən
C) İqtisadi artım və tənəzzüldən
D) Vergilər sistemindən
E) İşsizlik səviyyəsindən
60. Ehtiyat bazarları hansı bazarları əhatə edir?
A) Bütün cavablar doğrudur
B) İnformasiya
C) İnfrastruktur xidmətləri
D) Əmək
E) Kapital
61. İstehlak bazarları hansı bazarları əhatə edir?
A) İstehsalat və qeyri-istehsalat təyinatlı mal və xidmətlər bazarını
B) Əmtəə və əmək bazarını
C) Reklma və Konsaltinq xidməti
D) İnfrastruktur xidməti
E) Daşınmaz əmlak bazarı
62. Sahibkarlıq fəaliyyəti nəyə əsaslanır?
A) Müxtəlif mülkiyyət formalarına
B) Ümumdövlət proqramlarına
C) Təşkilati-hüquqi formalara
D) Qarşılıqlı fəaliyyətə
E) Doğru cavab yoxdur
63. Nə bazar iqtisadiyyatının səmərəli təşkili üçün mühüm zəmin sayılır?
A) Sahibkarlıq fəaliyyətinin müxtəlif növlərinin fəaliyyət göstərməsi
B) Tam şərikli və səhmdar cəmiyyət kimi fəaliyət göstərməsi
C) Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi
D) Milli investisiya siyasətinin həyata keçirilməsi
E) Doğru cavab yoxdur
64. Şərikli müəssisə neçə şəxs tərəfindən müqavilə əsasında təsis edilir?
A) azı iki fiziki və hüquqi şəxs
B) Azı bir şərik və payçı
C) Bir şəxs
D) ən azı iki payçı
E) Doğru cavab yoxdur
65. Səhmdar cəmiyyətin yaradılmasında dövlət müəssisəsi iştirak etdikdə hansı qurumun rəyi olmalıdır?
A) Maliyyə Nazirliyi
B) Vergi Nazirliyi
C) İqtisadi İnkişaf Nazirliyi
D) Milli Bank
E) Milli Məclis
66. Səhmdar cəmiyyətində abunə yazılışı nə əsasında həyata keçirilir?
A) Təsis planı
B) Biznes planı
C) Məsləhət
D) Arzu və təkliflər
E) Doğru cavab yoxdur
67. Qeyd edilənlərdən hansı amil sahibkarlığın hüquqi formalarına aid deyil?
A) qeyrikommersiya təşklatları
B) fərdi sahibkarlıq
C) təsərüfat birliyi
D) təsərüfat cəmiyyəti
E) kooperativlər
68. Fərdi özəl müəssisənin üstünlüyü nədədir ?
A) qeydiyyatın sadəliyi
B) məhdudiyətsiz öhdəliklər
C) maliyyələşdirmə üçün daha az imkan
D) təkbaşına qərarların qəbulu
E) aşağı başlanğıc kapitalı
69. Qeyd edilənlərin hansı holdinq şirkətinin növüdür?
A) maliyyə
B) istehsal
C) distant
D) kommersiya
E) konsesiya
70. Qeyd edilən şirkətlərdən hansı özəl sektora aid deyil?
A) ictimai korporasiya
B) məhdud məsuliyyətli cəmiyyət
C) səhmdar cəmiyyətr
D) əlavə məsuliyyətli cəmiyyət
E) istehsal kooperativi, xoldinq
71. Kommersiya təşkilatlarına aid deyil?
A) assosiasiya və ittifaqlar
B) assosiasiyalar
C) ittifaqlar
D) təsərüfat cəmiyyətləri
E) təsərüfat birlikləri
72. İnformasiya mənşə etibarı ilə hansı dilə aiddir?
A) Latın
B) Fransız
C) İngilis
D) Ərəb
E) Azərbaycan
73. Sahibkarlıq fəaliyyəti qeyri-mümkündür:
A) İnformasiya təminatı olmadan
B) İnformasiya ölçüsü olmadan
C) İnformasiya obyekti olmadan
D) İnformasiya subyekti olmadan
E) İnformasiya texnikası olmadan
74. Sаhibkаrlıqdа istifаdə оlуnаn infоrmаsiyаnın növləri hаnsılаrdır?
A) işgüzаr, rеlеvаnt, cаri
B) аnаlitik, işgüzаr, sоsiаl
C) rеlеvаnt, siqnаl, dəqiq
D) cаri, işlənmiş, mövcуd
E) düzgün cаvаb yохdur
75. Iqtisadi təhlukəsizliyin təmin edilməsi nəyin əsas şərtidir?
A) Ölkənin iqtisadi müstəqilliyinin
B) Normal iqtisadi inkişaf səviyyəsinin
C) Sahibkarın iqtisadi azadlığının
D) Rəqiblərin təhlükəsizliyinin təmin edilməsi
E) Doğru cavab yoxdur
76. Bazara gözlənilməz güclü rəqabətin daxil olması nəticəsində nə baş verə bilər?
A) Biznesdə böyük uğursuzluqlar
B) Rəqabətli kəşfiyyat
C) Bazarın düzgün tədqiq olunmaması
D) Sənaye cəsusluğu
E) Doğru cavab yoxdur
77. Müasir rəqabət mübarizəsi şəraitində sahibkarlıq müəssisələrinin müvəffəqiyyətlə işlənməsi üçün nə müstəsna əhəmiyyət kəsb edir?
A) Rəqabətli kəşfiyyatın aparılması
B) Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
C) Iqtisadı mühitin yaxşılaşdırılması
D) Səriştəli rəhbərlərin iqtisadi siyasəti
E) Doğru cavab yoxdur
78. Birbaşa və ya dolayı yolla bilərəkdən və ya bilməyərəkdən yayılması müəssisə və ya özəl şəxsi zərərə gətirə bilən məlumatı təyin еdin?
A) kommеrsiya sirri
B) bençmarkinq
C) françayzinq
D) sənaye şpionajı
E) biznesin təhlükəsizliyi
79. Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətinə aiddir
A) Sahibkarlara gəlir gətirən iqtisadi istehsal və digər fəaliyyətin təşkilidir
B) Sahibkarın kapitalı əsasında yerinə yetirilən hər hansı fəaliyyətdir
C) Alqı-satqı prosesini həyata keçirilməsi zamanı və mənfəətin əldə olunması
D) İstehsal emal alqı-satqıilə əlaqədar olan fəaliyyətdir
E) Sahibkara gəlir gətirməyən iqtisadi siyasi və digər fəaliyyətin təşkilidir.
80. Nəğdsiz hesablaşma nədir?
A) Pul dövriyyəsinin bir formasıdır
B) dəyərin dəyişməsidir
C) tədiyyədir
D) pul dövriyyəsinin az tətbiq olunan formasıdır
E) heç biri döğru deyil
81. Sahibkara yaxşı məlum olan amillər necə adlanır?
A) Ehtimal olunan amillər
B) Sorğu metodlar
C) Təsadüfi amillər
D) Az ehtimal olunan amillər
E) Ekspert metodlar
82. Sahibkarlıq riski nədir?
A) Sahibkarlıq fəaliyyəti nəticəsində mümkün ziyana məruz qalmaq və ya itkilərin olmasıdır
B) Mənfəətin itirlməsi və gəlirlərin bir hissəsinin geri alınması ehtimalıdır
C) Mal alınması zamanı yükün korlanması və itirilməsidir
D) Mümkün xeyirli xüsusiyyətlərə malik mənfəətə nail olmaq üçün atılan addımdır
E) Mənfəətin itirilməsi ehtimalıdır
83. Kommersiya xidmətlərinin quruluşu nədən asılıdır?
A) İdarəetmə strukturundan
B) Sahibkarın işə yanaşma tərzindən
C) Auditorlardan,iqtisadçılardan
D) Müəssisənin əsas fəaliyyət növündən
E) İqtisadi,siyasi,mədəni amillərdən
84. Ehtiyac nədir?
A) İnsanın nədənsə məhrum olunma hissiyatıdır
B) İstehsalçının alıcılıq qabiliyyətidir
C) İstehlakçının davranış modelidir
D) İstehlakçının hüquqlarının müdafiəsidir
E) Bütün cavablar doğrudur
85. Məhsul nədir?
A) İstehlak və ehtiyacı ödəyə bilən və bazarın diqqətinə yönələn bir şeydir
B) Şirkətin daha konkret olaraq müəyyən etdiyi hədəfdir
C) Satış üçün təklif olunan fəaliyyətdir
D) Bütün cavablar doğrudur
E) Bütün cavablar səhvdir
86. Xidmət nədir?
A) Satış üçün təklif olunan məhsullardır
B) İstehlak və ehtiyacı ödəyə bilən və bazarın diqqətinə yönələn bir şeydir
C) Şirkətin daha konkret müəyyən etdiyi hədəfdir
D) Bütün cavablar səhvdir
E) Bütün cavablar doğrudur
87. Qablaşdırma nədir?
A) Malları ətraf mühitin zərərli təsirindən qoruyur
B) Reklam funksiyasını həyata keçirir
C) Anbar və nəqliyyat əməliyyatlarını asanlaşdırır
D) Qablaşma malın üzərinə çəkilən polietilen örtükdür
E) Özünəxidmətə zəruri şərait yaradır
88. Bazar iqtisadiyyatı şəraitində reklamın məqsədi
A) Yeni və rəqabət görə biləcək mallar istehsal etməkdir
B) Bazar subyektərinə geniş yer vermək
C) Kiçik həcmli informasiyaların yayınlanmasının təşkili
D) İstehsalın səmərəliliyinin təşkili
E) Keyfiyyətsiz mal istehsal edən istehsalçıları aradan qaldırmaq
89. Menecment nədir?
A) Tabeçilikdə olanların və inistitusional strukturun deyil işin idarə edilməsidir
B) İdarəetmə taktikasıdır
C) İdarəetmə ilə eynidir
D) İdarəetmə vasitəsidir
E) İdarəetmə metodikasıdır
90. Dövlət tənzimlənməsi nədir?
A) Dövətin bazar prosesinə iqtisadi təsir edir
B) Dövlət zəmanətidir
C) Fərman və sərəncamlardır
D) İnzibati təsirdir
E) əmr və təlimatlardır
91. Koorperasiya nədir?
A) Müstəqil firmaların könüllü birləşməsidir
B) Firmaların inteqrasiyasıdır
C) Firmaların fəaliyyətinin məhdudlaşdırılmasıdır
D) Firmaların birləşdirilməsidir
E) Firmaların qarşılıqlı əlaqəsidir
92. Səhmdar cəmiyyətlərin idarəetmə səviyyələri
A) Səhmdarların ümumi yığıncağı,direktorlar şurası icraedici orqan
B) Rəhbər və tabeçilikdə olanlar
C) Şöbə müdiri və onun müavini
D) Müdir,müdir müavini
E) Kommersiya müdiri,marketing üzrə müdir
93. Konsating nədir?
A) İqtisadi məsələlər üzrə alıcı və satıcılara məsləhət verilməsidir.
B) Kommersiya firmasıdır
C) İri firmalardır
D) NİOKR (ETTKİ) bürosudur
E) Beynəlxalq təşkilatlar
94. Konsorsium nədir?
A) Firmalar arası koorperasiya çərçivəsində iri firmaların müvəqqəti birləşməsidir
B) Firmaların birləşməsidir
C) Firmanın koordinasiyasıdır
D) Firmanın kooperasiyasıdır
E) Firmanın fəaliyyətinin tənzimlənməsidir
95. Təşkilat (firma) dedikdə nə başa düşülür?
A) Bazarın subyekti
B) Şöbə
C) İdarəetmə
D) İdarəetmə strukturu
E) Kollektiv
96. Şifahi kominukasiya nədir?
A) Bilavasitə şəxsi ünsiyyətdir
B) İnformasiyadır
C) Ekspert qiymətləndirilməsidir
D) Delfi metoddur
E) Proqnozlaşdırma metodudur
97. Xarici ticarət dövriyyəsi nədir?
A) Ixracvəidxalıncəmideməkdir
B) Təkraridxalınvəixracıncəmideməkdir
C) Humanitargöndərmələrçıxılmaqlaixracatıncəmideməkdir
D) Bütünixracatınhəcmideməkdir
E) Vergitutulmadandaxilolanəmtəələrdənbaşqabütünidxaldeməkdir
98. Lisenziya nədir?
A) İdxal və ixraca müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi
B) İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırlması tədbirləri
C) İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi
D) İdxalına icazə verilmış malların fiziki həcminin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırıması tədbirləri
E) İxraca icra orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi
99. Son onillikdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri hansı prinsip üzərində inkişaf edir?
A) İqtisadi məqsədəuyğunluq
B) Mövcud problemlərə eyni yanaşma
C) Legitimlik
D) Siyasiləşmə
E) Sülh naminə əməkdaşlıq
100. Beynəlxalq hərrac hansı quruma daxildir?
A) Ticarət
B) Tikinti
C) Sənaye
D) Maliyyə
E) Sığorta
101. Beynəlxalq hərraclar neçə mərhələdə keçirilir?
A) 4
B) 3
C) 7
D) 5
E) 6
102. Konkret vətəndaşlara turizm xidmətəri göstərən subyekt necə adlanır
A) Turizm agentiliyi
B) Tikinti müəssisəsi
C) Lizinq müəssisəsi
D) Marketinq müəssisəsi
E) Müalicə müəssisəsi
103. Bazar subyektərinə nələr aiddirlər?
A) Dövlət, müəssisələr,ev təsərüfatı
B) əqli mülkiyyət
C) torpaq, təbii resurslar,əmək
D) xidmətlər,yaşayış binaları,lisenziyalar
E) mallar və xidmətlər,əmlak dəyərləri
104. Alıcı bazarı kimi bazarda hansı vəziyyət başa düşülür?
A) Təklifin tələbdən çox olması
B) Düzgün cavab yoxdur
C) İstehlakçıların çoxlu sayda olması
D) Tələbin təklifdən çox olması
E) İstehlakçıların az olması
105. Bazarlar rəqabətin tipinə görə necə bölünür?
A) Xalis,inhisar,oliqarxiya və inhisarçi rəqabət
B) Bütün cavablar düzdür
C) Funkisional və növ rəqabəti bazarı
D) Yalnız inhisar və funksional-rəqabət bazarı
E) Funksional-rəqabət bazarı
106. Ticarət və kütəvi iaşədə əmək haqqının formaları hansıdır?
A) Vaxtamuzd və işəmuzd o cümlədən mükafatlı
B) Mənfəətin həcmi və rentabelliyə görə
C) Dövriyyənin həcminə və quruluşuna görə
D) əmək məhsuldarlığı və effektivliyinə görə
E) tarif bölgüsü
107. Əvvəlcədən yeri,vaxtı müəyyən edilmiş,xüsusi və kütləvi xassəyə malik olan malların satış üsulu necə adlanır?
A) Hərrac
B) Anbar
C) Birja
D) Təqdimat
E) Nümunələr zalı
108. Malların reallaşdırma prosesi və alıcılara xidmətin sürətləşdirilməsi amili
A) Yüksək məhsuldarlıqlı elektron kassa aparatları
B) Maqnit və mikroprossesor kartları
C) Nəzarət-kassa əməliyyatlarının avtomatlaşdırılması
D) Satışın müasir üsullarından istifadə edilməsi
E) Diskont kartlar
109. İdarəetmə effektivliyinin iqtisadi göstəriciləri hansılardır?
A) Mənfəət/idaretmə xərcləri
B) Mənfəət/mal ehtiyyatları
C) Mənfəət/işçilərin sayı
D) Mənfəət/xərclər
E) Mənfəət/mal dövriyyəsi
110. Aşağıdakılardan hansı iqtisadi nəzəriyəyə sahibkar anlayışını gətirən iqtisadçı alimlərdən deyil.
A) D.Rikardo
B) Jan Batist Sey
C) A.Smit
D) P.Kantilyon
E) K.Marks
111. İ.Şumpeter sahibkarı necə adlandırıdı?
A) Yenilikçi
B) Uzaqgörən
C) Təcrübəli
D) Məqsədli
E) Səriştəsiz
112. Sahibkarın başlıca məqsədi nə aid edilir?
A) Mənfəət əldə etmək
B) Xidmət göstərmək
C) Nağd pul toplamaq
D) əmtəə istehsal etmək
E) Təcrübə əldə etmək
113. İstehsal amillərinə aid deyil.
A) gəlir
B) torpaq
C) kapital
D) təbii resurslar
E) əmək
114. Aşağıdakılardan hansı sahibkarlığın növlərinə aid edilir?
A) xüsusi sahibkarlıq
B) ümumi sahibkarlıq
C) özəl sahibkarlıq
D) mülki sahibkarlıq
115. Təkrar istehsalın növlərinə aid deyil?
A) Mənfəət
B) İstehsal
C) Mübadilə
D) İstehlak
E) Bölgü
116. Sual: Firma sözünün mənası nədir?
A) imza
B) naxış
C) tərəzi
D) açar
E) möhür
117. Müəssisəninfirmaadı alması üçün əsasşərtnədir?
A) onun vasitəçilərlə deyil, özünü birbaşa bazara çıxması əsas şərtdir
B) vasitəçilərin köməyilə xarici bazara çıxmaq əsas şərtdir
C) firmanın özünün firma magazaları vasitəsilə xarici bazara çıxısıdır
D) saqulisistemolaraqfirmanın son istehlakçıya təsirivacibsərtdir
E) üfüqisistemkimiaralıqsatıcılarınolmasıvacibsərtdir
118. Firmanın müəssisədən fərqi nədir?
A) firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti göstərən iqtisadi subyektdir
B) firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni birləşdirməklə yalnız istehsalla məşgul olan subyektlərdir
C) firma özündə eyni və müxtəlif profilli bir neçə müəssisəni­birləşdirməklə­fəaliyyətlə məşğul olan iqtisadi subyektdir
D) heç biri dogru deyil
119. Fərdi müəssisə nədir?
A) Sahibkarlıq fəaliyyətinin ən klassik formalarından biri olub, şəxsinmülkiyyətiəsasındatəşkilolunur
B) Birşəxsinmülkiyyətialtındatəşkilolunanailəmüəssisəsi
C) Sahibkarlıqfəaliyyətininsadəformasıolaraqbirneçəşəxsinfərdimülkiyyətiəsasındayaradılır
D) Heç biri doğru deyil
E) Fərdimüəssisələrəsasinfrastrukturelementiolubailəşirkətləridir
120. Sərikli (tam ortaqlı) müəssisə hansıdır?
A) ən azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsisedilir ki, onlar müəssisənin öhdəlikləri üçün bütün əmlakları ilə məsuliyyət dasıyırlar
B) Vətəndasınmülkiyyətindəvəyaonunailəüzvlərininümumi pay mülkiyyətində olan müəssisədir
C) Müəssisəazıbirsəriklivəbirpayçıtərəfindəntəsisedilir
D) Dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır bir və ya bir neçə fiziki və hüquqi səxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir
E) Heç biri doğru deyil
121. Fəaliyyət miqyasına görə müəssisələr necə bölünür ?
A) kiçik, orta, iri
B) konqlomeratlar, trestlər, sindiqatlar
C) səxsi, fərdi, kollektiv
D) orta, iri, çoxiri
E) heç biri dogru deyil
122. İxtisaslasmadərəcəsinəgörəmüəssisələrnecəbölünür (Ç_ki: 1)
A) ixtisaslasmıs, universal, qarısıq
B) ixtisaslasmıs, özünəxidmət, qarısıq
C) xüsusi, dövlət, bələdiyyə
D) xüsusi, özəl, dövlət
E) heçbiridogrudeyil
123. İtalyan sözü olan “firma” sözü azərbaycan dilində hansı sözlərə uyğun gəlir?
A) “imza”, “nişan”
B) “imza”, “birlik”
C) “xidmət”. “nişan”
D) nişan”, “kollektiv”
E) “imza”, “fond”
124. Firmanın təşkilati-hüquqiformalarınanələrdaxildir?
A) məhdud məsuliyyətli müəsisiə və səhmdar cəmiyyət
B) istehsal, kommersiya və xidmət müəssisələri
C) kiçik, orta və irimüəssislər
D) özəl müəssisə və müştərək müəssisə
E) dövlət müəssisəsi və xaric imüəssisə
125. Əsas fondların amortizasiyası nədir?
A) aşınma ilə əlaqədar, əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyər
B) əsasfondların dəyərindəkiartım
C) mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
D) əsas fondların yeniləri ilə əvəz olunma faizi
E) əsas fondların satışından gələn gəlirdir
126. Bazar elementi nədir?
A) qiymətvətəklif
B) subyektvərəqabət
C) tələbvəfirmalar
D) rəqabətvədövlət
E) subyektvəqiymət
127. Ingilis dilindən hərfi tərcümədə “pablikrileyşn” termininə deməkdir?
A) İctimaiyyətləəlaqə
B) Işgüzarreputasiya
C) əməkdaşlıq
D) kommersiyamünasibətləri
E) doğrucavabyoxdur
128. Biznes strategiyasının seçilməsi nə tələb edir?(Çəki: 1)
A) Maliyyə vəsaiti
B) Əlverişli şərait
C) Dəqiq, qərəzsiz informasiya
D) Təhlükəsiz əmək şəraiti
E) Doğru cavab yoxdur
129. Bazar mexanizmi elementinə aid deyil.
A) Istehlak
B) təklif
C) tələb
D) rəqabət
E) qiymət
130. Mübadilə nədir?
A) Əmtəənin əmtəə ilə, yaxud da əmtəənin pul ilə dəyişdirilməsinə deyilir.
B) Xam materialın öz dəyərini yeni yaradılmış mala, məhsula verilməsinə deyilir.
C) Əmtəənin dəyərinin pul ilə ifadəsinə deyilir.
D) Əmtəənin yararlı xassələrinin hesabına istifadə edilməsinə deyilir.
E) İnsanların məqsədəuyğun fəaliyyətidir.
131. Kapital nədir?
A) Pul, əmtəə, istehsal vasitələri
B) Əmtəə və mənfəətdir
C) Pul və islehsaldır
D) Xərclər, qiymət əlavələri və əmtəə
E) Banklar, əmtəə və istehsal vasitələri
132. Mülkiyyətin hansı formaları var?
A) Hamısı
B) Dövlət və bələdiyyə mülkiyyəti
C) Xüsusi mülkiyyət
D) Fərdi mülkiyyət
E) Şəxsi mülkiyyət
133. Əmtəə nədir?
A) İnsanların təlabatını ödəyən, mübadilə olunan mala, məhsula deyilir
B) Malın, məhsulun satış nişanəsidir
C) İstehsal vaitəsidir
D) Qiymətli kağızlardır
E) Sahibkarlıq fəaliyyətidir
134. Qiymət nəyə deyilir?
A) Əmtəə dəyərinin pul ilə ifadəsinə qiymət deyilir
B) Məhsulun hazırlanması prosesidir
C) İstehsalda yaranan xərclərin cəmidir
D) Əmtəənin başqa bir əmtəə ilə dəyişdirilməsidir
E) Tədavül xərcləridir.
135. Marketinq nədir?
A) Ehtiyacların və tələbatın mübadilə yolu ilə ödənilməsinə yönəlmiş insan fəaliyyətinin bir növüdür
B) Əmtəələrin mübadiləsidir, sahibkarlıq fəaliyyətidir
C) Müəssisə miqyasında istehlakçıların suverenliyidir
D) İstehlakçıların tələbatının ödənilməsidir
E) Bazar münasibətləri şəraitində işləyən firma və müəssisələrin mənfəət əldə etmələridir
136. İstehsal xərcləri nədir?
A) Məhsulun hazırlanmasına çəkilən canlı və maddiləşmiş əmək məsrəfinin məcmusudur
B) İllik mənfəətin məbləğidir
C) Məhsul vahidinin maya dəyəridir
D) Müəssisənin əmtəə istehsalına çəkdiyi pul məsrəfidir
E) Əmtəə dəyərinə bərabərdir
137. Bazar nədir?
A) Daim təkrarlanan alqı – satqı proseslərinin getdiyi yerdir.
B) Tələb və təklifin tarazladığı yerdir
C) Əmtəə istehsalı olan yerdir
D) Pul tədavülünün getdiyi yerdir
E) Satıcılar olan yerdir
138. Idxal nədir?
A) Mövcud ölkəyə əmtəələrin gətirilməsi
B) Mövcud ölkədən əmtəələrin başqa ölkələrə göndərilməsi
C) Əmtəələrin hərəkətidir
D) Əmtəələrin mübadiləsidir
E) Əmtəələrin tədavülüdür
139. Ixrac nədir?
A) Mövcud ölkədən əmtəələrin başqa ölkələrə göndərilməsi
B) Mövcud ölkəyə əmtəələrin gətirilməsi
C) Əmtəələrin hərəkətidir
D) Əmtəələrin mübadiləsidir
E) Əmtəələrin tədavülüdür
140. “Inflyasiya” nəyə deyilir?
A) Pulun alıcılıq qabiliyyətinin azalması və qiymətlərin artırılması
B) Qiymətlərin aşağı düşməsi
C) Bankların sayının azalması
D) Gömrük rüsumlarının artması
E) Özəlləşdirilmə tempinin aşağı düşməsi
141. Kredit nəyə deyilir?
A) Qaytarılmaq və faiz ödəmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir
B) Faiz ödəməmiş şərtlə verilən borca deyilir
C) Qaytarılmaq şərtilə verilən borca deyilir
D) Pul formasında verilən borca deyilir
E) Pul və əmtəə formasında verilən borca deyilir
142. Azad qiymətlərin növləri?
A) Azad bazarda tələb və təklifin təsiridir.
B) İnhisar qiymətləridir.
C) Auksion qiymətləridir.
D) Xarici ölkələrin bazarlarında realizə edilir.
E) Malın bazar qiymətinin spesifik formasıdır.
143. Fəaliyət müddətinə görə qiymətlərin hansı növləri var?
A) Hamısı
B) Sabit qiymətlər
C) Cari qiymətlər
D) Mövsümi qiymətlər
E) Mərhələli qiymətlər
144. Gəlir nədir?
A) İqtisadi kateqoriya kimi müəyyən dövrdə qazanıların puludur.
B) Büdcədir.
C) Vergidir.
D) Kreditdir.
E) İqtisadi kateqoriyadır.
145. Ticarət hansı formada aparılır?
A) Daxili ticarət və xarici ticarət
B) Topdansatış və pərakəndəsatış
C) Aktiv ticarət və passiv ticarət
D) Daxili və aktiv ticarət
E) Topdansatış və passiv ticarət
146. Xarici ticarətin hansı formaları var?
A) İdxal və ixrac
B) Xüsusi və dövlət
C) İdxal və xüsusi
D) İdxal, ixrac və dövlət
E) Topdansatış və pərakəndəsatış ticarəti
147. Normal mənfəət nədir?
A) Müəssisənin əldə etdiyi gəlirdir
B) Məhsul satışından əldə edilən gəlirdir
C) Satışdan əldə edilən puldan istehsal xərclərini çıxdıqda qalan gəlirdir
D) Topdansatış ticarətindən əldə edilən gəlirdir
E) Pərakəndə ticarətdən əldə edilən gəlirdir
148. Iqtisadi (xalis) mənfəət nədir?
A) Satışdan əldə edilən puldan bütün istehsal xərclərini çıxmaqla müəyyən edilir
B) Müəssisənin əldə etdiyi hesabatdır
C) Topdansatış ticarətdən əldə edilən mənfəətdir
D) Pərakəndə ticarətdən əldə edilən mənfəətdir
E) Idxal və ixracdan əldə edilən mənfəətdir
149. İnhisar nədir?
A) İstehsalın , kapitalın təmərkuzləşməsi və mərkəzləşməsidir
B) İstehlakın səmərəli təşkilidir
C) İstehlakın səmərəli təşkilidir
D) Təsərrüfat subyeklərinin fəaliyyətidir
E) İstehsalın məhdud inhisarı
150. Maliyyəninmahiyyətinədir?
A) Pul vəsaitlərinin bölgüsü
B) Məhsulların bölgüsü
C) Əmtəələrin bölgüsü
D) İqtisadi münasibətlərin bölgüsü
E) Maliyyəmünasibətlərininbölgüsü
Yüklə 62,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin