1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə Cavabdeh



Yüklə 9,46 Kb.
tarix03.12.2018
ölçüsü9,46 Kb.
#85466

1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə

Cavabdeh: ____________________

Ünvan: Bakı şəhəri, __________________________

VƏSATƏT


(məhkəmə mühasibat ekspertizasının təyin edilməsi haqqında)

Hazıki mülki işin məhkəmədə baxılmasına əsas İddiaçı ______________nın cavabdeh – Cavabdeh ______________na məxsus əmlakın açıq hərracda satılmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etməsi olmuşdur.

Həmin iddia ərizəsinin əsasını isə vergi orqanları tərəfindən cavabdehin 01 sentyabr 2002-ci il tarixindən 01 oktyabr 2004-cü il tarixinə kimi fəaliyyətini əhatə edən dövrün növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində tərtib edilmiş 23 noyabr 2004-cü il tarixli akt təşkil etmişdir.

Həmin akta əsasən cavabdeh tərəfindən 2003-cü ildə ƏDV ________________ manat azaldılaraq dövlətə həmin məbləğdə ƏDV az ödənilmişdir.

Bundan əlavə bildirmək istəyirəm ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələblərinin əsasını təşkil etmiş yoxlama aktını və onda göstərilən nəticələri birmənalı qəbul etmək mümkün deyil.

Belə ki, aktda ƏDV üzrə _______________________ manat borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, heç bir sənədə, qaiməyə, hesab fakturaya, vergi bəyannaməsinə, onların nömrələrinə, tarixlərinə və s. məcburi məlumatlara istinad edilmədən göstərilmişdir.

İddiaçı tərəfindən bunların heç biri edilmədən ümumi məbləğin göstərilməsi ilə kifayətlənilmişdir. Bu isə heç cür cavabdehin həqiqətəndə həmin hərəkətlərin etməsinin sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğundan bu məsələyə rəy verməkdən ötrü neytral və müstəqil mütəxəssis cəlb edilməlidir.

Məhkəmənin diqqətinə həmçinin çatdırmaq istəyirəm ki, iddia tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə göstərilmiş ƏDV-i üzrə borcun məbləğləri müxtəlifdir və onların fərqlənmələrinin səbəbləri nə iddia ərizəsində, nədəki məhkəməyə təqdim edilmiş digər sənədlərdə izah edilməmişdir.

Beləliklə görünür ki, nə bildirişdə, nə iddia ərizəsində göstərilən məbləğlərin heç biri bir-birinə, nədəki 23 noyabr 2004-cü il tarixli səyyar vergi yoxlaması aktında göstərilən rəqəmlər uyğun gəlmir.

Belə olduğu təqdirdə iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi zərurəti yaranır.

Azərbaycan Respublikası MPM-nin 97-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin vəsaiti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 47, 97 və 184-cü maddələrini nəzərə alaraq

Xahiş edirəm:

İş üzrə məhkəmə mühasibat ekspertizası təyin edəsiniz.

Ekspert qarşısında aşağıdakı suallar qoyulsun.

________________________________ ildən ________________ ilə kimi olan dövrdə Cavabdeh ______________ tərəfindən ƏDV-nin azaldılması və ya yayındırılması hallarına yol verilmişdirmi?

Verilmişdirsə ödənişdən yayındırılan və ya azaldılan ƏDV-nin həcmi hansı məbləğdə olmuşdur?

Cavabdeh ______________nın



etibarnamə üzrə səlahiyyətli nümayəndə

_______________________
Yüklə 9,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin