1. Soyuq müharibə



Yüklə 13,85 Kb.
tarix23.10.2017
ölçüsü13,85 Kb.
#11666

Terrorizm (lat. terror-qorxu, vahimə) — haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır[1].

Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, biz terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirə bilmərik. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür.

Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir.

Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir.

Qədim dövrlərdən başlamış ictimai formasiyaların dəyişməsi ilə paralel olaraq baş verən münaqişələr nəticəsində dövrün qüdrətli dövlətlərinin adı tarixdən silinmiş və yerinə yeni dövlətlər yaranmışdı. Bu proses XX əsrdə özünün kulminasiya nöqtəsinə çatdı. Dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük dövlətlər arasında mübarizə qızışmış və bəşəriyyətin həyatında ən ağır hadisələrə yol açmışdı: I və II Dünya Müharibələri başlamışdı; on milyonlarla insan həyatını itirmişdi, yüz milyonlarla dollar maddi ziyan dəymiş, dünya iqtisadiyyatı iflic vəziyyətə düşmüşdü.

Dünya bu vəziyyətdən çıxmaq üçün sülhə qədəm qoymuşdu. Fəqət gözlənilənin tam əksi baş vermişdi. Dünya iki qlobal problem qarşısında qalmışdı:



  • 1.Soyuq müharibə

  • 2.Terrorizm

Soyuq müharibə bəşəriyyəti daim nüvə təhlükəsi altında saxlayırdı. Digər qlobal problem sayılan Terrorizm isə mülki əhalinin ziyan çəkdiyi əsas faktor idi. Terror təşkilatları tərəfindən törədilən saysız terror aktları günahsız əhalinin ölümünə səbəb olur, insanlara maddi həsar vurur və digər ağır nəticələrə səbəb olur.

Onun təmsilçiləri rus xalqları, İrlandiya, Makedoniya, Serbiyada radikal millətçilər, Fransada anarxistlər, həmçinin İtaliya, İspaniya və ABŞ kimi ölkələrdə analoji hərəkatlar olmuşdur.

"Terrorizm`ə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür.

Əvvəllər Müttəfiq Respublikaların (Söhbət SSRİ-yə daxil olan Müttəfiq respublikalardan gedir) Cinayət Məcəllələrində "Dövləti cinayətlər" fəslinə daxil olan "Terror aktı" və "Təxribat" adlı tərkiblər vardı. Bu cinayətlərin yalnız sovet dövlətini sarsıtmaq və ya zəiflətmək məqsədilə edilməsinə görə məsuliyyət nəzərdə tutulurdu.

Sovet ədəbiyyatlarında Terror aktına bu cür anlayış verilirdi: Terror aktı – dövlət və ya ictimai xadimlərin həyatına qəsd, yaxud onlara digər formada zorakılıq şəklində siyasi məqsədlərlə edilir. Qeyd edilən bu anlayışla razılaşmaq olmaz. Müasir baxımdan da bu anlayışı düzgün təsnif hesab etmək yanlış olardı. Belə ki, real həyatda terrorizmdən daha çox mülki, sivil şəxslər ziyan çəkir.

Terrorizmlə mübarizənin əsas prinsiplərinin aşağıda sadalanan prinsiplər təşkil edir:



  • a)Qanunçuluq;

  • b)Terror fəaliyyətilə məşğul olmanın mütləq cəzalandırılması;

  • c)Terrorçulara minimal güzəştlər;

  • d)Anti-terror əməliyyatlarının taktiki üsulları və həyata keçirilməsi, heyət barədə minimal məlumatların verilməsi və s.

Subyekt aşağıda sadalanan hallarda cinayət məsuliyyətindən azad edilə bilər:

  • a)Ancaq terror aktının hazırlanmasında iştirak etmişdirsə;

  • b)Terror aktı icra edilənədək hakimiyyət orqanlarını bu barədə xəbərdar etmişdirsə;

  • c)Terror aktının aradan qaldırılmasında kömək etmiş istənilən hə- rəkət etmişdirsə;

  • d)Əgər şəxsin əməlində başqa cinayət tərkibi yoxdursa.

Yüklə 13,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin