1. Statistika elminin predmeti və metodu



Yüklə 79,05 Kb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü79,05 Kb.
#106054
1   2   3   4
CƏDVƏL 1.

İndekslərin əsas üsulla hesablanması



Fərdi qiymət indeksi

Fərdi maya dəyəri indeksi

Fərdi fiziki həcm indeksi

=

=

= və s.

=

=

= və s.

=

=

= və s.

Silsiləvi üsulla fərdi indeksləri hesablamaq üçün bütün dövrlərin məlumatını özündən əvvəl gələn dövrlün məlumatına bölmək lazımdır.



CƏDVƏL 2.

Fərdi indekslərin silsiləvi üsulla hesablanması




Fərdi qiymət indeksi

Fərdi maya dəyəri indeksi

Fərdi fiziki həcm indeksi

=

=

= və s.

=

=

= və s.

=

=

= və s.

20.Ümumi indekslər.


İndekslərin nisbi kəmiyyətlərdən fərqi ümumu indekslərin hesablanmasında daha aydın görünür. Bilavasitə cəmlənə bilməyən elementlərdən ubarət olan mürəkkəb sosial-iqtisadi hadisələrin dəyişməsini öyrənmək üçün ümumu indekslərdən istifadə olunur. Məsələn, sənayenin, kənd təsərrüfatının və s. sahələrin ümumi məhsulu mürəkkəb hadisə olub müxtəlif istehlak dəyərinə malik olan məhsullardan ibarət olduqlarına görə bilavasitə natura şəklində cəmlənilə bilməzlər. Sənayedə istehsal edilən sap, parça, paltar və s., kənd təsərrüfatında istehsal edilən buğda, arpa, qarğıdalı, düyü, yun, yumurta, süd və s. natura şəklində cəmlənilə bilməz, ona görə ki, onlar müxtəlif istehlak dəyərinə malikdirlər və müxtəlif ölçü vahidlərində ifadə olunurlar.

Müxtəlif istehlak dəyərinə malik olan müxtəlif ölçü vahidlərində ifadə olunan məhsulları dəyər, pul ifadəsində verdikdə onları müqayisə etmək olar. Məhsul vahidinin qiymətini satılmış məhsulun miqdarına vurduqda müvafiq dövrün qiymətlərində əmtəə dövriyyəsini alarıq. Hesabat dövründə olan əmtəə dövriyyəsini əsas dövrdəki əmtəə dövriyyəsinə böldükdə əmtəə dövriyyəsinin necə dəyişildiyini xarakterizə etmiş olarıq. Bu göstəriciyə əmtəə dövriyyəsi indeksi deyilir. Ümumi indeksləri böyük “J” hərfilə işarə etsək, onda əmtəə dövriyyəsi indeksinin düsturunu aşağıdakı kimi yazmaq olar:



=

Burada, ∑ - cəm işarəsidir, - əsas dövrdə, - isə hesabat dövründə əmtəə dövriyyəsidir.

Azərbaycan Respublikasında bazar iqtisadiyyatı şəraitində, satılan və istehsal edilən əmtəələrin, qiymətlərinin çox sürətlə artması dövründə ümumi qiymətlər indeksinin hesablanmasının mühüm əhəmiyyəti vardır. Ümumi qiymətlər indeksini hesablamaq üçün əmtəə kütləsinin həcminin indeksə təsirini aradan qaldırmaq lazımdır. Ümumi qiymət indeksinin 2 düsturundan istifadə olunur :

1) Alman iqtisadçısı Etyen Laspeyresin 1864 -cü ildə təklif etdiyi formula:



=

Burada , - əsas dövrün çəkiləri ilə cari dövrdə şərti əmtəə dövriyyəsidir, - əsas dövrdə əmtəə dövriyyəsidir.

Dünya ölkələrində bu indeks düsturundan istifadə edilməsinə üstünlük verilir, ona görə ki, təcrübi əhəmiyyətə malikdir. Belə ki, hesabat dövrünün qiymət indeksinin hesablanmasında hər dəfə hesabat dövründə satılmış məhsulların miqdan haqqında məlumat olmalıdır. Bu indeksin hesablanmasının təcrübədə faydalı olmasına baxmayaraq, öyrənilən hadisələrin iqtisadi mahiyyəti indekslərin hesablanmasında da əsas olmalıdır. Bu düsturun surəti şərti əmtəə dövriyyəsi olub real iqtisadi mahiyyətə malik deyildir. Ona görə də cari dövrün çəkilərilə hesablanılan ümumi qiymətlər indeksindən istifadə olunması məqsədəuyğun hesab olunur

2) 1874-cü ildə digər alman iqtisadçısı German Paaşenin təklif etdiyi ümumi qiymət indeksi



=

düsturu ilə hesablanır.

Burada, - hesabat dövründə əmtəə dövriyyəsidir, - əsas dövrün qiymətləri ilə hesabat dövründəki əmtəə dövriyyəsidir. Düsturdan göründüyü kimi, ümumi qiymətlər indeksində hesabat dövründə satılmış (istehsal edilmiş) əmtəənin həcmi çəki kimi götürülür.

Ümumi qiymətlər indeksini hesabat dövründə satılmış əmtəənin həcmi əsasında hesabladıqda qiymətlərin dəyişilməsi nəticəsində əhalinin əldə etdiyi qənaətin və ya artıq xərcin mütləq məbləğini müəyyən etmək mümkündür. Əhalinin qənaətinin və ya xərcinin mütləq məbləğini müəyyən etmək üçün yuxarıdakı düsturun surətindən məxrəcini çıxmaq ( − ) lazımdır. Cavab mənfi olarsa qənaəti, müsbət olarsa artıq xərci göstərir.

İqtisadi mahiyyəti olan bu indeksdən Azərbaycan Respublikasının iqtisadi statistik tədqiqatında daha çox istifadə edilir.

Keyfiyyət indeksləri sistemində məhsulun maya dəyəri indeksi mühüm yer tutur. Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə aparılan daxili uçot hər bir məhsul vahidinin maya dəyərini müəyyən etməyə, maya dəyərinin səviyyəsini və dinamikasını statistik öyrənməyə imakn verir.. Məhsulun maya dəyərinin ümumi indeksinin düsturu aşağıdakı kimi yazılır:



=

Burada və – əsas və hesabat dövründə məhsul vahidinin maya dəyəridir, – hesabat dövründə istehsal edilmiş məhsulun miqdarıdır. Bu indeks nəinki məhsulun maya dəyərinin neçə faiz azaldığını və ya artdığını, eyni zamanda istehsala çəkilən xərclərin dəyişilməsi nəticəsində müəssisələrin istehsal xərclərinə qənaətinin və ya israfının mütlə q məbləğini müəyyən etməyə imkan verir. Müəssisələrin istehsal xərclərinin dəyişilməsi nəticəsində əldə etdikləri qənaətin və ya israfın mütləq məbləğini müəyyən etmək üçün ümumi maya dəyəri indeksi düsturunun surətindən məxrəcini çıxmaq lazımdır ( - ), fərq mənfi ədəd alınarsa qənaəti, müsbət ədəd alınarsa israfın məbləğini göstərir.

Ümumi fiziki həcm indeksi aşağıdakı düsturla hesablanır:

=

Burada hesabat dövründə, əsas dövrdə məhsulun həcmini, əsas dövrdə məhsul vahidinin qiymətini göstərir.



Ümumi indekslərin hesablanmasını misallar üzərində nəzərdən keçirək.



Məsələ 1. 2017-ci ildə məhsulların bazarda satışı haqqında məlumat verilmişdir. Ümumi qiymət indeksini, qiymətlərin dəyişməsi nəticəsində əhalinin əldə etdiyi qənaəti (israfı) hesabla.


Yüklə 79,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin