1. Statistika elminin predmeti və metodu


Rabitə xidmətlərinin həcminə dair şərti misal



Yüklə 81,99 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü81,99 Kb.
#103153
1   2   3   4   5
Rabitə xidmətlərinin həcminə dair şərti misal, min manatla







yanvar

fevral

mart

1.

Göstərilmiş xidmətlərin həcmi

120

130

135

2.

Göstərilmiş xidmətlər müqabilində hesablaşma hesabına daxil olmuş vəsait

75

95

85

3.

Əvvəlki dövrlərdə göstərilmiş xidmətlərə görə hesabat dövründə daxilolmalar

35

5

25

Beləliklə, birinci rübün yekunu üzrə bu müəssisə 365 min manat deyil (əldə olunan faktiki gəlir+ daxilolmalar), 385 min manatlıq həcmi göstərilməlidir. Statistik hesabatlarda dəyər ifadəsində əks olunan göstəricilər yalnız göstərilmiş xidmətlərə görə hesablanmış məbləği ifadə etməlidir. Göstəriləcək xidmətlərə görə əvvəlcədən alınmış vəsait, hesabat dövründən əvvəlki dövrdə göstərilmiş məbləğə görə cari dövrdə daxilolmalar və s. göstəricilər statistik məqsədlər üçün əhəmiyyət kəsb etmir Poçt rabitəsi üzrə göstərilmiş xidmətlərin həcminə poçt ödəniş nişanının satışından, məktub və banderolların (adi və qiymətli) göndərilməsindən, bağlamalardan, beynəlxalq kiçik paketlərdən, pul baratlarının (yerli və beynəlxalq) göndərilmə163 sindən, pensiya və müavinətlərin ödənilməsindən, dövri mətbuatın (qəzet və jurnalların) abunəçilərə çatdırılması və mətbuatyayımı şəbəkələrinə daşınması xidmətindən, kommunal xidmət haqlarının yığılmasından, sürətli poçt xidmətlərindən, qəbzlərin çatdırılmasından və s. poçt rabitəsi xidmətlərindən əldə edilən gəlirlər aid edilir. Poçt rabitəsi xidmətindən əldə olunan gəlir iki istiqamətdə, müəssisənin əsas fəaliyyəti (ənənəvi) və müəssisənin əlavə fəaliyyəti üzrə (qeyri-ənənəvi) xidmətlərin göstərilməsinə görə təsnifləşdirilir. Əsas (ənənəvi) poçt xidmətlərindən əldə olunan gəlirlərin həcminə poçt ödəniş nişanının qəbulundan, adi və sifarişli məktub korrespondensiyalarının, banderolların qəbulu, göndərilməsi və çatdırılmasından, adi və sürətli pul baratlarının (teleqrafların) qəbulu, göndərilməsi və çatdırılmasından, pensiya və müavinətlərin qəbulu və ötürülməsindən, əlavə poçt xidmətlərinin göstərilməsindən və s. əldə olunan gəlirlər daxildir. Faks və surətçıxarma xidmətləri telekommunikasiya xidmətlərinin (şəhərlərarası və beynəlxalq telefon danışıqları xidmətlərinin göstərilməsi, şəhərlərarası danışıq qəbzlərinin çatdırılması və yığılması, telefondan istifadəyə görə aylıq abunə haqqının qəbulu), kommunal xidmətləri haqqında qəbulu, kommersiya-ticarət xidmətlərinin göstərilməsi, sığorta xidmətinin və cərimə haqlarının qəbulu və s. isə poçt müəssisəsinin əlavə və ya qeyri-ənənəvi poçt xidmətlərinə aiddir.

Feldyeger və xüsusi rabitə üzrə əldə olunan gəlirlərin həcminə ölkədaxili və beynəlxalq əlaqədə məxfi göndərişlərin və s. xüsusi rabitə əlaqələrindən əldə olunan gəlirlər daxildir.

Sənədli elektrik rabitəsi üzrə gəlirlər elektrikdən istifadə etməklə teleqramların, məlumatların ötürülməsindən, qəbulundan və işlənməsindən əldə olunan gəlirləri ifadə edir. Eyni zamanda bura fototeleqramların ötürülməsi, göstəricilərin teleqraf vasitəsilə ötürülməsi (müxtəlif sahələrarası tez dəyişən göstərici və rəmzlərin ötürülməsi), habelə qəzet təsvirlərinin ötürülməsindən əldə olunan gəlirin həcmi və teleqraf kanallarının ödənişli əsaslarla istifadəyə verilməsi və digər xidmətlər daxil edilir.

Şəhərlərarası və beynəlxalq telefon rabitəsi üzrə göstərilmiş xidmətlərin həcminə ölkə ərazisində aparılan şəhərlərarası və beynəlxalq telefon danışıqlarından, telefon kanallarının istifadəyə verilməsindən, şəhərlərarası və universal taksofonlardan əldə olunan gəlirlər daxildir. Telefon rabitəsinin bu növündə şəhər və kənd ərazilərində abunəçilərin ölkə daxilində şəhərlərarası və ölkələrarası beynəlxalq əlaqədə baş tutmuş telefon danışıqlarına görə ödəmələrin həcmi uçota alınır. Əldə olunan gəlir müvafiq dövrdə qüvvədə olan tariflər əsasında hesablanır. Günün müxtəlif vaxtlarma görə danışıq tariflərində güzəşt tətbiq olunarsa, xidmətlərin həcmi qüvvədə olan tariflər əsasında hesablanır. Şəhər telefon rabitəsi üzrə göstərilmiş xidmətlərin həcminə şəhər abonentlərinə telefon çəkilişindən, abunə haqqından, birbaşa birləşdirici xətlərdən, sorğu məlumat xidmətlərindən, servis xidmətlərdən, şəhər taksofonlarından və digər xidmətlərdən əldə etdikləri pulların (manat) cəmi əks olunur.

Kənd telefon rabitəsi üzrə kənd abonentlərinə telefon çəkilişindən, abunə haqqından, kənd taksofonlarından və digər xidmətlərdən əldə etdikləri gəlirlərin cəmi göstərilir və s.

Rabitə xidmətlərinin həcmi, bu fəaliyyətdən əldə olunan gəlir rabitə müəssisələrinin natural ifadədə göstərdikləri xidmətlərin həcmindən asılıdır. İnfarstruktur, telefon danışıqlarının sayı, poçt göndərişləri və s. bilavasitə gündəlik fəaliyyətin nəticəsidir və buna görə də rabitə statistikasında bu sahə üzrə məlumatların toplanması zəruri hesab olunur. Telefon rabitəsi üzrə aparılan danışıqların sayını hesablamaq üçün ölkə ərazisində aparılan (daxili) şəhərlərarası və ölkə ərazisindən xarici dövlətlərə (beynəlxalq) çıxan danışıqlar, tranzit və xarici dövlətlərdən ölkə ərazisinə daxil olan telefon danışıqları uçota almır. Şəhərlərarası telefon danışıqlarının sayına abonentlərin əl ilə, yarım-avtomat, avtomat, pulu ödənilmək və ödənilməmək (xidməti) şərti ilə birləşdirməsi nəticəsində faktiki aparılmış telefon danışıqlarının hamısı daxil edilir. Şəhərlərarası avtomat telefon danışıqlarının sayı sayğacların göstəricilərinə əsasən, sayğac olmadıqda isə əldə edilmiş gəlirin orta tarif dərəcəsinə bölünməsi ilə müəyyən edilir. Mobil şəbəkəyə çıxış əsas telefon aparatlarından və ya danışıq məntəqələrindən mobil abonentlərlə aparılan danışıqların sayı kimi uçota alınır Beynəlxalq telefon danışıqların sayına ölkə ərazisindəki ATS-lərdən xarici dövlətlərə çıxan danışıqların sayı daxildir. Tranzit telefon danışıqları- bir rabitə müəssisəsinin xəttilə sonuncu rabitə müəssisəsinə çatdırılmış danışıqların sayıdır. Əgər tranzit telefon danışıqları ölkədaxili ərazi üzrə aparılırsa bu daxili tranzit danışıqlar, xarici ölkələrə ünvanlanan və xarici ölkələrdən daxil olan və Azərbaycan ərazisindən keçən danışıqlar beynəlxalq tranzit hesab edilir. Daxil olan danışıqların sayı xarici ölkələrdən daxil olan zənglər nəticəsində baş tutan danışıqlardır.

Əsas telefon aparatları - şəhər və kənd telefon şəbəkəsi ATS-lərinə fərdi nömrə ilə qoşulmuş aparatların sayıdır. Mənzillərdə olan əsas telefon aparatları - şəhər və kənd telefon şəbəkəsi ATS-lərindən əhalinin mənzillərinə fərdi nömrə ilə qoşulmuş aparatların sayıdır. Taksofonlarm sayı şəhər və kənd ATS-lərinin telefon şəbəkəsinə qoşulmuş şəhərlərarası, şəhər, kənd və universal taksofonlarm cəmini xarakterizə edir. Radiotranslyasiya nöqtələrinin sayı radio verilişlərinin naqillə radiotranslyasiya çatdırılmasına xidmət edən nöqtələri ifadə edir. Radiotranslyasiya nöqtələrinin sayma səs yayımı xətt şəbəkəsinə qoşulmuş birləşdirici rozetkalar daxil edilir. Bir ailənin yaşadığı ayrıca otaqlarda, ümumi mənzillərdə bir ailəyə məxsus otaqlarda, ümumi mənzillərin mətbəxlərində qoyulmuş və əsas radioötürücüyə qoşulmuş radioötürücülər əlavə radioötürücü hesab edilir və ümumi sayda nəzərə alınmır. Naqilsiz radiorabitə üzrə, radiotelefon aparatlarının sayı dedikdə telefon stansiyalarına çıxışı olan və müəyyən radius çərçivəsində hava xətti vasitəsilə birbaşa telefon stansiyasına qoşulmaq imkanı verən telefonlar hesab olunur. Mobil telefon abunəçilərinin sayı mobil telefon rabitəsi xidmətindən istifadə edən abunəçilərin sayını xarakterizə edir. Aktiv mobil telefon abunəçiləri hesabat dövrünün sonuna mobil telefon xidmətindən istifadə edən və nömrəsi aktiv olan abunəçilərin sayını, aktiv olmayan mobil telefon abunəçilərinin sayına isə hesabat dövrünün sonuna faktiki fəaliyyətdə olmayan abunəçilər daxil edilir. Bu göstərici mobil telefon operatorları, əsas fəaliyyəti mobil telefon xidməti olan müəssisələr tərəfindən verilir. Poçt rabitəsi xidmətləri poçt göndərişlərinin qəbulu, çeşidlənməsi, saxlanılması, daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyətlərini əhatə edir. Bura daxildir: poçtamt, poçt teleqraf stansiyaları (PTS), qovşaq və rabitə şöbələri (o cümlədən, səyyar rabitə şöbələri) avtomatlaşdırılmış rabitə məntəqələri; - poçtalyonların işini yerinə yetirə bilən kənd rabitə şöbəsi rəisi; - rabitə müəssisələri rəhbərlərinin evlərdə, vağzallarda, dayanacaq larda, aeroportda, dəniz və çay gəmilərində, həmçinin mehmanxanalarda yaşayanlara və müalicə sağlamlıq ocaqlarının olduğu yerlərdə şəxslərə xidmət üçün ayırdığı rabitə operatorları; - poçtu vaxtında çatdırmaq üçün poçtalyonlar; - poçt vaqonlarında, dəniz və çay gəmilərinin poçt kayutlarında ayrılmış işçilər; - ştatdankənar işçilər. Poçt rabitəsi operatoru - poçt rabitəsi xidmətləri göstərən fiziki və hüquqi şəxsdir.

20. Rabitə statistikasında infrastruktur göstəriciləri .



Rabitə statistikasında infrastuktur göstəriciləri dedikdə rabitə xidmətlərinin göstərilməsi üçün mövcud qurğular, avadanlıqlar nəzərdə tutulur. Texniki təminatın yüksək səviyyədə olması rabitə xidmətlərinin göstərilməsi üçün münbit şərait yaradılmasına xidmət edir. Avtomat telefon stansiyaları (ATS) şəhər, rayon mərkəzlərində quraşdırılmış bütün telefon stansiyalarının sayını xarakterizə edir. Şəhər yerlərində quraşdırılıb istifadəyə verilən telefon stansiyalarının sayı şəhər telefon rabitəsi üzrə göstərilən kimi, kənd yerlərində quraşdırılıb istifadəyə verilən telefon stansiyalarının sayı isə kənd telefon rabitəsi üzrə əks olunur. Telefon stansiyaları qəsəbələrdə yerləşirsə, bu stansiyaların sayı şəhər telefon rabitəsinə aid edilir. Avtomat telefon stansiyalarına koordinat və elektron sistemli stansiyalar aid edilir. Avtomat telefon stansiyalarının ümumi tutumuna şəbəkədə istismar edilən bütün tip koordinat, elektron və simsiz stansiyalarda quraşdırılmış nömrə indeksi olan abonentlər və nömrə indeksi olmayan taksofon dəstləri daxil edilir. İstifadə olunan tutuma şəbəkədə istismar edilən koordinat, elektron və simsiz avtomat telefon stansiyalarında quraşdırılmış nömrə indeksi olan abonent və nömrə indeksi olmayan taksofon dəstlərindən hesabat dövrünün sonuna, həmin nömrələrin istifadə formasından (xidməti, yoxlama və sair) asılı olmayaraq faktiki istifadə olunan bütün nömrələrin (abonent və taksofon dəstləri) ümumi sayı daxil edilir. Telefon şəbəkəsi vahid texniki və texnoloji sistemdə birləşmiş müxtəlif növ telefon vasitəsi və qurğularının məcmusudur.. Telefon stansiyalarının tutumunun dəyişməsi, hərəkəti statistikasında bir sıra göstəricilər öyrənilir və məlumatlar toplanır. İl ərzində daxil olmuş tutum hesabat ilində müəssisənin daxili mənbələri, şəhər və kənd şəbəkəsindən və digər təşkilatlardan qəbul olunmuş vəsaitlər hesabına yeni tikilmiş, genişləndirilmiş, habelə təkmilləşdirilərək yenidən qurulmuş tutumla xarakterizə olunur. İl ərzində çıxmışdır dedikdə hesabat ilində mövcud olan telefon stansiyalarının ümumi tutumunun azalması göstərilir. Müəssisənin balansından silinərək başqa təşkilatlara verilən, istismar olunaraq sıradan çıxmış, müəssisənin bağlanması ilə əlaqədar olaraq istismar edilə bilməyən, habelə digər səbəblərdən il ərzində azalmış tutum nəzərə alınır. Ümumi istifadədə olan telefon şəbəkəsinin və ya ona çıxışı olan faksimil aparatların (telefakslarm) sayında ümumdövlət avtomat telefon şəbəkəsi üzrə abonent qurğuları vasitəsi ilə faksimil rabitə (təsvir və surəti dəyişmədən ötürmə) üçün nəzərdə tutulmuş sənədli rabitə növü olan telefakslarm sayı göstərilir. Hesabat ilinin əvvəlinə mövcud olan, istifadə olunmayan, hesabat ilində quraşdırılmış telefakslarm sayı da bura daxil olunur. İnventar kimi mövcud olmasına baxmayaraq, ümumi istifadədə olan telefon şəbəkəsinə heç bir çıxışı olmayan telefakslarm sayı nəzərə alınmır. Avtomat telefon stansiyalara qoşulmuş telefon aparatlarının sayma rabitə müəssisələrinin istifadəsində olan ümumi istifadəli şəhər və kənd telefon şəbəkələrinin stansiyalarına birləşdirilmiş telefon aparatları və başqa idarə və təşkilatlara məxsus olan stansiyalara birləşdirilən və ümumi istifadədə olan telefon şəbəkəsinə çıxışı olan telefon aparatları daxildir. Telefon aparatlarının sayma mənzillərdə quraşdırılan əsas və əlavə telefon aparatlarının, aparat-avtomatlarm, idarə, müəssisə və təşkilatların istifadəsində olan və ümumi istifadədə olan telefon şəbəkəsi ilə əlaqə yaradılması mümkün olan aparatların hamısı (birbaşa, paralel və kollektiv istifadədə edilən və sair) daxil edilir. Şəhər telefon rabitəsinin aparatlarının sayma şəhər ərazisində quraşdırılan telefon stansiyalarına birləşdirilmiş telefon aparatları aid edilir. Bura telefon stansiyasının koordinat, elektron sistemli olmasından asılı olmayaraq idarə, təşkilat, əhalidə, məlumat-xidmət bürolarında və s. yerlərdə quraşdırlımış bütün telefonlar daxil edilir. Qəsəbələrdə yerləşən telefon stansiyaları şəhər telefon stansiyalarına aid olduğu kimi, bu stansiyalara birləşdiri im iş və ya onlara çıxışı olan bütün telefon aparatları da həmçinin şəhər telefon aparatlarının ümumi sayma daxil edilir. Kənd telefon aparatlarının sayına kənd ərazisində quraşdırılan telefon stansiyalarına birləşdirilmiş telefon aparatları aid edilir. Bura telefon stansiyasının koordinat və elektron sistemli olmasından asılı olmayaraq, idarə, təşkilat, əhalidə, məlumat xidməti bürolarında və s. yerlərdə quraşdırlımış bütün telefonlar daxil edilir. Əlavə (paralel) telefon aparatları dedikdə telefon aparatlarının ümumi xəttinə birləşdirilmiş və stansiyada sərbəst nömrəsi olmayan aparatlar hesab olunur. Şəhər və kənd ərazilərində, ictimai yerlərdə yerli, şəhərlərarası və beynəlxalq danışıqların aparılması üçün istifadə olunan bütün aparatlar telefon-avtomatlara aid edilir. Əsas telefon aparatlarının sayına şəhər və kənd telefon şəbəkəsi ATS-lərinə fərdi nömrə ilə qoşulmuş aparatlar daxil edilir. Buraya əsas telefon aparatlarının xəttinə birləşdirilmiş və stansiyada sərbəst nömrəsi olmayan (əlavə və paralel) aparatlar daxil deyildir.

21.Rabitə tariflərinin və qiymət dəyişikliyinin statistikada əhatə olunması

Bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın tənzimlənməsi yalnız istehsal edilən məhsulların qiymətlərindən deyil, həmçinin göstərilmiş xidmətlərin tariflərindən də çox asılıdır. Xidmət dedikdə, maddi formaya malik olmayan, şəxsi, kollektiv və ictimai ehtiyacları ödəyən iqtisadi fəaliyyətin nəticəsi başa düşülür. Statistik göstəricilər sistemi və onların hesablanma metodlarının beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, xalq təsərrüfatı sahələri anlayışından iqtisadi fəaliyyət anlayışına keçid xidmətin qeyri-istehsal sferasına aid edilməsi anlayışını ləğv etdi. İqtisadi fəaliyyət növlərinə xidmət sferasında sərf edilən əmək məhsuldar əmək hesab edilir və onun fəaliyyətinin nəticələri ümumi daxili məhsulda və iqtisadi fəaliyyətin digər göstəricilərində nəzərə alınır. Xidmətlər istifadə olunma xüsusiyyətlərinə görə istehsal və qeyri-istehsal xidmətlərinə bölünür. Maddi nemətlər istehsal edən sahələrin ehtiyaclarını ödəyən xidmətlər istehsal qiymətləri ilə, ev təsərrüfatlarının son istehlak ehtiyaclarını ödəyən qeyri-istehsal xidmətlər isə istehlak qiymətləri ilə qiymətləndirilir. Təcrübədə hüquqi şəxslər üçün rabitə xidmətlərinin tariflərini istehsalçı qiymətləri ilə qiymətləndirmək tövsiyə olunur. Odur ki, başqa tədbirlərlə yanaşı xidmət tariflərinin tənzimlənməsi, tarif qiymətlərinin aşağı salınması və bu sahədə mütərəqqi qiymət siyasətinin həyata keçirilməsi obyektiv tələbatdan irəli gəlir. Rabitə statistikasının göstəricilər sistemində poçt və rabitə müəssisələrinin iqtisadi proseslərinin gedişini izləmək və statistik araşdırmaq, tariflərin səviyyəsi və dinamikasını öyrənmək üçün indekslərdən geniş istifadə olunur. Bu göstərici dövlət əhəmiyyətli məsələlərin həllində zəruri məlumatların toplanmasına kömək edir, makro səviyyədə proqnozların verilməsi və müxtəlif hesablamaların aparılmasında tədbiq edilir. Poçt və rabitə statistikasında müşahidə obyekti natura və dəyər ifadəsində poçt və rabitə xidmətlərinin həcmi, rabitə şəbəkələri və vasitələridir. Statistik müşahidə vahidi kimi poçt və rabitə müəssisələri (təşkilatı, idarəsi və s.), rabitə texniki vasitələrini istismar edən poçt və rabitə xidməti göstərən digər müəssisələr götürülür. Müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatlarda tarif indeksləri hesablanarkən müəssisə və təşkilatların göstərdikləri xidmətlərin tarifləri əsas götürülür.

Statistikada qiymət və tariflər haqqında obyektiv məlumat əldə etmək üçün iki əsas problemi həll etmək tələb olunur: ♦ qiymət və tariflər haqqında məlumatların toplanmasının yeni sistemini yaratmaq; ♦ qiymət və tariflərlərin yaranması və dəyişməsinin müxtəlif tərəflərini göstərən əlaqəli və bir-birini tamamlayan göstəricilər sisteminin hesablanma metodlarını beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmək. Bu məsələlərin dövlət səviyyəsində həlli üçün poçt və rabitə müəssisələrindən məlumatların toplanması mühüm əhəmiyyət kəsb edir.

Tarif indekslərinin qurulması aşağıdakı mərhələlərdən ibarətdir: 1. Poçt və rabitə fəaliyyəti ilə məşğul olan bazis müəssisələrinin və təmsilçi xidmət növlərinin seçilməsi; 2. Tariflərin qeydiyyat qaydasının təyin edilməsi; 3. Müxtəlif aqreqasiya səviyyələrinin məcmu qiymət indekslərinin hesablanması üçün göstəricilərin ölçülməsi sisteminin seçilməsi; 4. Tarif indekslərinin hesablanması düsturunun seçilməsi. Poçt və rabitə xidməti tariflərinin dinamikasını öyrənmək üçün lazım olan xidmət növlərinin seçilməsi xüsusilə vacibdir. Rabitə müəssisələrinin fəaliyyətindən asılı olaraq xidmətlərin nomenklaturası müxtəlif olur və aşağıdakı kimi qruplaşdırılır: 1. Göstərilən xidmətlərin istehlak xüsusiyyətlərinin eyniliyinə görə; 2. Mülkiyyət növlərinin eyniliyinə görə; 3. Eyniadlı xidmətlərin dinamikası hesablanarkən müxtəlif qrupaltı xidmətlərdən istifadə edilməsinə görə. Təmsilçi - xidmət növü adı altında konkret istehlak xüsusiyyətləri ilə birgə müəyyən xidmət növlərinin bütün məcmusu başa düşülür. Xidmətin növü - müəyyən xüsusiyyətlərə və atributlara malik olan xidmətin konkretləşdirilmiş minimal vahidid Məsələn: məktublarla bağlı poçt xidmətləri, ümumi istifadə üçün şəhər telefon rabitə xidmətləri, məlumat və informasiyanın elektron göndərilməsi üzrə rabitə xidmətləri və s. Xidmət qrupu - xidmət növlərinin yekcinsliyini əks etdirir. Məsələn, poçt və kuryer xidmətləri, elektrik rabitəsi xidmətləri və s.

Ayrı - ayrı sorğu edilən rabitə müəssisə və təşkilatların göstərdikləri konkret xidmət növünün faktiki tarif qiymətinə əsasən, hesabat və bazis dövrləri üçün orta tarif qiymətləri aşağıdakı düsturla hesablanır:



Burada, - tariflərinin orta qiyməti; - rabitə xidmətidən əldə olunan gəlirlərin cəmi; к - xidmətlərin həcmi.

İndeks sisteminin qurulması ümumi metodoloji prinsiplərlə əsasən fərdi, məcmu və orta qiymət indekslərinə ayrılır. İndekslər bazis və zəncirvari metodla hesablanır.

Bazis metodu ilə fərdi indekslər hesablanarkən qeydə alınmış konkret xidmət növünün cari (t) müddətindəki tarif qiyməti sabit bazis qiyməti (0) ilə müqayisə olunur:



=

Burada, - t - hesabat ayında c - xidmət növünün tarif qiyməti; - bazis ayında c - xidmət növünün tarif qiyməti; - c - xidmət növünün bazis ayına nisbətən fərdi tarif indeksidir.

Bazis metodundan sabit iqtisadi şəraitdə uzun müddət ərzində xidmət tariflərinin dəyişməz qaldığı halda istifadə olunur.

Hesablamanın zəncirvari metodu konkret c - xidmət növünün ( t ) müddətindəki tarifinin əvvəlki (t-1) müddətindəki tarifinə nisbəti kimi aşağıdakı düsturla müəyyən edilir:



=
Yüklə 81,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin