Müasir baza iqtisadiyyatı şəraitində uçot və statistikanın təşkili mühüm əhəmiyyət kəsb edir və bunun üçün obyektiv şərait mövcuddur. Özəl sektorun xüsusi çəkisinin artdığı və kəskin rəqabətin mövcud olduğu dövrdə həmçinin əhalinin sosial və maddi rifaq halının yüksəldiyi bir şəraitdə iqtisadiyyatını bütün sahələrdə ən doğru, düzgün və dolğun uçot və statistika məlumatlarına ehtiyyac duyulur. Bunun üçün iqtisadiyyatın bütün sahələrini əhatə edən və elmi əsaslarla təşkil edilmiş vahid uçot sisteminin olması zəruridir. Uçot dedikdə sosial-iqtisadi həyatda baş verən bütün hadisələrin qeydə alınması nəzərdə tutulur. Vahid uçot sisteminə bunlar daxildir:
Operativ – texniki uçot
Mühasibat uçotu
Statistik uçot
Uçotun bu növləri arasında sıx əlaqə və vəhdət mövcuddur. Respublika üzrə uçot işlərinə rəhbərliyi və nəzarəti Dövlət Statistika komitəsi həyata keçirir. Uçotun hər bir növünün ayrı-ayrılıqda öz xüsusi vəzifələri və tədqiqat metodları mövcuddur. Bununla = uçotun hər bir növünün qarşısında duran əsas vəzifə əmək məsrəfləri, məhsul istehsal, onun bölüşdürülməsi və digər əsas sosial – iqtisadi göstəricilərin dəqiq uçotunu aparmaqdan ibarətdir. Hər bir sənaye, kənd təs., nəqliyyat, rabitə və iqtisadiyyatın digər sahələrdə fəaliyyət göstərən müəssisələrdə baş verən hadisə və proseslər statistik uçot vasitəsiylə mintəzəmqeydə alınır və bu məlumatlar operativ
– texniki uçot və mühasibat uçotu işlərini aparmaq üçün lazımdır.
Sosial – iqtisadi hadisələrin dəyişilməsi və onun inkişafı qarşılıqlı əlaqə və aslılıq şəraitində baş verir. Ona görə də sosial – iqtisadi hadisələri, onların göstəricilərini və onlara təsir edən amilləri qarşılıqlı əlaqə və asılılıq şəraitində
öyrənmədən onları dərk etmək mümkün deyil. Sosial-iqtisadi hadisələrin özləri kimi onların göstəriciləri arasında da qarşılıqlı əlaqə mövcuddur. Sosial – iqtisadi hadisələrin göstəriciləri arasında əlaqə funksional və korrelyasiya əlaqələrinin bölünür:
Funksional əlaqə zamanı amil əlaməti ilə nəticə əlamətinin dəyişilməsi arasında tam asılılıq mövcuddur.
Korrelyasiya əlaqəsi zamanı isə amil əlamətinin dəyişilməsi nəticə əlamətinin dəyişilməsinə bir o qədər də təsir göstərmir. Çünki bu əlaqə zamanı nəticə əlamətinə bir amil deyil bir neçə müxtəlif amil təsir göstərir.
Sosial – iqtisadi hadisələrin arasında əlaqə düz və tərs ola bilər. Əgər amil əlamətinin (təsiri nəticəsində) qiyməti artdığı zaman nəticə əlamətinin də qiyməti artarsa, yaxud əksinə amil əlamətinin qiyməti azaldığı halda nəticə əlamətinin də qiyməti azalarsa belə əlaqəyə düz əlaqə deyirlər.
Əgər amil əlamətinin qiyməti artığı halda, nəticə əlamətinin qiyməti azarlarsa, yaxud əksinə amil əlamətinin qiyməti azaldığı halda, nəticə əlamətinin qiyməti artarsa belə əlaqəyə tərs əlaqədeyilir.
Sosial-iqtisadi hadisələr və onların göstəriciləri arasındakı qarşılıqlı əlaqə və asılılığı hər tərəfli və dərindən təhlil etmədən öyrənmək mümkün deyil. Təhlil zamanı hadisə və proseslər arasındakı əlaqə və asılılıqları müəyyən etməklə yanaşı onların sıxlıq dərəcəsi də öyrənilir.
Sosial iqtisadi hadisələrin təhlili zamanı tədbiq olunan ən mühüm metod və üsullarla aiddir.
Paralel sıraların müqayisəsi metodu.
Qrafik metodu.
Balans metodu.
Korrelyasiya metodu.
Analitik qruplaşdırma metodu.
Atributif əlaməti arasında sıxlığ dərəəsinin müəyyən edilməsi.