CXEth,Eth = CXEth / Eth.
Burada CXEthEth – t maliyyə ilində təhsilin h pilləsi üzrə 1 nəfər təhsil alana düşən cari xərclərin məbləği;
CXEth – t maliyyə ilində təhsilin h pilləsi üzrə cari xərclər;
Eth– t maliyyə ilində təhsilin h pilləsi üzrə təhsil alanların ümumi
sayı.
Göstəricinin hesablanması üçün məlumat mənbələri: Maliyyə Nazirliyinin Dövlət büdcəsinin icrasına dair illik hesabatları; müəssisə və təşkilatların illik statistika hesabatları; ev təsərrüfatlarının tədqiqatının və təhsil xərcləri üzrə ev təsərrüfatlarında keçirilən xüsusi müayinələrin məlumatları; təhsil sahəsində fəaliyyətlə bağlı müxtəlif dövlət orqanlarının, o cümlədən Təhsil Nazirliyinin hesabatları.
Bir nəfər təhsil alana (tələbəyə) düşən cari xərclərin adambaşına Ümumi Milli Gəlir (ÜMG) göstəricisinə nisbəti
Maliyyə ilində bir təhsil pilləsi üzrə bir nəfər təhsil alana (tələbəyə) düşən cari xərclərin adambaşına düşən Ümumi Milli Gəlirə (ÜMG) nisbəti göstəricisi adambaşına düşən ÜMG-in 1 nəfər təhsil alana və ya tələbəyə xərclənən hissəsini xarakterizə edir. O, ölkədə insan kapitalının inkişafına yönəldilmiş investisiyaların səviyyəsini qiymətləndirməyə imkan verir. Bu göstərici təhsilin pillələri üzrə hesablandığından ölkədə təhsilin ayrı-ayrı pillələrinə nə dərəcədə diqqət yetirildiyini və nə qədər vəsait xərcləndiyini əks etdirir.
Göstəricinin yüksək olması, ölkədə adambaşına düşən gəlirin müəyyən təhsil pilləsi üzrə bir nəfər təhsil alana (tələbəyə) xərclənən hissəsinin xüsusi çəkisinin yüksək olmasına dəlalət edir.
Göstərici bir nəfər təhsil alana (tələbəyə) çəkilən maliyyə xərclərinin adambaşına düşən orta gəlirə olan nisbətini müəyyən edir və aşağıdakı düsturla hesablanır:
Dostları ilə paylaş: |