28. Təkrar sığorta təşkilatında tez reallaşdırılan aktivlər hansılardır?
A) debitor borcları və digər aktivlər
B) qısamüddətli qiymətli kağızlar
C) gələcək dövrün xərcələri
D) qısamüddətli maliyyə vəsaiti
E) uzunmüddətli kapital qoyuluşu
29. Təkrar sığorta şirkətinin xüsusi dövriyyə vəsaitinin ümumi dövriyyə vəsaitinə nisbəti:
A) xüsusi kapitalın manevrlilik əmsalıdır
B) xüsusi kapitalın təmərküzü əmsalıdır
C) mütləq likvidlik əmsalıdır
D) muxtariyyət əmsalıdır
E) borc və xüsusi vəsaitlərin nisbəti əmsalıdır
30. «Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında» Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul edilmişdir?
A) 18.07. 2004
B) 15.11. 1999
C) 18.08. 2003
D) 07.03. 2001
E) 03.10. 2001
31. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortasında sığorta hadisəsi nəticəsində 3-cü qrup əlil olmuş sığortalı sığorta məbləğinin neçə %- i miqdarında ödəniş olmalıdır?
A) 40%
B) 15%
C) 60%
D) 20%
E) 50%
32. Hərbi qulluqçuların sığortasında sığorta edilən xidmətdə olduğu zaman sığorta hadisəsi nəticəsində həlak olduqda nə qədər sığorta ödənişi ödənilir?
A) 100-%-i miqdarında
B) Minimum əmək haqqının 1000 misli məbləğində
C) Sığorta məbləğinin 80% miqdarında
D) 1000 manat
E) Sığorta məbləğinin 60%-i həcmində
Dostları ilə paylaş: |